· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 


B.e ç.a ç C.a C. Ş. B.
      1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31

 

Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Hörmətli həmvətənlər!

Sizi xalqımızın ən əziz bayramı - Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı və səadət arzulayıram.

Təbiətin insanlara töhfəsi olan Novruz bayramının hər gəlişi əsrlərdən bəri Azərbaycanda bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü kimi qəbul edilmişdir. Gecə ilə gündüzün bərabərləşdiyi ilk bahar günündə yurdumuza qədəm qoyan bu bayram insanları daim birliyə, sülhə və əmin-amanlığa səsləyir. Bahar mərasimləri, adət-ənənələri əsrlərin sınağından çıxaraq ulu babalarımızdan bizə yadigar qalmış misilsiz ərməğandır.

Milli təfəkkürümüzün və mədəni-mənəvi dəyərlərimizin parlaq təcəssümü sayılan Novruz bayramı suveren Azərbaycan dövlətinin rəsmi bayramı olaraq müstəqil respublikamızın hər bir guşəsində kütləvi şənliklərlə qeyd edilir. 

 

 

 

Azərbaycan Prezidenti İlham Əliyev 6 saylı seçki məntəqəsində səs verib

Müstəqil Azərbaycan Respublikasının ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ilk Konstitusiyasının qəbul edilməsindən 14 il keçir. Bu müddət ərzində ölkəmiz böyük inkişaf yolu keçmiş, geniş hüquqi islahatlar aparılmış və bütün bunlar demokratik vətəndaş cəmiyyəti quruculuğu üçün möhkəm təməl yaratmışdır. Lakin ölkədə, cəmiyyətdə gedən proseslər zaman-zaman yeni tələblər irəli sürür. Konstitusiya isə elə bir sənəddir ki, o, cəmiyyətlə birlikdə inkişaf etməlidir. ötən dövr 2002-ci ildə Azərbaycan Konstitusiyasına edilmiş dəyişikliklərin də təsirli və səmərəli olduğunu sübut etmişdir. Hazırda Azərbaycan özünün inkişafının elə bir mərhələsinə daxil olmuşdur ki, ölkənin Əsas Qanununa müəyyən əlavələr və dəyişikliklər edilməsi zərurətə çevrilmişdir. Başqa sözlə, bu, sosial sifarişdir.

Martın 18-də ümumxalq səsverməsinə çıxarılan Referendum Aktında Konstitusiyanın 29 maddəsinə təklif olunan əlavələr və dəyişikliklər insan hüquqları ilə bağlı təminatları daha da genişləndirir, dəqiqləşdirir və beynəlxalq müqavilələrdə əksini tapmış təminatları özündə əks etdirir.

Müstəqil Azərbaycan Respublikasının tarixinə Konstitusiyaya əlavə və dəyişiklik edilməsi üçün ikinci dəfə keçirilən referendumda seçici siyahılarına 4,8 milyondan çox seçici daxil olunmuşdur. 

  

 

"Muğam aləmi" Beynəlxalq festivalı çərçivəsində beynəlxalq elmi simpozium başlanıb

Martın 18-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində "Muğam aləmi" Beynəlxalq festivalı çərçivəsində beynəlxalq elmi simpoziumun açılışı olmuşdur.

Beynəlxalq festivalın prezidenti, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri MEHRİBAN ƏLİYEVA simpoziumu açaraq demişdir: -Simpoziumun işində iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən paytaxtımıza gələn bütün qonaqlarımıza "Azərbaycana xoş gəlmişsiniz!" deyirəm. 

 

Novruz bayramınız mübarək!

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

Hörmətli təhsil işçiləri!

Sizi, Sizin şəxsinizdə bütün xalqımızı əziz Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və işlərinizdə böyük uğurlar arzulayıram.

Təbiətin oyanış fəsli yazın müjdəçisi olan Novruz bayramı tarixən insanlarımız tərəfindən birlik, mehribanlıq, qardaşlıq rəmzi kimi qarşılanmış, sevilmiş və böyük məhəbbətlə qeyd olunmuşdur. Milli varlığımızı və ulu babalarımızın mənəvi aləminin zənginliyini bütün incəlikləri ilə əks etdirən bu el bayramı əsrlərin sınağından çıxmış gözəl adət-ənənələri ilə bu gün də xalqımız tərəfindən sevilir və uca tutulur. Novruzun gəlişi insanlarda ülvi duyğular oyadır, hər kəsə sonsuz sevinc və fərəh bəxş edir.

Yurdumuza bahar gəlir

 

Əzəli və bəşəri bayram

 

Azərbaycan xalqı, ümumilikdə türk xalqları üçün bu bayram xəlqi-milli Yeni il olub, yazın bayram edildiyi sistemli ictimai-iqtisadi hadisələr toplusu kimi cəmiyyət miqyasında qeyd edilib. 12 min ildən artıq yaşı olduğu təsdiqlənən Novruz tarixən əkinçilik bayramı, əkin-səpin, əmək bayramı kimi yaranmış, xalqımızın mövsüm bayramı olmuşdur.

 

Yazın gəlişi yaxınlaşdıqca ulu çağlardan azərbaycanlılar sinilərdə, məcməilərdə buğda, arpa, noxud, mərci və digər taxıl məhsullarından səməni göyərdər, ona baxıb sevinər, fərəhlənərdilər:

Səməni, al məni,

Hər yazda sən yada

sal məni.

