|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Onbirincilər iyunun 6-da mərkəzləşdirilmiş qaydada test imtahanı verəcəklər İmtahanlar
ölkənin 9 regionunda 52 minədək şagirdi
əhatə edəcək Təhsil
Nazirliyinin 8 aprel 2008-ci il tarixli 426 nömrəli əmrinə
müvafiq olaraq iyunun 6-da Bakı, Gəncə, Sumqayıt,
Mingəçevir, Şirvan şəhərlərinin, Abşeron,
İmişli, Ucar, İsmayıllı rayonlarının,
həmçinin həmin şəhər və rayonların
ərazisində fəaliyyət göstərən məcburi
köçkün rayonlarının, bu bölgələrdəki peşə
liseylərinin, habelə ali təhsil müəssisələrinin
nəzdindəki ümumtəhsil məktəblərinin və
bilavasitə Təhsil Nazirliyi tabeliyindəki lisey və
gimnaziyaların XI (XII) sinif şagirdləri cavab kartı
tətbiq edilməklə və nəticələri
nazirlikdə yoxlanılmaqla test sualları əsasında
mərkəzləşdirilmiş qaydada buraxılış
imtahanları verəcəklər. İmtahanlara nə kimi
hazırlıq işləri görülüb? Hansı yenilik edilib?
Həmin suallarla Təhsil Nazirliyinin Şagird
nailiyyətlərinin qiymətləndirilməsi şöbəsi
müdirinin müavini Təranə Hacıyevaya müraciət etdik. İmtahan
üçün mayak sınaqlar Təranə Hacıyeva bildirdi ki, buraxılış
imtahanlarına hazırlıq məqsədi ilə
2007-2008-ci tədris ili ərzində 3 dəfə sınaq
test imtahanı aparılıb. Birinci sınaq imtahanı ötən
ilin noyabrında, yəni dərs ilinin I yarısında,
ikinci və üçüncü sınaq imtahanları isə fevral
və aprel aylarında olmaqla II yarımildə keçirilib. Sınaq test imtahanlarının əsas
məqsədi şagirdlərin buraxılış
imtahanlarına hazırlaşmasına kömək etmək,
buraxılış imtahanlarını onlar üçün, bir növ,
vərdiş olunmuş imtahana çevirməkdir. Sınaqların
digər bir məqsədi də pretest, yəni testlərin
sınaqdan keçirilməsi, buraxılış imtahanına
salınacaq testlərin şagirdlərin necə
mənimsədiklərini, onları necə qəbul
etdiklərini müəyyənləşdirməkdir. Deyək
ki, hər iki məqsədə nail olunmuş, sınaq
testlərinin keçirilməsi müəyyən
dərəcədə öz səmərəsini vermişdir.
Belə ki, əgər birinci sınaqda müvəffəqiyyət
faizi aşağı idisə, şagirdlər cavab kartlarının
doldurulmasında müəyyən səhvlərə yol vermişdilərsə,
ikinci sınaqda bunlar əsasən aradan qaldırılmışdı.
üçüncü sınaq imtahanlarında isə bir sıra
yeniliklərin tətbiqi, xüsusən də cavab kartlarının
şagirdlərə kodlaşdırılmış şəkildə
təqdim edilməsi onlar tərəfindən
səhvetmə ehtimalının minimuma endirilməsinə
səbəb olmuşdur. Şagirdlər
cavab kartında adını və soyadını,
kodunu, variantını qeyd etməyə daha vaxt
itirmirlər. Onlar cavab kartında ancaq verilən suallara müvafiq
saydıqları düz cavabları qaralayırlar. Bizimlə söhbətində T.Hacıyeva
şagirdlərə yarımillik və illik
qiymətlərin yazılması ilə bağlı
məsələyə də aydınlıq gətirdi. Qeyd
etdi ki, məktəblərdə şagirdlərə yarımillik
qiymətlər yazılarkən sınaq imtahanları
və həmin fəndən keçirilən yoxlama yazı işlərinin
nəticələri nəzərə alınmalıdır.
