|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Fransız dilinin tədrisinə dair elmi-praktik konfrans Martın 17-də Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun
akt zalında "Orta ümumtəhsil
məktəblərində fransız dilinin tədrisi:
problemlər və perspektivlər" mövzusunda elmi-praktik
konfrans keçirildi. İştirakçıları salamlayan BPKİYİ-nin
rektoru, professor Asəf Zamanov öncə Novruz bayramı münasibətilə
hamını təbrik etdi. Sonra Fransanın tarixi və
elmi haqqında qısa məlumat verdi. Hər iki ölkəni
birləşdirən bir çox amillərin olduğunu qeyd
edən rektor Fransanın elm və təhsilini yüksək
qiymətləndirdi. Azərbaycan və Fransa
ədəbiyyatlarının qarşılıqlı olaraq
tərcümə edilməsi, fransız dilinin öyrənilməsi
müstəqillik dövründə xüsusilə vacibdir. Bizim
institutun əməkdaşları orta məktəb müəllimlərinin
formalaşmasında, problemlərin həll olunmasında,
yeni təlim texnologiyalarının tətbiqində, yeni
dərsliklərin istifadə olunmasında onlara yaxından
kömək edirlər. Bir çox həlli vacib olan
məsələlərə diqqətçəkən rektor bu
işdə göstərilən qayğıya görə,
Təhsil Nazirliyinə minnətdarlığını
bildirdi. Sonra konfransda çıxış edən
təhsil nazirinin müavini Elmar Qasımov öncə nazir Misir
Mərdanovun adından iştirakçılara uğurlar arzuladı.
Bildirdi ki, respublikamız müstəqillik əldə
etdikdən sonra xarici ölkələrlə iqtisadi, siyasi,
elmi və mədəni əlaqələrimizin genişləndirilməsinin
nəticəsidir ki, xarici dillərin öyrənilməsi
diqqət mərkəzindədir. İngilis dili ilə
yanaşı fransız dilinin də öyrənilməsini
vacib hesab edən E.Qasımov əvvəlcə müəllimlərin
yüksək səviyyədə hazırlanmasının
vacibliyinə toxundu. Fransız dilində olan
dərsliklərə diqqətçəkən nazir müavini
keyfiyyət məsələsindən danışdı.
Azərbaycan gənclərinin xaricdə təhsil almaq
üçün təsdiqlənmiş proqramını iştirakçıların
nəzərinə çatdıran E.Qasımov dövlət hesabına
2015-ci ilə qədər ölkəmizdən 5000-ə
qədər gəncin müxtəlif ölkələrə
təhsil almaq üçün göndəriləcəyini qeyd etdi.
Proqramda Fransa və Almaniya öndə gedir. Bu
istiqamətdə müəyyən işlər görülmüşdür. Sonra Fransanın Azərbaycandakı
səfirliyinin mədəniyyət attaşesi cənab Luk
Obri keçirilən elmi-praktik konfransın
əhəmiyyətinə toxundu, iki ölkə arasında
yaradılmış dostluq əlaqələrindən
məmnun qaldığını bildirdi. Fransada təhsil
alan azərbaycanlı tələbələrin
problemləri ilə maraqlandığını dedi. Fransız
dilinin başqa ölkələrdə də geniş yayıldığını
qeyd edən Luk Obri tədbirin təşkilatçılarına
və Azərbaycandakı "Fransız dili"
dərsliklərinin müəlliflərinə minnətdarlığını
bildirdi. Sonra elmi-praktik konfransda "Fransız dilinin
tədrisi problemləri", "Fransız dilinin dünya
dilləri sırasında mövqeyi", "Fransız
dilinin tədrisində perspektivlər və
nailiyyətlər" və digər mövzularda
məruzələr dinlənildi. Məruzələr
ətrafında müzakirələrdən sonra BPKİYİ-nin
rektoru, professor Asəf Zamanov elmi-praktik konfransı yekunlaşdırdı.
Fazil İDRİSOĞLU |