|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Sumqayıtda dərslik müəllifləri ilə görüş keçirildi Martın
14-də Sumqayıt Şəhər Təhsil Şöbəsində
respublikanın ümumtəhsil məktəbləri üçün
Milli Kurikulum əsasında hazırlanmış I sinif
dərslik komplektlərinin tətbiqi ilə
əlaqədar ibtidai sinif müəllimləri ilə
dərslik müəlliflərinin
görüşü keçirildi. Tədbiri giriş sözü ilə Təhsil
Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin
müdiri Faiq Şahbazlı açaraq
bildirdi ki, son
illər Azərbaycan
təhsilinin beynəlxalq təhsil sisteminə
inteqrasiyası istiqamətində
böyük işlər görüldüyünün şahidiyik.
Yeni dərsliklərin yaradılması
sahəsində görülmüş işləri təhsilimizin
ən böyük nailiyyəti adlandırmaq
olar. Yeni fənn kurikulumlarının tətbiqi
ilə əlaqədar I siniflər üçün hazırlanmış
dərslik komplektlərinin
müəllimlərin fəaliyyətində böyük əhəmiyyət
kəsb etdiyini deyən F.Şahbazlı bu tədris
vəsaitlərinin ciddi ekspert yoxlamalarından keçirilərək
təsdiq olunduğunu vurğuladı.Dərslik və
nəşriyyat şöbəsinin müdiri ümumi işin
səmərəliliyi naminə gələcəkdə
buraxılmış nöqsanların təkrar olunmaması
üçün müəllimlərdən bu
komplektlərə obyektiv
münasibətlərini bildirməyi xahiş etdi.
14 nömrəli orta
məktəbin müəllimi
Fatma Nəsiyyəti bildirdi ki, 42 ildir
müəllim işləyirəm. "Ana dili"
dərsliyi tərtibatına
görə çox yaxşıdır.
Riyaziyyatdan "Ədəd oxu" mövzusu sadədən mürəkkəbə doğru
elə verilib ki, bu, uşaqların yaddaşına
həmişəlik həkk olunur. ümumiyyətlə, I sinif
("Riyaziyyat-1", "Həyat bilgisi",
"İnformatika" və "Rus dili")
dərslikləri fənn kurikulumlarının
tələblərinə uyğundur,
düzgün və ardıcıl struktura malikdir, mövzular və
çalışmalar şagird təfəkkürünün inkişafına
kömək baxımından normal seçilmişdir. 27 nömrəli orta
məktəbin əməkdar müəllimi Xalidə
İsgəndərova qeyd etdi ki,
yazılmış dərsliklər şagirdlərin
yaş, qavrama və
bilik səviyyələrinə uyğundur. Bu
dərsliklər şagirdlərin yaradıcı
təfəkkürünü, idrakını, bilik, bacarıq
səviyyəsini və düşünmə
qabiliyyətini inkişaf etdirir.Verilmiş tapşırıqlar
şağirdi düşündürməyə
sövq edir. 43 nömrəli orta məktəbin müəllimi Humay Ramazanova bildirdi ki, müzakirəsinə yığışdığımız
dərsliklərin müəllifləri bu işin öhdəsindən
bacarıqla gələ biliblər. O təklif etdi ki, I
sinfə gələn şagirdlərin hamısı bağça
təlimi görmədiyindən
yaxşı olar ki, "Ana
dili" dərsliyində işlədilən
çətin sözlərin yazılışı
kitabın son səhifəsində
verilsin. 34 nömrəli orta məktəbin müəllimi
Dilarə İsgəndərova
dedi ki, dərslik fənlər arasında
əlaqəyə imkan yaratmalıdır.
"Ana dili" dərsliyində
elə sözlər var ki, tələffüzündə şagirdlər
çətinlik çəkirlər. I
sinfin riyaziyyat dərsliyi ilə işləmək də müəyyən
çətinliklər yaradır. Dərslikdə çoxlu sayda
rəngləmək üçün material
verilmişdir. Bir dərs
saatı ərzində buna nail olmaq çox çətindir.Dərsliyin
təkmilləşdirilməsinə ehtiyac duyulur. 6 nömrəli orta
məktəbin müəllimi
Fikrət Nəzərov əsasən
iradlarını bildirərək qeyd etdi ki, "Ana
dili" dərsliyində "Göy göl" sözü bir
yerdə bir cür, digər
yerdə ayrı cür yazılıb. Müəlliflər
bəzən yerində olmayan
suallar qoyublar. Məsələn: "Analı uşaqla
anasız uşağın fərqi nədir" sualı
məqsədəuyğun deyildir. 16 nömrəli orta məktəbin müəllimi
Təranə Səmədova qeyd
etdi ki, "Riyaziyyat-1" dərsliyi
sinif müəllimləri tərəfindən
yaxşı qarşılanmışdır. Bu dərsliyin
uğuru onun dilinin sadəliyində, başqa fənlərlə
əlaqələndirilməsində, məntiqində,
şagird təfəkkürünün inkişafına imkan yaratmasındadır.
