· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə


B.e ç.a ç. C.a C. Ş. B.
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29    
 

 

 

Azərbaycan Prezidenti İlham Əliyevə Macarıstanın nüfuzlu Korvinus Universitetinin fəxri doktoru adı verilib

 

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, fevralın 18-də Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Macarıstanın nüfuzlu dövlət ali məktəblərindən biri olan Korvinus Universitetinin fəxri doktoru adı verilmişdir.

Ali təhsil ocağına gələn Azərbaycan Prezidenti İlham Əliyevi universitetin rektoru Tamaş Mesaroş binanın önündə hörmətlə qarşıladı.

Əvvəlcə Elmi şura üzvlərinin iştirakı ilə görüş keçirildi. Tamaş Mesaroş dövlətimizin başçısına təhsil ocağı barədə məlumat verərək bildirdi ki, Mərkəzi Avropada ən böyük ali məktəblərdən sayılan bu universitetin 7 fakültəsində 620 nəfərdən çox professor-müəllim heyəti çalışır, 17 mindən artıq tələbə təhsil alır.

"TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ 

QOYULAN VƏSAİTDİR"

İndi biz faktiki olaraq, Azərbaycanda bütün məktəb infrastrukturunu yeniləşdiririk. İndiyədək 800-ə yaxın məktəbin tikilməsi və gələcək illərdə yüzlərlə məktəbin tikintisi - bu, məktəb sahəsinin maddi-texniki bazasının yeniləşdirilməsini, təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt gəlib ki, biz mövcud məktəblərin təmirinə də daha çox vəsait ayıraq. çünki buna da böyük ehtiyac var, xüsusilə, Bakı şəhərində. Yəqin ki, bu il, gələn il Bakı şəhərində yerləşən bütün məktəblərin istilik təchizatı problemləri həll olunmalıdır. Bu, həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər və rayonlarda da biz bunu həll etməliyik və mövcud məktəbləri də çox gözəl səviyyəyə gətirib çıxarmalıyıq.

Bu sahədə vəsaitə qənaət etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf etmiş ölkələrin uğurlarının səbəbi də məhz ziyalı təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı olsun və ölkəmizin inkişafında çox böyük rol oynasınlar.

 Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı nitqindən.

 

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva uşaq evlərində olub

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və qızı Arzu fevralın 14-də bir neçə uşaq evində olmuşlar. Xətai rayonundakı 3 nömrəli uşaq evinin sakinləri hörmətli qonaqları böyük səmimiyyətlə, gül-çiçəklə qarşıladılar. Uşaq evinin birinci mərtəbəsinin foyesində ümummilli lider Heydər Əliyevin, Mehriban xanım Əliyevanın müxtəlif vaxtlarda bu uşaq evinin sakinləri ilə keçirdiyi görüşləri əks etdirən şəkillər asılmışdı.

Məktəbin direktoru Zöhrə Hüseynova bildirdi ki, 70 ildir fəaliyyət göstərən uşaq evində təxminən 100 uşağın sağlamlığı, təlim-tərbiyəsi ilə 8 tərbiyəçi, 2 əmək müəllimi, 1 psixoloq-həkim, 4 tibb bacısı, 2 dərnək rəhbəri və 1 musiqi müəllimi məşğul olur.

 

Nazir Türkiyə səfirini qəbul edib

Fevralın 15-də təhsil naziri Misir Mərdanov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Hüseyn Avni  Karslıoğlu ilə görüşüb.

Nazir qonağı səmimi salamlayaraq onun ölkəmizdəki fəaliyyəti dövründə görülən səmərəli işləri, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində atılan addımları, əldə olunan nailiyyətləri yüksək dəyərləndirib. Nazir həmçinin iki ölkə arasında mövcud təhsil əlaqələrinin inkişafı, həyata keçirilən tədbirlər və digər məsələlərdən də söz açıb. Eyni zamanda Misir Mərdanov gələcək perspektivlərdən də danışaraq ortaq bağça-məktəbin açılması məsələsinə toxunub.