Əgər birinci yarımildə şagird bir sınaq
imtahanı veribsə, tutaq ki, hər hansı fəndən
"2" qiymət alıbsa, bu o demək deyildir ki,
həmin şagirdə yarımillikdə hökmən
"2" yazılmalıdır. Təbii ki, onun
məktəbdaxili nailiyyətləri də
nəzərə alınmalıdır. Yəni şagirdin
məktəbdəki yoxlama yazı işləri, gündəlik
cavabları, davamiyyəti, müəllimin şagirdin necə
hazırlaşması ilə bağlı müşahidələrinin
nəticəsi də nəzərə alınmalı
və əsas götürülməlidir. T.Hacıyeva yarımillik qiymətlər
əsasında illik qiymətlər çıxarılarkən
Təhsil Nazirliyinin qeyd olunan əmrinin 8.2. bəndinə
istinad olunmasını vacib saydı. Buraxılış
imtahanında bəzi texniki yeniliklər edilib İmtahanlarda
hansı yeniliyin olmasına gəldikdə isə T.Hacıyeva
bildirdi ki, buraxılış imtahanında hansısa
yenilik etmək hüquqi baxımdan düz deyil. Nə
yeniliklər var idisə, sınaq imtahanlarında tətbiq
olunub və təcrübədən keçirilib. Edilən bütün yeniliklər təcrübədə
özünü doğruldub. Xüsusən də cavab kartlarına
kodların, şagirdlər haqqında məlumatın
nazirlik tərəfindən yazılması, otaqlarda
şagirdlərin sayının 30-dan 18-ə
qədər azaldılması və s. Təbii ki, III sınaq
zamanı özünü doğrultmuş bu yeniliklər buraxılış
imtahanlarında da tətbiq olunacaq. Bu baxımdan
mərkəzləşdirilmiş buraxılış
imtahanları tamamilə III sınaq imtahanının
modelinə uyğun aparılacaq. Lakin T.Hacıyeva bununla yanaşı,
bəzi texniki yeniliklərin də olduğunu
diqqətə çatdırdı. Qeyd etdi ki, şagirdlər
indiyədək vəsiqəsiz sınaq imtahanlarına
buraxılırdılar. Buraxılış imtahanına
isə onlar buraxılış vərəqəsi ilə
gələcəklər. Vəsiqələrdə
şagirdin şəkli, adı, soyadı, oxuduğu
məktəb və s. qeyd olunacaq və o möhürlənərək
direktor tərəfindən təsdiqlənəcək.
Vəsiqənin forması artıq yerlərə göndərilib.
Vəsiqələrin hazırlanması müəyyən
vəsait tələb etdiyindən sınaqlarda onların
tətbiqi lazım bilinməyib,
bu yenilik buraxılış imtahanına saxlanılıb.
İkinci bir texniki yenilik, T.Hacıyevanın
dediyinə görə, nəzarətçilərlə bağlıdır.
İndiyədək keçirilən sınaq imtahanlarında
hər bölgənin öz müəllimləri nəzarətçi
qismində iştirak edirdilər. Buraxılış
imtahanında isə nəzarətçilər digər bölgələrdən
olacaqlar. Bakı şəhəri istisna olmaqla, bütün bölgələrdə
imtahanlara digər bölgələrdən təyin olunmuş
müəllimlər nəzarət edəcəklər. T.Hacıyeva bütün bunlarla yanaşı,
imtahanların məzmununa xələl gətirməyən
bir yeniliyin də nəzərdə tutulduğunu bildirdi.