Səməni göyərtmək Novruzun ən müqəddəs mərasimidir. Səməni həm yaşıllığın, həm də əkinçiliyin rəmzidir. Səməninin varlığı da, həyat verəni də, mənası da taxıldır. 

Təhsil Nazirliyinin kollegiyasında

Sumqayıt Şəhər Təhsil Şöbəsinin təcrübəsi müzakirə olundu

Xəbər verdiyimiz kimi, martın 11-də Sumqayıt şəhərində Təhsil Nazirliyinin səyyar kollegiya iclası keçirilmişdir. Kollegiya üzvlərinin, Təhsil Nazirliyinin bəzi şöbə və struktur-bölmə rəhbərlərinin, rayon (şəhər) təhsil şöbələri müdirlərinin, Bakı və Sumqayıtın ümumtəhsil məktəbləri direktorlarının iştirak etdikləri geniş iclasda "Sumqayıt Şəhər Təhsil Şöbəsi tərəfindən təhsil müəssisələrinin idarəolunmasında davamlı inkişafın təmin edilməsi" mövzusunda məsələ müzakirə olundu. Təhsil naziri Misir Mərdanov kollegiya iclasını açaraq bildirdi ki, son illər Sumqayıtda iqtisadi və sosial həyatın bütün sahələrində, o cümlədən təhsildə xeyli müsbət iş görülüb, ciddi uğurlar qazanılıb. Şəhər təhsil şöbəsində bütün məktəblər, müəllimlər və şagirdlər haqqında məlumat bazası yaradılıb. 

Fransız dilinin tədrisinə dair elmi-praktik konfrans

Martın 17-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun akt zalında "Orta ümumtəhsil məktəblərində fransız dilinin tədrisi: problemlər və perspektivlər" mövzusunda elmi-praktik konfrans keçirildi. İştirakçıları salamlayan BPKİYİ-nin rektoru, professor Asəf Zamanov öncə Novruz bayramı münasibətilə hamını təbrik etdi. Sonra Fransanın tarixi və elmi haqqında qısa məlumat verdi. Hər iki ölkəni birləşdirən bir çox amillərin olduğunu qeyd edən rektor Fransanın elm və təhsilini yüksək qiymətləndirdi. 

Amerikalı musiqiçi ilə görüş

 

Martın 19-da Azərbaycan Milli Konservatoriyasının nəzdindəki Musiqi Kollecində Amerika Birləşmiş Ştatlarının musiqiçisi Cefri Verbakın kollecin tələbələri ilə görüşü keçirilmişdir. Konsertdən öncə qonaq Musiqi Kollecinin otaqlarını gəzdi, korifey sənətkarların şəkilləri ilə tanış oldu, tələbələrlə söhbət etdi. Tədbiri giriş sözü ilə açan Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov təhsil müəssisəsi adından qonağı salamladı. Bildirdi ki, Cefri Verbak 3-cü dəfə Musiqi Kollecində konsert verir. Hər konserti bizim üçün çox maraqlı keçir.

Sumqayıtda dərslik müəllifləri ilə görüş keçirildi

Martın 14-də Sumqayıt Şəhər Təhsil Şöbəsində respublikanın ümumtəhsil məktəbləri üçün Milli Kurikulum əsasında hazırlanmış I sinif  dərslik komplektlərinin tətbiqi ilə  əlaqədar ibtidai sinif müəllimləri ilə  dərslik müəlliflərinin  görüşü keçirildi.

Tədbiri giriş sözü ilə Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı  açaraq   bildirdi ki,  son illər  Azərbaycan  təhsilinin beynəlxalq təhsil sisteminə  inteqrasiyası istiqamətində  böyük işlər görüldüyünün şahidiyik. 

Respublika birinciliyinin qalibləri mükafatlandırılıb

Martın 10-12-də Beyləqan rayonunda keçirilən yunan-Roma güləşi üzrə 1993-1995-ci təvəllüdlü yeniyetmələr arasında "Təhsil" Respublika İdman Mərkəzinin Açıq Respublika birinciliyində 17 çəki dərəcəsi üzrə 16 komanda tərkibində 247 idmançı iştirak edib. Yarış şəxsi xarakter daşıdığından Beynəlxalq Güləş Federasiyasının yeni qaydalarına uyğun keçirilib.

I, II, III yeri tutan komandalar mərkəzin müvafiq diplomları və qiymətli hədiyyələriylə təltif olunublar.  

Valideynlərlə maarifləndirmə işi genişlənir

Təhsil Nazirliyi və YUNİSEF-in dəstəyi ilə yaranmış  Azərbaycan Milli Valideyn - Müəllim Assosiasiyası artıq 5 ildən çoxdur ki, fəaliyyət göstərir. VMA-nın icraçı direktoru Təranə Şərifovanın verdiyi məlumata görə, bu illər ərzində təşkilatın apardığı  maarifləndirmə işi 1000-ə yaxın məktəbdə Valideyn- Müəllim Assosiasiyasının yaranmasına səbəb olub. 2008-2009-cu tədris ilindən başlayaraq məktəb ailə ilə  birgə əməkdaşlığa gəlmək yolunda əhəmiyyətli addımlar atır, bir çox təhsil müəssisələrində valideyn- müəllim birlikləri yaranır. 

British Council-in Azərbaycanda yeni layihəsi - 23

Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə!

Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!