· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 


B.e ç.a ç C.a C. Ş. B.
  1  2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

 

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Respublika Günü münasibətilə paytaxtın İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət etmişdir.

Abidənin ətrafında fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısı abidənin önünə əklil qoydu.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

 

AzərTAc

 

"2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikasının ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyası proseslərinin sürətləndirilməsi, ali təhsilin məzmununun Boloniya prinsiplərinə uyğun qurulması, ölkə iqtisadiyyatının inkişaf meyillərinə müvafiq olaraq yüksək hazırlıqlı kadrlara tələbatın ödənilməsi, həmçinin əhaliyə müasir standartlar səviyyəsində ali təhsil almaq imkanı yaradan səmərəli ali təhsil sisteminin formalaşdırılması məqsədi ilə qərara alıram:

1. "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 22 may 2009-cu il

 

 

 

 

  

Moskvada ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş mini-futbol üzrə turnir keçirilib

 

"Lujniki" Olimpiya Kompleksində Moskvanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş mini-futbol turniri keçirilmişdir. "Heydər Əliyev kuboku" uğrunda turnir Leyla Əliyevanın başçılıq etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) tərəfindən təşkil edilmişdir.

 

 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

 

(Əvvəli qəzetimizin ötən saylarında)

 

ötən məqalələrdə ölkəmizdə  ali təhsil sahəsində mövcud olan problemlərlə bağlı bəzi fikirlərimi bildirmişdim, bu məqalədə də qalan problemlər barədə mülahizələrimi yekunlaşdırmaq istəyirəm. Ali məktəblərimizdə dərs yükünün optimal müəyyənləşdirilməməsi, azsaylı qrup və birləşmələrin yaradılması, dərs yükünün minimal hədlə müəyyən edilməsi tələbə-müəllim nisbətinin dünyadakı göstəricilərə uyğunlaşdırılmasına imkan vermir. Belə ki, ikinci məqalədə qeyd etdiyim kimi, ali təhsil müəssisələrində bir müəllimə düşən tələbələrin sayı hələ də aşağı səviyyədə qalmaqdadır (7,4 nəfər). Bəzi ali məktəblərdə isə həmin göstərici daha aşağıdır.

Xüsusi istedadlı şagirdlərin bilik yarışı

 

İstedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi və səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılması məqsədilə ölkə başçısı cənab İlham Əliyev "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)"nı təsdiq edən sərəncam imzalamışdır.

 

Proqramın həyata keçirilməsi sahəsində tədbirlər planına uyğun olaraq mayın 26 və 27-də Bakıda yerləşən "Ankara məktəbi" məktəb-liseyində respublika üzrə riyaziyyat, fizika, kimya və biologiya fənlərindən sınaq imtahanının yekun mərhələsi keçirildi. Bilik yarışında Təhsil Nazirliyinin tabeliyindəki lisey və gimnaziyalarda təhsil alan məktəblilər daxil olmaqla 8, 9 və 10-cu sinif şagirdləri iştirak etdilər.

Yeni kurikulumlarla təlimin təşkili məsələləri müzakirə olundu

 

Mayın 22-də Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən Şuşa rayon Malıbəyli kənd orta məktəbində "Müasir kurikulumlar və təlimin təşkili məsələləri" mövzusunda tədbir keçirildi. Tədbirdə təhsil nazirinin müavini İsgəndər İsgəndərov, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbəsinin müdiri Aydın Əhmədov, Dərslik və nəşriyyat şöbəsinin  müdiri Faiq Şahbazlı, Təhsil Problemləri İnstitutunun direktoru, professor Abdulla Mehrabov,  institutun direktor müavini, Kurikulum Mərkəzinin direktoru, pedaqoji elmlər namizədi, dosent Ənvər Abbasov, Zəngilan və Qubadlı rayonları təhsil şöbələrinin müdirləri, paytaxtın bir sıra tanınmış məktəblərinin direktorları, KİV nümayəndələri  iştirak edirdilər.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi təhsil islahatının prioritet istiqamətidir

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 15 iyun 1999-cu il tarixli, 168 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı" ölkəmizdə təhsil sahəsində islahatların həyata keçirilməsi üçün ilkin təkan oldu. Bu müddət ərzində təhsil sahəsində islahat proqramının ilkin mərhələləri müvəffəqiyyətlə həyata keçirilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum)" və "Azərbaycan Respublikasının ümumtəhsil sistemində Qiymətləndirmə Konsepsiyası" kimi dövlət əhəmiyyətli mühüm sənədlər qəbul olunmuşdur.

Fəal təlimdə interaktiv üsullardan istifadə

 

Təhsil sistemində aparılan islahatlar yeni pedaqoji texnologiyaları öyrənib onlardan səmərəli istifadə etməyi, təhsilin keyfiyyətini yüksəltməyi qarşıya başlıca vəzifə kimi qoyur. Bu vəzifələri yerinə yetirmək üçün hər bir müəllim öz fəaliyyətində fəal təlimə geniş yer verməli, dərslərində müasir dərsə verilən tələblərə əməl etməlidir. Bu gün şagirdlərin hazırlıq səviyyəsi, təlimin qarşısında duran məqsədlərə nail olunması müəllimin nəzəri və praktik hazırlığından, düzgün fəaliyyət üslubundan asılıdır. Əgər ənənəvi dərsdə biliklər əsasən müəllim tərəfindən aşılanırsa, fəal təlimdə üstünlük şagirdlərin fəaliyyətinə verilir. Şagirdlər daim axtarışda olur, fikirlərini aydın şəkildə şərh edir, əldə etdikləri bilikləri tətbiq etmək bacarığına yiyələnirlər.

 

 

British Council-in Azərbaycanda yeni layihəsi - 23

Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə!

Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!