Qeyd etdi ki, indiyədək bütün imtahan
mərkəzlərinə bir imtahan rəhbəri təyin
olunurdu. Bu, bəzi mərkəzlərdə, xüsusən bölgələrdə
yerləşən mərkəzlərin
rəhbərləri üçün müəyyən çətinliklər
yaradırdı. Bu nəzərə alınaraq buraxılış
imtahanlarında Bakı, Sumqayıt və Abşerondan başqa
digər yerlərdəki hər imtahan mərkəzinə
iki nəfər imtahan rəhbəri nəzərdə
tutulub. Son sınaq imtahanında edilən
yeniliklərdən biri də ondan ibarət idi ki, imtahan
rəhbərləri mərkəzlərə gedib binanın
yoxlanmasına vaxt itirmirdilər. İmtahan
mərkəzləri yerləşən binalarda hazırlığın
vəziyyəti Bakı şəhərində Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin, Sumqayıtda
isə şəhər təhsil şöbəsinin yaratdıqları
komissiyalar, Abşeronda və digər bölgələrdə
isə ŞNQ şöbəsinin əməkdaşları
tərəfindən yoxlanılırdı. Bu dəfə
də həmin qayda tətbiq olunacaq. Növbəti
tədris ilində iki sınaq imtahanı keçiriləcək Bütün bunlarla bərabər, T.Hacıyeva bir
sıra mütərəqqi yeniliklərin də olduğunu,
lakin onların gələn tədris ilinə saxladıqlarını
vurğuladı. Qeyd etdi ki, yeni dərs ilindən
mərkəzləşdirilmiş qaydada keçirilən test
imtahanlarının coğrafiyası daha da genişləndirilərək
bütün ölkənin ümumtəhsil məktəblərinin XI
sinif şagirdlərini əhatə edəcək. Sınaqların sayı azaldılacaq. Planlaşdırılıb
ki, hər yarımildə bir sınaq imtahanı keçirilsin.
Birinci sınaq imtahanı I yarım ilin sonunda, II sınaq
imtahanı isə üç ay fərqlə II yarımildə
təşkil olunacaq. İmtahanların coğrafiyasının
genişlənməsi ilə əlaqədar növbəti
dərs ilində işlərinin çoxalacağını
deyən şöbə müdirinin müavini
fəaliyyətlərini daha da təkmilləşdirmək
üçün indidən müvafiq iş apardıqlarını söylədi.
Qeyd etdi ki, bu yaxınlarda şöbənin əməkdaşları
optik qurğunu oxumaq üçün tədris səfərinə göndərilmişlər.
Səmərəli keçən səfər zamanı
əməkdaşlar qurğunun bütün imkanları ilə
ətraflı tanış olmuşlar. Yeni avadanlıqlar
hazırlanması haqqında məlumat əldə edilib,
2-3 aydan sonra şöbəyə daha güclü optik oxuyucular
veriləcək. Gələn
il 18 variantda testlər hazırlanacaq Müsahibimizin dediklərindən aydın oldu
ki, gələn il də testlər məzmun baxımından
orta məktəb proqramları çərçivəsindən
kənara çıxmayacaq, amma sualların sayı, variant baxımından
müəyyən dəyişikliklər ediləcək.
Hətta qiymətləndirmə əmsallarına və üsullarına
da yenidən baxılacaq. çünki söhbət şagird biliyinin
yox, şagird nailiyyətlərinin
qiymətləndirilməsindən gedir. Artıq müvafiq
proqram təminatı var. Gələn il bir otaqda imtahan verəcək
hər şagirdin öz variantı olacaq. Belə ki, test tapşırıqları
18 variantda hazırlanacaq. Bu zaman qablaşdırmada da
səhvlər minimuma enəcək. Cavab kartlarını
bir qədər kiçiltmək istəyirik. Sualları
fənlər üzrə deyil, ardıcıllıqla tərtib
etmək fikrindəyik. çünki suallar fənlər üzrə
tərtib olunanda, xüsusən də sualların sayı eyni
olan fənlərdə şagirdlər çaşırlar, bir
fənnin cavablarını digərinə köçürürlər.
Suallar ardıcıl gələndə isə bu səhv
də minimuma enir. Məktəblərdə
sınaq testləri üzərində iş aparılmalıdır Təranə xanım onu da vurğuladı
ki, təkcə qiymətləndirmə aparmaqla işlərini
bitmiş hesab etmirlər. Bundan sonra cavab kartlarının
üzərində təhlil aparırlar. Belə təhlil
şagirdlərin bilik səviyyəsi, fənlərə münasibəti,
hansı testdə hansı sualı necə cavablandırdığı,
məktəbdə test bankı, sınaq imtahanlarının
nəticələri ilə bağlı işlərin aparılıb
aparılmaması və s. kimi bəzi məqamlar haqqında
məlumat əldə etməyə imkan verir.
