|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Novruz bayramınız mübarək!
Hörmətli təhsil işçiləri! Sizi, Sizin şəxsinizdə bütün xalqımızı
əziz Novruz bayramı münasibəti ilə ürəkdən
təbrik edir, hamınıza cansağlığı,
səadət və işlərinizdə böyük uğurlar
arzulayıram. Təbiətin oyanış fəsli yazın
müjdəçisi olan Novruz bayramı tarixən insanlarımız
tərəfindən birlik, mehribanlıq, qardaşlıq
rəmzi kimi qarşılanmış, sevilmiş və böyük
məhəbbətlə qeyd olunmuşdur. Milli varlığımızı
və ulu babalarımızın mənəvi aləminin
zənginliyini bütün incəlikləri ilə əks
etdirən bu el bayramı əsrlərin sınağından
çıxmış gözəl adət-ənənələri
ilə bu gün də xalqımız tərəfindən
sevilir və uca tutulur. Novruzun gəlişi insanlarda ülvi
duyğular oyadır, hər kəsə sonsuz sevinc və
fərəh bəxş edir. Hər yerdə bir oyanış, yeniləşmə,
təzəlik hiss olunur. ümummilli liderimiz Heydər Əliyevin xalqımız
qarşısındakı misilsiz xidmətlərinin, milli
mənəvi dəyərlərimizə verdiyi böyük
qiymətin nəticəsidir ki, Novruz bayramı bu gün ölkəmizdə
rəsmi səviyyədə geniş qeyd olunur. Xalqımız
özünün sevimli bayramını cəmiyyətin bütün
təbəqələri arasında möhkəm birlik nümayiş
etdirməklə ölkə Prezidenti cənab İlham Əliyevin
rəhbərliyi altında həyatın bütün
sahələrində qazandığı uğurlarla qarşılayır.
Müstəqil Azərbaycanımızın
davamlı inkişaf strategiyasının reallaşdırılması
istiqamətində görülən işlər, həyata keçirilən
böyük layihələr, bunların nəticəsi olaraq ölkəmizin
dünyanın ən stabil ölkələri sırasında yer
tutması, iqtisadi inkişaf göstəricilərinə görə
regionda lider dövlətə çevrilməsi xalqımızda
qanuni iftixar hissi doğurur. Bütün bunlar, habelə müstəqil
dövlətimizin xalqımızın rifah halının
durmadan yüksəltməyə yönəlmiş sosialyönümlü
siyasəti Azərbaycan vətəndaşlarında sabaha böyük
inam və ümidlər yaradır. Hazırda ölkəmizdə təhsil
sahəsində də böyük quruculuq işləri həyata
keçirilir. Təhsil ölkəmizin inkişaf
hədəflərindən olan maddi kapitalın insan kapitalına
çevrilməsində əsas rol oynadığından onun
inkişafına, modernləşdirilməsinə,
keyfiyyətinin yüksəlməsinə xüsusi diqqət
yetirilir. Son illər təhsil sistemimizin inkişafını
təmin edən məqsədli proqramların ardıcıl
həyata keçirilməsi, aparılan əsaslı
infrastruktur dəyişiklikləri, məktəb tikintisinin
böyük vüsət alması, təhsil sisteminin informasiyalaşdırılması
məhz bu diqqət və qayğının bariz
ifadəsidir. El bayramımızı çoxminli təhsil işçilərimiz
şərəfli əməkləri nəticəsində
qazandıqları böyük uğurlarla, ruh yüksəkliyi
ilə qarşılayırlar. Novruz həm də həmrəylik bayramıdır.
Milli həmrəyliyimizin rəmzinə çevrilmiş bu
bayramı dünyanın müxtəlif ölkələrində yaşayan
həmvətənlərimiz də təntənə
ilə qeyd edirlər. Novruz bütün dünyadakı soydaşlarımızın
azərbaycançılıq məfkurəsi ətrafında
daha da sıx birləşməsinə kömək edir,
onlarda Vətənə bağlılıq hisslərini gücləndirir.