Nümayəndə heyəti ilə görüş

Fevralın 16-da təhsil naziri Misir Mərdanov ölkəmizdə səfərdə olan Türkiyə nümayəndə heyəti ilə görüşüb.

Təhsil naziri Misir Mərdanov görüşü açaraq türkiyəli qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluq hissi duyduğunu söylədi. Dövlətlərimiz arasındakı dostluq münasibətlərindən söz açan nazir bütün sahələrdə əlaqələrin inkişaf etdiyini, genişləndiyini qeyd etdi, ölkələrimiz arasındakı dostluğun artıq qardaşlığa çevrildiyini xüsusi vurğuladı.

Nazir bildirdi ki, hər iki ölkənin dövlət başçılarının səmimi münasibətləri, dostluğu xalqlarımızın daha da yaxınlaşmasına gətirib çıxarıb. Türkiyənin Azərbaycanı hər zaman dəstəklədiyini xüsusi vurğulayan nazir bunu yüksək dəyərləndirdi.

"Britaniya Şurası"nın yeni layihələri müzakirə olunub

Fevralın 19-da təhsil naziri Misir Mərdanov "Britaniya Şurası"nın ölkə üzrə direktoru cənab Əndi Uilyamsla görüşüb.

Nazir qonağın rəhbəri olduğu təşkilatın həyata keçirdiyi layihələr barədə danışaraq bildirib ki, bu qurum ölkəmizdə müəllimlərin ixtisasının artırılması, ingilis dili müəllimlərinin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli işlər reallaşdırıb. Eyni zamanda nazir "Britaniya Şurası"nın nəzərdə tutduğu yeni layihə barədə məlumatı olduğunu və bu layihəni dəstəklədiyini qeyd edib.

Cənab Əndi Uilyams səmimi qəbul və aparılan işlərə lazımi köməklik göstərdiyi üçün nazirə təşəkkür edib. Qonaq bu günlərdə ölkəmizdəki fəaliyyətinin başa çatması barədə də məlumat verib.

"Elektron məktəb və təhsilin elektron idarə edilməsi" layihəsi təqdim olundu

Fevralın 21-də "Park İNN-Azərbaycan" otelində "Elektron məktəb və təhsilin elektron idarə edilməsi" piot layihəsinin təqdimatına həsr olunmuş konfrans keçirildi.

"Ultra" şirkətinin prezidenti Tahir Mirkişili konfransda iştirak edən Azərbaycan Respublikasının Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, səfirliklərin, layihəni həyata keçirən beynəlxalq təşkilatların, təhsil ictimaiyyətinin nümayəndələrini, millət vəkillərini, Rusiya, Qazaxıstan və Türkmənistandan gəlmiş qonaqları salamlayaraq tədbiri açıq elan etdi.

Ən yaxşı idman məktəbləri və idmançılar mükafatlandırıldı

İdmançılar arasında Pekində keçiriləcək Olimpiya Oyunlarına lisenziya alanlar da var

 

Artıq bir neçə ildir ki, təhsil sistemində fiziki tərbiyə və idman sahəsində qabaqcıl pedaqoji təcrübəni öyrənmək, məşqçi-müəllimləri, eləcə də istedadlı gənc idmançıları aşkar etmək məqsədi ilə müxtəlif nominasiyalar üzrə respublika müsabiqələri təşkil olunur. Növbəti belə bir müsabiqə Təhsil Nazirliyinin 30 oktyabr 2007-ci il tarixli 1312 nömrəli əmrinə əsasən ötən ilin sonları və bu ilin əvvəllərində keçirilmişdir.