Təhlillər göstərir ki, şagirdlər
nəzəri biliklərə aid testlərə daha çox
cavab verir, tətbiqi xarakterli testləri cavablandırmaqda
çətinlik çəkirlər. Bu da onu göstərir ki,
dərsliklərin səviyyəsi qənaətbəxş
olsa da, məktəbdə aparılan tədris işində
müəyyən problemlər, çatışmazlıqlar var.
Deməli, müəllimləri metodik baxımdan məlumatlandıran
treninqlərə ehtiyac duyulur. T.Hacıyevanın dediyinə görə, sınaqların
bir məqsədi də elə şagirdlərin öz
səhvləri üzərində işləmələrinə
imkan verməsidir. Əgər şagird testlər üzərində
işləyərsə, onda buraxılış imtahanından
qeyri-müvəffəq qiymət almaz. Əgər belə
qiymət alırsa, demək, bu sahədə iş getmir. Bəzi məktəblər işlərini
test banklarında verilmiş testləri şagirdlərə
həll etdirmək və ya əzbərlətməklə
bitmiş hesab edirlər. Ona görə də şagird
tətbiqdə zəif nəticə göstərir. Şagirdin
öz səhvini başa düşməsi üçün sınaq
testləri üzərində iş aparılmalıdır. Sınaqların
şagirdləri buraxılış imtahanına hazırlamağa
istiqamətləndirdiyini deyən T.Hacıyeva bu baxımdan
onları imtahana gedən yolu işıqlandıran mayak
adlandırdı. İmtahan
materialları artıq qablaşdırılır T.Hacıyeva qeyd etdi ki, imtahan materialları
artıq qablaşdırılır. Qablaşdırma şöbənin
əməkdaşları tərəfindən, heç kəsin
müdaxiləsi olmadan aparılır. Bu zaman məxfilik gözlənilir.
Bu dəfə qablaşdırmada
əlavə cavab kartı qoyulmur, çünki buna ehtiyac
yoxdur. Hər bir şagirdin test kitabçası adlı şəkildə
ona təqdim olunur. Buna görə artıq test kitabçasına
və cavab kartına ehtiyac qalmır. T.Hacıyeva bildirdi ki, rəhbərlik etdiyi
şöbə respublikanın digər rayonlarındakı ümumtəhsil
məktəblərinin XI (XII) sinif şagirdlərinin cavab
kartları tətbiq edilməməklə keçiriləcək
buraxılış imtahanları üçün də 3 variantda test
tapşırıqları hazırlayıb. IX sinif şagirdlərinin
iyunun 2-də və 17-də ana dili və cəbrdən
verəcəkləri yazılı imtahanları üçün
zərflər hazırlanıb. Şöbə müdiri müavininin
dediklərindən aydın oldu ki, keçən il
mərkəzləşdirilmiş qaydada aparılmış
imtahanlara buraxılmayan və imtahanlardan qeyri-müvəffəq
qiymət alan şagirdlər də iyunun 6-da təkrar
imtahan verməli olacaqlar. Bu məqsədlə onlar üçün
ayrıca bir mərkəz yaradılıb. ötən il
imtahana buraxılmayanlar və illik qiymətləri
qeyri-kafi olanlar 8 fəndən, imtahandan
kəsilənlər isə qeyri-kafi qiymət aldıqları
fənlərdən imtahan verəcəklər. Onların
da cavab kartları optik qurğu tərəfindən
oxunacaq. Digər bir imtahan isə iyunun 6-dakı
imtahanlarda üzürlü səbəblərdən iştirak
edə bilməyənlər üçün keçiriləcək.
Belə şagirdlər harada yaşamalarından asılı
olmayaraq, iyunun 25-də Bakıda ayrıca
mərkəzdə imtahan verəcəklər. T.Hacıyeva bizimlə söhbətinin sonunda
mərkəzləşdirilmiş qaydada test üsulu ilə
imtahan verəcək onbirincilərə uğurlar arzuladı,
onlara öz biliklərinə güvənməyi tövsiyə etdi. Hazırladı: Y.ƏLİYEV |