Əziz bayram günündə xalqımıza,
təhsil işçilərinə Novruz ovqatı, bahar
əhvali-ruhiyyəsi arzu edirəm. Novruz bayramınız mübarək! Misir MƏRDANOV, Azərbaycan Respublikasının
təhsil naziri
Xalqımızın formalaşmasında,
milli özünüdərkində və təfəkkürünün inkişafında
böyük rol oynayan, təbiətin əbədi qanunları
ilə həmahəng olan Novruz bayramı milli varlığımıza
hopan bir el şənliyidir. Gecə ilə gündüzün
bərabərləşdiyini xəbər verən Novruz
bayramı hər ilin
martında qeyd edilərək, baharın gəlişi,
təbiətin canlanması, torpağın oyanışı
ilə insanları müjdələyir. O, şənlik,
sevinc, şadlıq bayramı olmaqla, tarixin ən çətin
anlarında insanların həyatına daxil olaraq onlarda xoşbəxt
gələcəyə inam duyğusu yaratmışdır.
Milli mənəvi dəyərlərimizi özündə əks
etdirən, ulularımızın daxili aləminin
zənginliyini nümayiş etdirən Novruz bayramı günlərində
ölkəmizin hər yerində, hər evdə, hər
ailədə bayram əhvali-ruhiyyəsi hökm sürür. Sovet ideologiyasının tüğyan etdiyi dövrlərdə
bu bayrama qadağalar qoyulsa da, xalqımız ən çətin
zamanlarda ənənə və dəyərlərini, milli
bayramlarını yaşatmağı bacarmışdır.
ötən əsrin 70-80-ci illərində ümummilli liderimiz
Heydər Əliyevin özünüdərk, soy-kökə qayıdış
istiqamətində başladığı milli
mədəni hərəkatın əsas atributlarından
biri kimi Novruz bayramına milli bayram statusu verməsi, bu
bayrama münasibəti bütünlüklə dəyişdi və onun
daha yüksək səviyyədə keçirilməsinə şərait
yaratdı. Ulu öndər hakimiyyətinin hər iki
mərhələsində Novruz bayramı münasibətilə
xalqımızı təbrik etmiş, onları milli birlik
və həmrəyliyə çağırmışdır:
"Novruz bayramı çox qədim tarixə malikdir və
əcdadlarımızın bizə töhfəsi, onlardan qalmış
mirasdır. Novruz bayramı heç bir tarixi hadisə, yaxud heç
bir şəxsiyyətin adı ilə, onun
fəaliyyəti ilə bağlı deyildir. Bu bayram
təbiətin qanunları ilə, kainatın qanunları
ilə əlamətdar olan gündüz ilə gecənin
bərabərləşməsi günü, baharın ilk günü
Novruz bayramıdır. Buna görə Novruz bayramı bir çox
başqa bayramlardan fərqlənir və bu, bizim, məhz
Azərbaycan xalqının bayramıdır". Ulu öndərimizin siyasi kursunun layiqli davamçısı,
milli mənəvi dəyərlərimizə son
dərəcə bağlı olub ona böyük ehtiramla yanaşan
möhtərəm Prezidentimiz cənab İlham Əliyevin
hər il dövlət səviyyəsində qeyd olunan Novruz
şənliklərində iştirak etməsi, xalqımıza
təbrik ünvanlaması bu bayrama olan xalq
məhəbbəti ilə yanaşı, dövlət qayğısını
da nümayiş etdirir. Bu müqəddəs bayram münasibətilə
həm öz adımdan, həm də rəhbərlik etdiyim
Bakı Dövlət Universitetinin tələbə-müəllim
heyəti adından xalqımızı təbrik edir, onlara
firavan həyat, xoşbəxt, ruzili günlər arzulayıram! Arzu edirəm ki, lap yaxın illərdəki
bayramlarımızı işğala məruz qalan Qarabağ
torpağında, Cıdır düzündə qeyd edək! Abel MƏHƏRRƏMOV, BDU-nun rektoru, millət vəkili, akademik Artıq
Azərbaycanın hər yerində baharın ətri, yazın
nəfəsi, bənövşənin, nərgizin müjdəsi
duyulmaqdadır. Tarixin süzgəcindən keçərək bu günümüzə
qədər gəlib çatan Su çərşənbəsi
bərəkətli torpaqlarımıza, eləcə də
insan orqanizminin, bütün canlı varlıqların ən xırda
quruluşları olan hüceyrələrə büllur damlalı
su çiləyərək onları qış yuxusundan oyatdı,
Od çərşənbəsi onlara hərarət bəxş
edərək isitdi, Yel çərşənbəsi bu
hərarəti ən əlçatmaz guşələrə
yaydı, Torpaq çərşənbəsi bərəkəti
yetişdirməyə hazır olduğunu bildirdi,
gənclərin nişan-düyünləri artdı, çoxaldı.
