|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik Hörmətli
həmvətənlər! Sizi
xalqımızın ən əziz bayramı - Novruz bayramı
münasibətilə səmimi-qəlbdən təbrik edir,
hər birinizə cansağlığı və
səadət arzulayıram. Təbiətin
insanlara töhfəsi olan Novruz bayramının hər
gəlişi əsrlərdən bəri Azərbaycanda
bolluğun, bərəkətin və xeyirxahlığın
təcəssümü kimi qəbul edilmişdir. Gecə ilə
gündüzün bərabərləşdiyi ilk bahar günündə
yurdumuza qədəm qoyan bu bayram insanları daim
birliyə, sülhə və əmin-amanlığa
səsləyir. Bahar mərasimləri,
adət-ənənələri əsrlərin sınağından
çıxaraq ulu babalarımızdan bizə yadigar qalmış
misilsiz ərməğandır. Milli
təfəkkürümüzün və mədəni-mənəvi
dəyərlərimizin parlaq təcəssümü sayılan
Novruz bayramı suveren Azərbaycan dövlətinin rəsmi
bayramı olaraq müstəqil respublikamızın hər bir
guşəsində kütləvi şənliklərlə
qeyd edilir. Yaz bayramının insanlarımızda
qurub-yaratmaq əzmini artıran yeniləşdirici ovqatı
ölkəmizin dinamik inkişafla əlamətdar həyatında
son illər ən müxtəlif sahələrdə ürəkaçan
nailiyyətlərlə, paytaxtda və bölgələrdə
geniş miqyasda aparılan quruculuq-abadlıq işləri
ilə ümumi ahəng təşkil edir. Builki Novruz bayramı
özünün yeni dövrünü yaşayan Azərbaycan muğamının
da bayramıdır və Beynəlxalq Muğam Festivalının
keçirilməsi ilə əlamətdardır. Doğma
Vətənimizin müstəqilliyi və ərazi bütövlüyünün
qorunması naminə canlarından keçmiş Azərbaycan
övladlarının xatirəsi bu əziz gündə ehtiramla
yad olunur. ölkəmizin hüdudlarından uzaqlarda soydaşlarımız
da bizimlə bərabər Bahar bayramını böyük
sevinclə qarşılayırlar. İnanıram ki, milli
həmrəyliyimizin rəmzinə çevrilmiş bu el bayramı
azərbaycançılıq məfkurəsi ətrafında
onların müqəddəs Vətənə bağlılıq
duyğularını daha da möhkəmləndirəcəkdir.
Hamınıza
bahar əhvali-ruhiyyəsi arzu edirəm. Novruz
bayramınız mübarək olsun! İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 mart 2009-cu il
Azərbaycan Prezidenti İlham Əliyev 6 saylı seçki məntəqəsində səs verib Müstəqil
Azərbaycan Respublikasının ulu öndər Heydər
Əliyevin rəhbərliyi ilə hazırlanmış ilk
Konstitusiyasının qəbul edilməsindən 14 il keçir.
Bu müddət ərzində ölkəmiz böyük inkişaf yolu
keçmiş, geniş hüquqi islahatlar aparılmış
və bütün bunlar demokratik vətəndaş
cəmiyyəti quruculuğu üçün möhkəm təməl
yaratmışdır. Lakin ölkədə,
cəmiyyətdə gedən proseslər zaman-zaman yeni
tələblər irəli sürür. Konstitusiya isə elə
bir sənəddir ki, o, cəmiyyətlə birlikdə inkişaf
etməlidir. ötən dövr 2002-ci ildə Azərbaycan
Konstitusiyasına edilmiş dəyişikliklərin də
təsirli və səmərəli olduğunu sübut etmişdir.
Hazırda Azərbaycan özünün inkişafının elə
bir mərhələsinə daxil olmuşdur ki, ölkənin
Əsas Qanununa müəyyən əlavələr və
dəyişikliklər edilməsi zərurətə çevrilmişdir.
Başqa sözlə, bu, sosial sifarişdir. Martın 18-də ümumxalq
səsverməsinə çıxarılan Referendum Aktında
Konstitusiyanın 29 maddəsinə təklif olunan
əlavələr və dəyişikliklər insan hüquqları
ilə bağlı təminatları daha da genişləndirir,
dəqiqləşdirir və beynəlxalq müqavilələrdə
əksini tapmış təminatları özündə əks
etdirir. Müstəqil Azərbaycan Respublikasının
tarixinə Konstitusiyaya əlavə və dəyişiklik
edilməsi üçün ikinci dəfə keçirilən referendumda
seçici siyahılarına 4,8 milyondan çox seçici daxil olunmuşdur.
Avropa standartlarına cavab verən yeni Seçki
Məcəlləsi əsasında vətəndaşların
öz iradələrini sərbəst ifadə etmələri
üçün bütün tədbirlər görülmüş, seçkilərin
gedişini izləmək üçün xarici ölkələrdən
beynəlxalq müşahidəçilər dəvət edilmişdir.
Təşviqat kampaniyası azad və şəffaf şəraitdə
keçirilmiş, hər bir təşviqat qrupuna
bərabər şərait yaradılmışdır. Səsvermə günü səhərdən Bakı
şəhərinin 29 saylı Səbail seçki dairəsinin
Tofiq İsmayılov adına "İntellekt"
liseyində yerləşən 6 saylı seçki
məntəqəsində xüsusi canlanma müşahidə
olunurdu. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev səhər saat 11-də ailə üzvləri
ilə birlikdə seçki məntəqəsinə gəldi.
Prezident İlham Əliyev səsvermə otağına
gəlib, səsvermə bülleteni alaraq kabinəyə keçdi
və sonra bülleteni qutuya saldı. Bu anı respublikamızın
və xarici ölkələrin onlarca mətbuat orqanının,
televiziya kanallarının nümayəndələri
izləyirdilər. Azərbaycanın birinci xanımı
Mehriban Əliyeva və qızı Leyla Əliyeva da bu
məntəqədə səs verdilər. AzərTAc
|