6 nömrəli orta məktəbin müəllimi
Rəna Rzayeva bildirdi ki, "Riyaziyyat" dərsliyinin
tərtibatı yaxşıdır.Lakin "Ana dili"
dərsliyində hərflərin
öyrədilməsində əyanilik kimi verilmiş
"əsgər", "dovşan", "qaranquş"
və "quzu"
şəkilləri ilə
onların əsilləri arasında oxşarlıq
azdır. I siniflər üçün "Riyaziyyat", "İnformatika"
və "Həyat
bilgisi" dərslikləri
şagirdlər, müəllimlər
və təhsilə marağı olan hər bir
kəs üçün gözəl
hədiyyədir. 9 nömrəli orta məktəbin müəllimi
Mədinə Cabbarova qeyd etdi ki, "Riyaziyyat",
"Həyat bilgisi" və "İnformatika"
dərsliklərinin tərtibi normaldır və
müəlliflər dərslikdə qoyulmuş
məqsədə yetişməkdə olan şəxsiyyətin
ətrafında baş verən dəyişiklikləri görməyi,
anlamağı və bu dəyişikliklərlə
həmahəng inkişaf etməyi bacarmaq vərdişlərinin
formalaşması üçün kifayət qədər
mətnlər, illüstrasiyalar vermişlər. 19 nömrəli orta məktəbin müəllimi Firuzə Həmidova dedi ki, dərsliklərimizin hazırlanmasında orta
məktəb müəllimlərinə daha geniş
yer verilib . Məişət avadanlıqları və
mənbələri (qaz, işıq, su) ilə ehtiyatlı
davranış normalarının, yol hərəkəti
qaydalarının "Ana dili"
dərsliyində öz əksini tapması müəllim
və valideynlərin ürəyincədir. çünki mövzulara
aid misallar seçiləndə uşaqların dünyagörüşü
nəzərə alınmalıdır. 29 nömrəli orta məktəbin müəllimi Əsmayə İsmayılova I sinif
üçün "Riyaziyyat-1" dərsliyini ideya, məzmun
və formanın vəhdəti baxımından qarşıya
qoyulan məqsədə doğru aparan düzgün yol kimi
qəbul etdiklərini diqqətə çatdırdı. Qeyd
etdi ki, xüsusən "İnformatika" dərsliyi
bu baxımdan şagirdlərə İKT-nın
proqramlarının aşılanması üçün yaxşı
vəsaitdir. Sonra dəvət
olunmuş dərslik müəlliflərindən
Rafiq Yusifoğlu ("Ana dili"), Gülər Mehdiyeva
("Həyat bilgisi"), Nayma Qəhrəmanova,
Cəmilə Əsgərova ("Riyaziyyat-1") və
Rafiq İsmayılov (naşir) dərsliklərlə
əlaqədar deyilmiş fikirlərə öz münasibətlərini
bildirərək müəllimləri maraqlandıran suallara
aydınlıq gətirdilər. Zaur İsayev (naşir) ibtidai
siniflərdə informatika,
həyat bilgisi, musiqi və təsviri incəsənət
dərslərində interaktiv təlim metodlarından
istifadə qaydalarına aid diskdə hazırlanmış
materialları kompüter vasitəsilə ekranda nümayiş etdirdi. Bu tədbirdə
istər müəllimlər, istərsə də
dərslik müəllifləri belə görüşlərin
böyük əhəmiyyət kəsb etdiyindən, yeni
dərsliklərin yaranmasında, onların
gələcəkdə daha da təkmilləşdirilməsində
uğurlu nəticələr
əldə edilməsinə
əminlik ifadə etdilər. Tədbiri Sumqayıt Şəhər
Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov yekunlaşdırdı. Şakir CƏFƏROV |