Bu yeniləşmənin akkordu bayrama çevrilərək
Novruz adlandırıldı. Novruz bayramında təkcə
təbiət deyil, bütün canlılar, o cümlədən
insanlar da dəyişir, yeniləşir. Novruz
gələndə hətta bütün xəstələrdə
bir yüngülləşmə baş verir. Bu bayram təkcə
sağlam insanlar üçün deyil, xəstələr üçün
də əsl şəfa mənbəyinə çevrilir. Bu
bayram orqanizmin bütün potensial imkanlarını
səfərbər edərək onun müqavimət qüvvəsini
artırır, immun sistemini gücləndirir, insanların
həyata, dünyaya, bəşər övladına
məhəbbətini artırır. Novruz
gələndə həm məcazi, həm də məntiqi
mənada qanın "qaynayan" vaxtı başlayır.
Bədəndə olan qanın, limfanın tərkibində
yeniləşmə gedir, möcüzəli yeniləşmə
xoş əhvali-ruhiyyə yaradır. Novruz insanlara ümid
verir, onların iradəsini möhkəmləndirir,
mənəvi zənginliyini, zahiri və daxili şuxluğunu
artırır. Novruz cəmiyyəti də sağlamlaşdırır,
saflaşdırır, durulaşdırır. İnsanların
qəlbindən kini, küdurəti, xəbisliyi, təkəbbürü,
paxıllığı çıxarıb atır. Novruz bayramında
insanlar bir-birinə daha mehriban, daha səmimi, daha mülayim,
daha xeyirxah, daha məhəbbətli, daha səxavətli,
daha şəfqətli olurlar. Novruzdan gələn milli birlik
fəlsəfəsi dünya azərbaycanlılarını
bir-birinə daha da yaxınlaşdırır. Novruz mədəniyyətimizin,
ədəbiyyatımızın, incəsənətimizin,
təhsilimizin, elmimizin inkişafına müsbət təsir
göstərərək, təhsil, mədəniyyət,
incəsənət işçilərinə, elm adamlarına,
zəhmətə qatlaşmağı bacaran
əməksevər insanlara yeni stimul verir. Novruz bütün zümrələrdən olan
insanları liderlərin ətrafında sıx birləşməyə
sövq edir. Azərbaycan xalqı da Novruz bayramını özünün
vahid lideri, özünün Prezidenti ətrafında sıx birləşməklə
qarşılayır. Müxtəlif səbəblərdən dünyanın
bütün nöqtələrinə səpələnmiş dünya
azərbaycanlılarını, xalqımızı Novruz
bayramı münasibətilə Azərbaycan Tibb Universitetinin
professor-müəllim heyəti və tələbələri
adından, eləcə də öz adımdan
səmimi-qəlbdən təbrik edirəm. Arzu edirəm
ki, yeni il xalqımıza xoşbəxtlik, səadət,
əmin-amanlıq, ruzi, bərəkət gətirsin. Torpaq
həsrətlilərimiz, yurd həsrətlilərimiz, dağ
bənövşəsi, dağ nərgizi
həsrətlilərimiz həsrətin daşını atıb,
arzularına qovuşsun. Novruz bayramınız, Bahar bayramınız mübarək olsun! Əhliman ƏMİRASLANOV, Azərbaycan Tibb Universitetinin rektoru,
akademik Xalqımızın
ən qədim, ən ulu bayramlarından biri də Novruz
bayramıdır. Novruz yeni gün, yenilik deməkdir. Bu bayram
yazın gəlişi ilə bağlı olduğundan yer
üzündəki bütün canlılar oyanır,
təzələnir və saflaşır. Xalqımız Novruz bayramını
qədimdən başlayaraq, əsrlərdən
nəsillərə ötürərək bu günədək qorumuş,
saxlamış və bizlərə miras qoymuşlar. Bu
bayram Azərbaycanla bağlı bir bayramdır. ölkəmizdə
gedən inkişaf, yeni-yeni ideyaların, layihələrin
həyata keçirilməsi Novruzun gətirdiyi hisslərin
