| 
								
								Qarsdakı Qafqaz Universitetinin rektoru 
								Abamüslüm Güvənin başçılq etdiyi 
								professor-müəllim heyəti Azərbaycanın Qarsdakı 
								baş konsulu Ayxan Süleymanov ilə görüşmüşdür.
								 
								
								Baş konsul Qafqaz Universitetindəki Heydər 
								Əliyev Tədris Mərkəzinin fəaliyyətini yüksək 
								qiymətləndirərək, bu mərkəzin gənc nəslin 
								maariflənməsinə işıq saldığını söyləmişdir. O, 
								Türkiyədə ilk dəfə olaraq bu universitetdə 
								açılmış Azərbaycan dili və ədəbiyyatı 
								kafedrasının fəaliyyətini də yüksək 
								qiymətləndirmiş, diplomatik nümayəndəliyimizin 
								bundan sonra da Qafqaz Universitetinin 
								ölkəmizdəki ali təhsil ocaqları ilə 
								əməkdaşlığında fəal iştirak edəcəyini 
								bildirmişdir.  
								
								Abamüslüm Güvən demişdir ki, ulu öndər, türk 
								tarixinin ən böyük şəxsiyyətlərindən biri olan 
								Heydər Əliyev universitetin fəxri doktoru 
								olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev də 
								iki il əvvəl Heydər Əliyev Tədris Mərkəzini 
								ziyarət etmişdir. Bu mərkəz Heydər Əliyev 
								Fondunun dəstəyi ilə 2007-ci ildə açılıb və 
								uğurla fəaliyyət göstərir.  Fond  bu  təhsil  
								ocağına lazımi avadanlıq və əyani vəsaitlər də 
								hədiyyə etmişdir. 
								
								
								AzərTAc |