| 
								
								Bakıda səfərdə olan Litvanın təhsil və elm 
								naziri Gintaras Steponaviçiusun başçılıq etdiyi 
								nümayəndə heyəti yanvarın 16-da Heydər Əliyev 
								Fondunda olmuşdur.  
								
								Nümayəndə heyətinə ümummilli lider Heydər 
								Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq 
								yaradılan Fondun məqsədi və fəaliyyəti barədə 
								məlumat verildi.  
								
								Bildirildi ki, Fond ulu öndər Heydər Əliyevin 
								zəngin irsini öyrənir və təbliğ edir. Müxtəlif 
								sosial-iqtisadi, mədəni layihələr həyata 
								keçirməklə Azərbaycanın tərəqqisinə, 
								mədəniyyətinin və tarixinin təbliğinə kömək 
								edir.  
								
								Qonaqlara ulu öndərin şəxsi eksponatları barədə 
								də məlumat verildi. Qeyd olundu ki, bütün 
								eksponatlar ulu öndərin arxivindən götürülüb və 
								onların arasında şəxsi əşyalar üstünlük təşkil 
								edir.  
								
								ümummilli lider Heydər Əliyevin təhsil 
								ocaqlarında fərqləndiyini əks etdirən diplomlar, 
								təltif olunduğu müxtəlif ordenlər və medallar, 
								dövlət təhlükəsizlik orqanlarında çalışdığı 
								illərdə çəkilən fotoşəkillər qonaqların marağına 
								səbəb oldu. Muzeydəki ekspozisiyanın hər biri 
								böyük azərbaycanlının həyat salnaməsini əks 
								etdirir.  
								
								Ulu öndərin neft strategiyasını əks etdirən 
								eksponatlara baxan nümayəndə heyətinə bu barədə 
								də ətraflı məlumat verildi. ümummilli liderin 
								dünyanın böyük dövlətlərinin rəhbərləri, 
								mədəniyyət, incəsənət xadimləri ilə keçirdiyi 
								görüşlərdə çəkilmiş tarixi fotosənədlər də 
								qonaqlarda maraq doğurdu.  
								
								Ekspozisiya ilə tanışlıqdan sonra Gintaras 
								Steponaviçius Fondun Xatirə kitabına ürək 
								sözlərini yazdı.  
								
								Qonaqlar Fondun nəşrləri ilə tanış oldular. 
								Onlara Fondun nəşr etdirdiyi və Azərbaycanda 
								keçirilən beynəlxalq muğam festivalına həsr 
								olunmuş albom, Heydər Əliyev Fondunun fəaliyyəti 
								ilə bağlı bukletlər hədiyyə edildi.  
								
								Litvalı qonaqlar Fondun fəaliyyətini əks etdirən 
								filmə də baxdılar.  |