Azərbaycanda təzahürüdür. Bu hisslər yenilik, inkişaf,
bəhrə və gözəllikdir. Bu gün Vətənimizin hər yerində
quruculuq işlərinin aparılması, böyük iqtisadi
layihələrin həyata keçirilməsi, Azərbaycanda bu
günlərdə keçirilən muğam müsabiqəsi bir daha
onu göstərir ki, Azərbaycan xalqı bu gün öz milli
mənəvi və tarixi dəyərlərini yaşatmaqda
və onu qorumaqdadır. Bu baxımdan Novruz özü də
tarixdir, yaddaşdır. Xalqımız bu bayramı böyük
sevinclə, fərəhlə, xoş niyyət və
arzularla qeyd edir. Lakin ürəyimizdə bir kədər,
nisgil də var. Bu kədər bu gözəl bayramımızı
doğma Qarabağda qeyd etmək arzumuzun nisgilidir. Lakin
əminik ki, bu əziz bayramı biz mütləq Qarabağda
qeyd edəcəyik, Qarabağın da Novruzu
gələcək. Qoy bu bayram ölkəmizə sülh,
əmin-amanlıq, süfrələrə ruzi,
bərəkət, bolluq gətirsin. Baharın yaz Günəşinin
şəfəqləri ocaqları qızdırsın. Elimizin gözəl bayramı olan Novruz münasibətilə Azərbaycan xalqını təbrik edir, ona firavan günlər, xoş gələcək arzulayıram, yazın gəlişinin hər bir ailəyə səadət gətirməsini diləyirəm. Səməd SEYİDOV, Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Elimizə,
obamıza yaz gəlir. Hər tərəfdə baharın
xoş ətri, xoş nəfəsi duyulur. Minilliklərin
yaddaşından süzülüb gələn, qədim el
adətlərimizi özündə birləşdirən, yeni
həyat, yeni arzular ünvanı olan Novruzu hər dəfə
uğurla qarşılamaq hamının arzusudur. Azərbaycan müstəqilliyinə qovuşduqdan
sonra bu bayramın daha da təntənəli şəkildə,
dövlət səviyyəsində qeyd edilməsi onun
əhəmiyyətini bir daha artırmışdır. çünki
Novruz tarixi baxımdan xalqın birliyində, onun milli
dəyərlərinə sadiq qalmasında,
ənənələrin yaşadılmasında müstəsna
əhəmiyyətə malik olmuşdur. Milli mənəvi dəyərlərimizin,
adət-ənənələrimizin ən qədimi və
ulusu olan bu əziz gündə hər bir təhsil işçisi,
hər bir müəllim ötən ilə bir daha nəzər
salır, qazandığı uğurların davamlı
və düşərli olmasını diləyir. çünki müəllim
kimi şərəfli bir ad daşımaq səadəti
nəsib olmuş bizlərin bütün arzularında körpə
balalarımızın savadlı, bilikli və Azərbaycan
xalqının adına layiq insanlar kimi yetişməsi
durur. Elə bu arzunun özü də Novruz kimi
təzə-tər və müqəddəsdir. Novruz da öz gəlişi ilə uğurlarımızın,
sevindirici nailiyyətlərimizin builki müjdəsi kimi
tarixə düşəcək. Hər birimizin çəkdiyi
zəhmət, yeni nəslin təlim-tərbiyəsinə
verdiyimiz töhfə Novruz qədər uzunömürlü,
qədir-qiymətli olacaq. Müəllim əməyinə daim yüksək
qiymət verən, müəllimləri ilə fəxr
edən ulu öndərimiz Heydər Əliyev deyirdi ki,
"... Mən müəllimdən şərəfli ad tanımıram". Bu şərəfli vəzifənin öhdəsindən
layiqincə gələn təhsil işçiləri son
illərdə təhsilimizin inkişafı sahəsində
ciddi uğurlara imza ataraq yeni-yeni nailiyyətlər
səhifəsini yazırlar. Qazandığımız
