|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasının keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri Respublika ali məktəblərində
təhsil alan tələbələrin müxtəlif
fənlərə marağının artırılması,
həmin fənlər üzrə yüksək bilik nümayiş
etdirən tələbələrin aşkar edilməsi
və onlarda biliyə olan həvəsin stimullaşdırılması
məqsədilə ƏMR EDİRƏM: 1. Ali məktəb
tələbələrinin XIV
Respublika olimpiadası riyaziyyat, fizika, kimya, informatika,
Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası,
ingilis, alman, fransız və rus dilləri fənləri üzrə
2009-cu ilin mart-may aylarında
Azərbaycan Təhsil İşçiləri Azad
Həmkarlar İttifaqı Respublika Komitəsi ilə
birgə keçirilsin. 2. Olimpiadanın keçirilməsi
məqsədilə Təşkilat Komitəsi və
fənlər üzrə Münsiflər Heyəti yaradılsın. 3. Ali məktəb rektorlarına tapşırılsın: 3.1. Müvafiq fənlər üzrə olimpiadaya
hazırlıq qrupları yaradılsın. 3.2. Olimpiadanın I turu 2009-cu ilin
arrel ayının 5-dək keçirilsin. 3.3. Olimpiadanın I turunda qalib çıxmış
və II tura
vəsiqə almış tələbələrin siyahısı
və onların hər biri üçün "Olimpiada iştirakçısının
anketi" 10 aprel 2009-cu ilədək Təhsil
Nazirliyinə təqdim edilsin. 4. Olimpiadanın II turu Bakı Slavyan
Universitetinin bazasında cari ilin may ayında keçirilsin. 5. Təhsil Nazirliyinin Elm şöbəsinə
(G.Nuseynova) tapşırılsın: 5.1. İqtisadiyyat şöbəsi (H.Zeynalov)
ilə birgə olimpiadanın xərclər smetası hazırlanıb
təsdiq üçün təqdim edilsin. 5.2. Olimpiadanın mütəşəkkil keçirilməsi
üçün lazımi tədbirlər görulsün. 6. İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi"
qəzetində və "Təhsil
xəbərləri" məcmuəsində dərc
olunmasını təmin etsin. 7. Əmrin
icrasına nəzarət nazir müavini İ.Hüseynovaya
həvalə edilsin. Misir MƏRDANOV, Azərbaycan Respublikasının
təhsil naziri 2 mart 2009-cu il
|