Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev yanvarın 21-də Türkiyənin milli təhsil
naziri xanım Nimet çubukçunun başçılıq etdiyi
nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan ilə Türkiyə
arasında əlaqələrin müxtəlif sahələrdə, o
cümlədən təhsil sahəsində uğurla inkişaf
etdiyini vurğuladı. Prezident İlham Əliyev
Türkiyənin milli təhsil naziri xanım Nimet
çubukçunun ölkəmizə bu səfərinin təhsil
sahəsində əlaqələrimizin inkişaf etdirilməsi
baxımından faydalı olacağına ümidvar olduğunu
bildirdi.
Xanım Nimet çubukçu təhsil naziri kimi ölkəmizə
ilk səfərindən məmnunluğunu vurğuladı. ölkəmizə
hər səfəri zamanı Bakıda böyük inkişafın və
dəyişikliklərin baş verdiyinin şahidi olduğunu
deyən Türkiyənin milli təhsil naziri bütün
bunların məhz Prezident İlham Əliyevin
rəhbərliyi sayəsində həyata keçirildiyini qeyd
etdi. Xanım Nimet çubukçu ölkələrimiz arasında
təhsil sahəsində əlaqələri daha da
genişləndirməyin zəruriliyini bildirdi və bunun
üçün böyük potensialın olduğunu vurğuladı.
|