|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Heydər Əliyev Fondu Dövlət Neft Akademiyasında silahlı basqın nəticəsində həlak olanların ailələrinə və ağır xəsarət alanlara maddi yardım ayırmışdır Bu il aprelin 30-da Azərbaycan Dövlət Neft
Akademiyasında çoxsaylı insan itkisi ilə nəticələnmiş
faciəli hadisə respublika ictimaiyyətini
sarsıtmışdır. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı Mehriban xanım Əliyeva qanlı hadisə
zamanı doğmalarını itirən ailələrin dərdinə
şərik çıxaraq onlara başsağlığı göndərmiş,
bu sarsıntını onlarla birgə
yaşadığını qeyd etmiş, həlak olanlara
Allahdan rəhmət diləmişdir. Mehriban xanım
Əliyeva xəsarət alan və müxtəlif tibb müəssisələrində
müalicə kursu keçən yaralıların səhhəti ilə
maraqlanmışdır.
Faciəli hadisə ilə əlaqədar
yardım göstərilməsi məqsədilə həlak
olanların ailələrinə Heydər Əliyev Fondu tərəfindən
15 min manat, ağır xəsarət alanların hər
birinə 5 min
manat məbləğində
pul vəsaiti
ayrılmışdır. AzərTAc
|