|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Təhsil müəssisələrinin İnternet bağlantısı üçün hazırlığının müəyyən edilməsi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri
"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrası üzrə Təhsil Nazirliyinin Fəaliyyət Planı çərçivəsində İnternet şəbəkəsinə qoşulan təhsil müəssisələrinin hazırlığının müəyyən edilməsi, məktəblərdə bu məqsədlə telekommunikasiya avadanlığının quraşdırılması üçün yer seçimi, onun mühafizəsi və fəaliyyətinin təmin edilməsi ilə bağlı
ƏMR EDİRƏM:
1. Nəzərə alınsın ki, "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrası üzrə Təhsil Nazirliyinin Fəaliyyət Planı çərçivəsində məktəblərin İnternet bağlantısının təşkili Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi və "AZEDUNET" MMC arasında bağlanmış 05 noyabr 2008-ci il tarixli, 06 saylı satınalma müqaviləsinə, həmçinin Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və "AZEDUNET" MMC arasında 10 dekabr 2008-ci il tarixində birgə imzalanmış əməkdaşlıq haqqında müqaviləyə uyğun olaraq "AZEDUNET" MMC tərəfindən həyata keçirilir. 2. İnternet bağlantısı ilə təmin ediləcək təhsil müəssisələrinin və "AZEDUNET" MMC-in nümayəndələri arasında qarşılıqlı işbirliyi qaydaları haqqında Tövsiyələr təsdiq edilsin. 3. Təhsil müəssisələrinin İnternet bağlantısı üçün hazırlığının müəyyən edilməsi ilə bağlı Qaydalar təsdiq edilsin. 4. Təhsil müəssisəsində İnternet bağlantısının təhvil-təslim sınağının keçirilməsi və müvafiq protokolun tərtib edilməsi Qaydası, Təhvil-təslim Protokolu və Təhvil-təslim Protokolunun imzalanması ilə bağlı İzahat təsdiq edilsin. 5. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (S.Məmmədov) Təhsil Nazirliyinin Fəaliyyət Planı çərçivəsində nəzərdə tutulanların həyata keçirilməsi məqsədilə təhsil müəssisələri ilə "AZEDUNET" MMC-in təmsilçiləri arasında səmərəli işbirliyinin yaradılması istiqamətində tədbirlər müəyyən etsin. 6. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (S.Məmmədov) təhsil müəssisələrinin İnternet bağlantısı ilə təmin edilməsinə kömək məqsədilə idarənin və "AZEDUNET" MMC-in informasiya-məlumat xidmətlərinin yaradılmasını və bu xidmətlərin əlaqə vasitələrinin təhsil müəssisələrinə çatdırılmasını təmin etsin. 7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində, nazirliyin "Təhsil xəbərləri" məcmuəsində və Təhsil Nazirliyinin rəsmi İnternet saytında dərc olunmasını təmin etsin. 8. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV, Azərbaycan Respublikasının təhsil naziri
Təhsil müəssisələrinin İnternet bağlantısının təşkili barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrası üzrə Təhsil Nazirliyinin 19 avqust 2008-ci il tarixli əmri ilə təsdiq edilmiş Fəaliyyət Planının icrası məqsədilə
ƏMR EDİRƏM:
1. "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrası üzrə Təhsil Nazirliyinin Fəaliyyət Planı çərçivəsində İntranet və İnternet şəbəkəsinə qoşulan təhsil müəssisələrinin siyahısı təsdiq edilsin. 2. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (S.Məmmədov) Bakı Şəhəri üzrə Təhsil İdarəsi, bütün rayon (şəhər) təhsil şöbələri ilə birlikdə təhsil müəssisələrində İntranet və İnternet infrastrukturunun qurulması, İntranet və İnternet bağlantısına hazırlıq, İntranet və İnternetdən istifadə, həmçinin İntranet və İnternet resurslarına məhdudiyyətlərin tətbiqi məsələlərinin həlli üçün konkret tədbirlər planı hazırlasın. 3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində, nazirliyin "Təhsil xəbərləri" məcmuəsində və Təhsil Nazirliyinin rəsmi İnternet saytında dərc olunmasını təmin etsin. 4. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV, Azərbaycan Respublikasının təhsil naziri
|