nailiyyətlər, ilk növbədə, Azərbaycan dövlətinin,
onun rəhbəri cənab Prezident İlham Əliyevin
təhsilə, təhsil işçilərinə diqqət
və qayğısının bəhrəsidir. Təhsilimizin, milli mənəvi
dəyərlərimizin inkişafı üçün Azərbaycanın
birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, millət vəkili Mehriban xanım Əliyevanın
rəhbərlik etdiyi Heydər Əliyev Fondunun inşa
etdirdiyi yüzlərlə məktəb, uşaq bağçası
bu Novruz günündə təhsil işçilərinə ən böyük
hədiyyədir. Zəngin mədəniyyəti, ulu və
qədim tarixi olan xalqımızı Bakı şəhərinin
təhsil işçiləri adından ürəkdən
təbrik edir, hər bir ailəyə sevinc və xoşbəxtlik,
süfrələrimizə bolluq və bərəkət,
elimizə sülh və əmin-amanlıq arzulayıram. Qoy bu Novruz arzularımızın çiçəkləndiyi,
diləklərimizin həyata keçdiyi il kimi tarixin yaddaşına
yazılsın. Novruz bayramınız mübarək olsun! Nailə RZAQULİYEVA, Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin müdiri Yurdumuza
barlı-bəhərli yaz gəlir. Yaz insanların arzularını
reallaşdıran, onlara xoş əhvali-ruhiyyə, yaradıcılıq
qüvvəsi bəxş edən bir fəsildir. Yazda hər
bir şəxs yeni enerji və ruh yüksəkliyi ilə işlərini
davam etdirməyə çalışır. Yaz fəsli həm
də onunla əlamətdardır ki, xalqımız özünün
ən əziz milli bayramı olan Novruz bayramını
salamlayır. Bizim kollektiv də Novruz - bahar bayramını
sevinclə, yeni yaradıcılıq uğurları ilə
qarşılamağa və qeyd etməyə hazırlaşır. Kollektivimiz Azərbaycan xalqını, pedaqoji ictimaiyyəti Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, şəxsi həyatlarında, öz işlərində hər bir Azərbaycan vətəndaşına uğurlar diləyir. Arzumuz budur ki, ölkəmizdə həmişə əmin-amanlıq hökm sürsün, işğal olunmuş torpaqlarımız geri qaytarılsın. Növbəti Novruz bayramlarını Şuşa, Xankəndi, Ağdam, Füzuli, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilanda qeyd edək! Abdulla MEHRABOV, Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun direktoru, professor Təbiət oyanıb, güllər, çiçəklər cilvələnib, bir buğum da boy atan ağaclar tumurcuqlanıb. Havanın hərarəti artdıqca yaşıl xalı sərilir düzənlərimizə. Dağların qarı əridikcə çaylarımızda sular daşır, quzular, buzovlar anaları ilə örüşə çıxıb, geniş düzəndə, talalarda oynaşır. Quşların cəh-cəhi ilə oyanır uşaqlar. Cilvələnən Günəşin zərrin şəfəqləri behişt misallı Azərbaycanımızı bürüyür. İnsanların qanı qaynayır, balacalar, yeniyetmələr bir boy da böyüyür, Novruz təravətindən gözəlləşirlər. Birliyə, zəhmətə, gözəlliyə, əmin-amanlığa, dostluğa, nemət bolluğuna səsləyir insanları Novruz. Bu bayramda arzular qanadlanır, istəklər pöhrə verir. Hamı içdən gələn sevgi ilə bir-birini təbrik edir, bir-birinə Novruz sovqatı göndərir. Mən də təbiətin oyanışı, ilin yeni günü, qədim Novruz bayramı münasibəti ilə ölkəmizin bütün insanlarını, öncə təhsil sahəsində çalışan həmkarlarımı təbrik edir, Azərbaycanımızın qüdrətli inkişafı naminə möhkəm birlik və səylər arzulayıram. Əjdər AĞAYEV, Azərbaycan Təhsil Şurasının