Beynəlxalq olimpiadanın qalibləri müəyyənləşdi

Türkiyədə beynəlxalq dil öyrətim cəmiyyəti hər il xarici ölkələrdə türkcə olimpiadalarını təşkil edir. Bu olimpiadalarda keçən il 104 ölkə iştirak etmişdir. ölkəmizin məktəbliləri də hər il olimpiadalarda iştirak etmiş və müxtəlif nominasiyalarda medallar qazanmışdır. Azərbaycanı təmsil edəcək şagirdlər türk dilinin tədris edildiyi məktəblərdə müsabiqələrdən keçərək seçiliblər.

 

Beynəlxalq türkcə olimpiadasının Azərbaycan seçmələrini bu il Türkiyə Respublikasının ölkəmizdəki səfirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, TİKA-nın Türk Hava Yolları, Atatürk mərkəzi və "çağ" öyrətim İşlətmələri şirkəti birgə təşkil etmişdir.

45 təhsil müəssisəsindən 5000-ə yaxın şagird arasında keçirilən müsabiqə 3 mərhələdə aparılmışdır.

Onbirincilər növbəti sınaq qarşısında

Hər bir şagird öz imtahan nəticələrini İnternet vasitəsi ilə öyrənə biləcək

 

Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən bu il nazirlik tabeliyindəki lisey və gimnaziyalarda, Bakı, Gəncə, Sumqayıt, Əli Bayramlı, Mingəçevir şəhərlərinin, Abşeron, İmişli, Ucar, İsmayıllı rayonlarının, həmçinin həmin şəhər və rayonlardakı məcburi köçkün rayonlarının ümumtəhsil məktəblərində, bu bölgələrdə fəaliyyət göstərən peşə liseyləri və onların nəzdindəki ümumtəhsil siniflərində, ali təhsil müəssisələri nəzdindəki ümumtəhsil məktəblərində, eyni zamanda vaxtilə müəyyən səbəblərdən orta təhsili başa vura bilməyən və eksternat qaydasında imtahan vermək üçün müraciət edən şəxslər də əhatə olunmaqla orta təhsil kursu üzrə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada aparılacaq.

Birinci yoxlama imtahanında bütün şagirdləri sıfır nəticə göstərmiş məktəblər

Bu il buraxılış imtahanlarını mərkəzləşdirilmiş qaydada verməli olan onbirinci sinif şagirdləri üçün üç sınaq imtahanı nəzərdə tutulub. Onlardan biri ötən il noyabrın 25-də keçirilib. 20-dən çox şəhər və rayonu, 52 min şagirdi əhatə edən imtahanın nəticələri Təhsil Nazirliyinin fevralın 9-da keçirilmiş kollegiyasında açıqlandı. Yetirmələri həmin imtahanlarda iştirak etmiş məktəblərin kollektivləri, bütövlükdə ölkənin pedaqoji ictimaiyyəti açıqlamanı çoxdan gözləyirdilər. Lakin imtahanların nəticələri heç də hamı üçün ürəkaçan olmadı. Əvvəla, ümumi nəticə o qədər yüksək deyil. Belə ki, yoxlama imtahanında iştirak etmiş 48682 şagirddən yalnız 16744-ü, yəni 34,4 faizi bütün fənlərdən müvəffəq qiymətlər alıb. İkincisi, imtahanlar zamanı çoxlu təlimat pozuntusu, ciddi problemlər qeydə alınıb.

İlk 50 yeri tutan məktəblər hansılardır?

Söhbət ötən il noyabrın 25-də mərkəzləşdirilmiş qaydada keçirilmiş yoxlama imtahanının nəticələrinə əsasən tərtib olunan reytinq cədvəlindən gedir. Həmin imtahanın bir çox parametrlər üzrə nəticələri kimi yetirmələri bu sınaqda iştirak etmiş məktəblərin reytinq cədvəli də Təhsil Nazirliyinin fevralın 9-da keçirilmiş kollegiya iclasında açıqlanıb.

