|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Hikmət xəzinəsindən
Əgər məndən soruşsaydılar ki, ən şərəfli sənət hansıdır? Mən o zaman iftixarla belə deyərdim: - Müəllimlik!
Həsən bəy ZƏRDABİ
|
Oktyabrın 6-da Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın görkəmli şərqşünas alimi, professor Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş "Şərqşünaslığın aktual problemləri" mövzusunda respublika elmi konfransı işə başlamışdı.
Tədbirdə görkəmli alimin həyat yoldaşı, Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, təhsil naziri Misir Mərdanov, Milli Məclisin deputatları, nazirlər, dövlət komitələrinin rəhbərləri iştirak edirdilər. Konfrans iştirakçıları Aida İmanquliyevanın əsərlərindən ibarət sərgiyə, onun həyat və fəaliyyətini əks etdirən videogörüntülərə maraqla baxmışlar. Universitetin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov professor Aida İmanquliyevanın zəngin elmi fəaliyyətindən, şərqşünaslığın inkişafındakı müstəsna xidmətlərindən danışmışdır. Bildirilmişdir ki, alimin əsərləri dünya şərqşünaslığı xəzinəsinə daxil olmuş çox dəyərli araşdırmalardır. Məlumat vermişdir ki, Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuş, 132 nömrəli orta məktəbi qızıl medalla bitirmişdir. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
"Elektron məktəb" layihəsinin tətbiq olunması barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrası üzrə Təhsil Nazirliyinin 19 avqust 2008-ci il tarixli əmri ilə təsdiq edilmiş Fəaliyyət Planının 13.2 və 13.3-cü bəndlərinin icrası məqsədilə
ƏMR EDİRƏM:
1. "Elektron məktəb"in nümunəvi modeli təsdiq edilsin. 2. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (S.Məmmədov): 2.1. Təhsil müəssisəsinin vahid informasiya mühitinin yaradılmasını nəzərdə tutan "Elektron məktəb" modelinin strukturunun, iştirakçılarının, proqram-texniki təminatının və qarşılıqlı fəaliyyət mexanizminin müəyyən edilməsi və pilot olaraq seçilmiş təhsil müəssisələrində "Elektron məktəb" layihəsinin tətbiq edilməsini təmin etsin. |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
(Əvvəli qəzetimizin ötən saylarında)
Hörmətli oxucular, bu məqalədə Azərbaycanda İKT-nin təhsil sisteminə inteqrasiyası ilə əlaqədar mövzunu davam etdirərək təhsilin informasiyalaşdırılması üzrə qarşıda duran vəzifələri diqqətinizə çatdırmaq istəyirəm. Dövlət Proqramı çərçivəsində yaradılmış Məlumat və Resurs Mərkəzinin (Data Mərkəz) yaradılmasında "ULTRA" şirkəti və AZEDUNET təşkilatı iştirak etmişdir. |
Oktyabrın 5-də Təhsil Nazirliyində Beynəlxalq Müəllim Gününə həsr olunmuş mərasim keçirildi. Tədbirdən öncə Təhsil Nazirliyinin, ölkənin təhsil ictimaiyyətinin nümayəndələri Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdilər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi dərin ehtiramla yad edildi. Tədbiri açan Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov peşə bayramı münasibətilə müəllimləri təbrik etdi və onlara gələcək fəaliyyətlərində yeni-yeni nailiyyətlər, bu çətin və şərəfli işdə böyük uğurlar arzuladı. |
"Azərbaycan-Almaniya ali təhsil günləri" mövzusunda beynəlxalq konfrans keçirildi
Oktyabrın 2-də Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris korpusunda Təhsil Nazirliyinin Alman Akademik Mübadilə Xidməti təşkilatı ilə (DAAD) təhsil sahəsində əməkdaşlığı çərçivəsində "Azərbaycan-Almaniya ali təhsil günləri" mövzusunda beynəlxalq konfrans öz işinə başladı. |
Beynəlxalq əlaqələr genişlənir
Bu yaxınlarda Ukrayna Respublikasında (Kiyev vilayəti, Belaya çerkov şəhəri) adıçəkilən ölkənin, Azərbaycan, Belarus və Rusiyanın müvafiq ali məktəbləri ilə birgə təşkil etdikləri "Diplomdansonrakı pedaqoji təhsil: Avropa oriyentirləri və regional prioritetlər" mövzusunda beynəlxalq elmi konfrans keçirildi. Tədbiri Kiyev Vilayət Diplomdansonrakı Təhsil İnstitutu, Ukrayna Pedaqoji Elmlər Akademiyasının Təhsil Menecerləri Universiteti, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Belarus Respublikası Təhsil Nazirliyinin Milli Təhsil İnstitutu, Minsk Vilayət Təhsilin İnkişafı İnstitutu, Qomel Vilayət Təhsilin İnkişafı İnstitutu, Moskva Vilayət Diplomdansonrakı Təhsil Pedaqoji Akademiyası təşkil etmişdilər. Azərbaycan tərəfdən konfransın təşkilat komitəsinin rəhbəri - Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf ZAMANOV əməkdaşımızla söhbətində demşdir: |
Dünya universitetləri
Prinston Universiteti (Princeton University) ABŞ-ın ən qədim və tanınmış universitetlərindən biridir. Prinston şəhərində, Nyu-Cersi ştatında yerləşən və məşhur Sarmaşıq liqasının səkkiz ali məktəbindən biri olan bu universitet 2001-2008-ci illərdə "News and World Report" (USNWR) jurnalı tərəfindən aparılan araşdırmalara əsasən ABŞ-ın ən yaxşı universiteti seçilib. Prinston Universitetinin tələbəsi olmaq dünyanın müxtəlif ölkələrinin gənclərinin ən böyük arzusudur.
Tarixi
Prinston Universitetinin tarixi 22 oktyabr 1746-cı ildə Britaniya müstəmləkəsinin Qanunverici Şurası tərəfindən kral II Heorqun adından bir qrup pastora (protestant keşişi) kollec yaratmaları üçün icazə kağızı verilməsi ilə başlayıb. |
British Council-in Azərbaycanda yeni layihəsi - 25
Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə!
Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!
Ağcabədi rayonunda Təhsil Nazirliyinin və Azad Azərbaycan Teleradio şirkətinin təşkilatçılığı əsasında təşkil olunmuş "LC - Bilik Akademiyası" yarışmasının qalibi 2 nömrəli məktəbin şagirdi Fərhad Həsənovla görüş keçirilib. Görüş iştirakçıları öncə Heydər Əliyev meydanına toplaşaraq ulu öndərin abidəsi önünə gül dəstələri qoyub xatirəsini ehtiramla yad ediblər. |