sədri, pedaqoji elmlər doktoru, professor
Tarixən qədim, ulu olan xalqımızın
özünəməxsus adət-ənənələri, milli
bayramları vardır. Bu gün respublikamıza qədəm
qoyan Novruz özündə Azərbaycanın şanlı keçmişini
yaşadır.İstər evlərdə, istərsə
də şəhərimizin küçələrində bayramqabağı
aparılan abadlıq və təmizlik işləri, bayrama
hazırlıq, cücərdilən səmənilər xalqımızın
xoş əhvali-ruhiyyəsindən, həyat sevgisindən,
bu günümüzün və gələcəyimizin sevinc dolu müjdələrindən
xəbər verir. Prezidentimiz İlham Əliyevin xalqımızın
rifahı üçün gördüyü işlər, ölkəmizin daha da
abadlaşdırılması, Avropa ölkələri
səviyyəsinə çatdırılması
sahəsində apardığı məqsədyönlü
fəaliyyəti gələcək nəslimizin və yetişən
gəncliyimizin xoşbəxt yaşaması üçün geniş
imkanlar açır. Arzu edirəm ki, qarşıdan gələn Novruzumuz bütün Azərbaycanımız üçün, xalqımız üçün yeni başlanğıc, yeni ərəfə olsun! Məhəbbət VƏLİYEVA, Zərifə Əliyeva adına orta
məktəbin direktoru
Xalqımızın zəngin
mənəviyyatı, qədim tarixi, rəngarəng
təbiəti, dünya duyumu haqqında özündə
yetərincə bilik və məlumat yaşadan, daşıyan
Novruz ulu və əbədi bir bayram kimi yaşayır.
Tofiq İsmayılov adına "İntellekt" liseyinin
kollektivi Azərbaycan xalqını Novruz bayramı münasibətilə
ürəkdən təbrik edir. Dövlət başçımızın uğurlu
siyasəti sayəsində gündən-günə çiçəklənən
Azərbaycanımızın xoş və firavan
gələcəyi naminə hər bir Azərbaycan
vətəndaşına fəaliyyətində müvəffəqiyyətlər
diləyir. Qoy bu bahar xalqımıza uğur,
səadət, xoşbəxtlik gətirsin. Ceyran KULİYEVA, Tofiq İsmayılov adına "İntellekt" liseyinin direktoru
Hörmətli
müəllimlər, əziz təhsil işçiləri! Xonçalı Novruz ərəfəsində ölkəmiz sosial-iqtisadi cəhətdən daha da inkişaf edərək güclənir. Prezident İlham Əliyevin təhsilimizin daha da yüksəlməsi naminə həyata keçirdiyi məqsədyönlü tədbirlər hamımızın ürəyindən xəbər verir. Təhsilimizə göstərilən dövlət qayğısı gələcəyimizin etibarlı təminatı deməkdir. Misli görünməmiş vüsətlə həyata keçirilən məktəb tikintisi, kurikulumların tətbiqi, informasiya və kommunikasiya texnologiyaları ilə təminat proqramının uğurla yerinə yetirilməsi deyilənlərə parlaq sübutdur. Milli mənəvi dəyərlərin qorunması və daha da inkişaf etdirilməsi, layiqli vətəndaşlar tərbiyə edilməsi bu gün biz müəllimlərin qarşısında duran ən mühüm vəzifələrdəndir. Hər birinizi Novruz bayramı münasibətilə təbrik edir, müqəddəs amallar və arzuların gerçəkləşməsi naminə cansağlığı, xoşbəxtlik, səmimiyyət və məsuliyyət arzulayıram. Əkbər QOCAYEV, Bakı şəhərindəki 20 nömrəli məktəb-liseyin direktoru, əməkdar müəllim |