 Əlbəttə, sərlövhədə ifadə edilmiş suala qısa və dəqiq cavab vermək üçün reytinq cədvəlini dərc etmək də olardı. Lakin məqsədimiz oxuculara təkcə quru faktı təqdim etmək deyil, diqqəti reytinq cədvəli ilə bağlı bəzi məqamlara yönəltməkdir.

Əvvəla, qeyd edək ki, şagirdləri imtahan verən məktəblər arasında öz fəaliyyəti, təhsil uğurları ilə seçilən, ictimaiyyət arasında tanınan və rəğbət qazanan xeyli tədris ocağı olsa da, yoxlamada cəmi 2 məktəb 100 faizlik nəticə göstərib.

"Ermənilər anamla kiçik qardaşımı Qara qayada öldürdülər"...

Bu sözləri Xocalı şəhər sakini Ceyhun Əzimov dedi və bu hadisə necə baş verdi sualımıza cavab verirmiş kimi söhbətə başladı:

- Mən 1992-ci ildə Xocalı şəhər 1 nömrəli orta məktəbin 4-cü, böyük qardaşım Aydın isə 7-ci sinfində oxuyurduq. Bizim sinif müəllimimiz Süsən xanım idi. Dərsləri məktəbin zirzəmisində keçirdik. Xocalı dörd tərəfdən erməni kəndlərinin əhatəsində olduğundan şəhər, demək olar ki, hər gün müxtəlif silahlarla atəşə məruz qalırdı. Beləcə öz doğma evimizdə qorxu və həyəcan içərisində yaşayırdıq.

Fevralın 25-də gecə saat 23-24 radələrində qonşumuz Saday kişi böyük təşviş içində qapımızı döyüb xəbər verdi ki, ermənilər şəhəri hər tərəfdən mühasirəyə alıb.

Problem

Televiziya və təhsil

Əyani informasiya mənbəyi

Müəllim dərsə başlayanda, düzü, təəccübləndim: "Dədə Qorqud" boyları mövzusunu keçəcəkdi. ötən dərs qədim ədəbiyyat mövzusunda olmuşdu. Müəllimin "Bədii mədəniyyət beşdəqiqəliyi" adlandırdığı müddətdə oxuculara ilk sualı bu oldu: - Axşam "Dədə Qorqud" bədii filminə kim baxmayıb? Filmin ssenari müəllifi, rejissoru kimlərdir? Baş rollara kimlər çəkiliblər? Bədii filmdə hansı adət-ənənəmiz, məişət qaydalarımız əksini tapıb?

 Cəmi bir neçə dəqiqə çəkən sorğu-sual bitdi, müəllim ədəbiyyatımızın görkəmli nümayəndələri Q.Təbrizi, M.Gəncəvi, Ə.Xaqani və b. haqqında frontal sorğunu uğurla başa vurub yeni mövzunu elan etdi. Və intensivliyi gözləyərək eposun tədqiqi, nəşri və s. barədə məktəb mühazirəsinə başladı.

Əks-səda

Metodbirləşmənin olması zəruridir

"Azərbaycan müəllimi" qəzetinin 25 yanvar 2008-ci il tarixli sayında Ş.Məmmədovun "Metodbirləşmə məktəbə lazımdırmı?" adlı məqaləsini diqqətlə oxudum. Məqalədə müəllif təhsilimizlə bağlı aktual bir problemə toxunmuş, bu sahənin bir növ unudulduğunu xatırlatmış, bu işdə yol verilmiş nöqsanlara öz münasibətini bildirmişdir. Məqalənin sonunda müəllif üzünü pedaqoji ictimaiyyətə tutaraq, onları bu məsələ ilə bağlı müzakirəyə dəvət edir.

 

Bu problemlə bağlı mən də öz mülahizələrimi bildirmək istəyirəm.

Məlumdur ki, son illər təhsilin səviyyəsini daha da artırmaq üçün tədris prosesində innovasiyalardan - təlimdə yeni metodlardan, informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə edilməyə başlanmışdır.