İyulun 6-dan Astanada keçirilən 51-ci Beynəlxalq
riyaziyyat olimpiadası başa çatmışdır. Bu bilik
yarışmasında 102 ölkədən 1200-dən artıq məktəbli
iştirak etmişdir.
Postsovet məkanında birinci dəfə Qazaxıstanda
keçirilən bu olimpiadada Azərbaycanı Bakı,
Gəncə, Mingəçevir və Sumqayıt özəl türk
liseylərinin şagirdləri təmsil etmişlər. Altı
nəfərdən ibarət komandamızın beş üzvü laureat
adını qazanmışdır. Bakı, Gəncə və Sumqayıt
liseylərinin şagirdləri Altun Şükürlü, Kənan
Məlikov və Elşad Mustafayev olimpiadanın gümüş,
Sumqayıt və Mingəçevir liseylərinin şagirdləri
Emil Cəfərli və Sübhan Rüstəmli bürünc
medallarına layiq görülmüşlər.
AzərTAc |