| 
								
								Azərbaycan Respublikası Dövlət Neft Şirkətində 
								(ARDNŞ) həyata keçirilən təqaüd proqramı 
								çərçivəsində ölkəmizin ali təhsil 
								müəssisələrinin tələbələrinə təqaüd verilməsi 
								üzrə növbəti müsabiqə elan olunmuşdur. 
								 
								
								Şirkətin mətbuat xidmətindən verilən məlumata 
								görə, təqaüd 2010-cu ilin iyul - 2011-ci ilin 
								yanvar aylarını əhatə edir. Müsabiqədə müəyyən 
								edilmiş ixtisaslar üzrə müvəffəqiyyətlə oxuyan 
								tələbələr iştirak edə bilərlər. Təqaüdün aylıq 
								məbləği 70 manatdır. Müsabiqənin şərtləri ilə 
								www.socar.az/tehsil.html İnternet səhifəsində 
								tanış olmaq mümkündür. Müsabiqəyə müraciət 
								iyulun 1-dən 21-dək həmin İnternet saytı 
								vasitəsilə "onlayn" rejimdə həyata keçirilir.
								 
								
								Xatırladaq ki, bir müddət əvvəl 2009-2010-cu 
								tədris ilinin I semestrinin nəticələrinə görə, 
								140 tələbə ARDNŞ təqaüdünə layiq görülmüşdür. 
								Proqramın həyata keçirilməsi neft-qaz sənayesinə 
								aid ixtisaslara qəbul üçün sənəd verənlər 
								arasında yüksək hazırlıqlı abituriyentlərin 
								xüsusi çəkisini yüksəltməklə yanaşı, tələbələrin 
								elmi-praktik biliklərə marağını daha da artırır.
								 
								
								
								AzərTAc |