· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 


B.e з.a з. C.a C. Ş. B.
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31

 

 

12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür

* Dövlət müstəqilliynin xalqımıza bəxş etdiyi nemətlərdən biri də odur ki, biz artıq təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq. Doğrudur, bu proses çox mürəkkəb prosesdir. Bu proses qısa müddətdə başa çata bilməyəcəkdir. Bu gün təhsil sahəsində çalışan bütün vətəndaşlara, müəllimlərə, təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək xahiş edirəm ki, onlar tezliklə  təhsil sistemində işlərin müstəqil Azərbaycanın prinsipləri əsasında qurulmasına nail olsunlar. Burada dərsliklərin dəyişilməsi, yeni dərsliklərin yaranması xüsusi əhəmiyyət kəsb edir. Bilirəm, bu, asan məsələ deyil. Bu bir çox amillərlə bağlıdır, ondan asılıdır... Ancaq indi dərs alan uşaqlar, gənclər gərək mütləq və mütləq bizim yeni dərsliklər əsasında oxusunlar...

 

* Azərbaycandan kənara - başqa ölkələrə təhsil almağa gedən gənclərə xüsusi tövsiyəm ondan ibarətdir ki, siz hansı ölkədə olursunuzsa olun, birinci vəzifəniz yüksək təhsil almaqdan, o təhsil ocağının imkanlarından istifadə edib hərtərəfli, hazırlıqlı bir vətəndaş olmaqdan ibarətdir. Eyni zamanda siz respublikamızı xarici ölkələrdə təmsil edən insanlar, gənclər olacaqsınız. Siz sadəcə olaraq təhsil almaqla kifayətlənməməlisiniz. Azərbaycanı ləyaqətlə təmsil etməlisiniz, ölkəmizin həqiqətlərini təhsil alacağınız universitetlərdə, ali təhsil müəssisələrində yaymalısınız, təbliğ etməlisiniz.

 

 

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər  Əliyev adına Akademiyasının şəxsi heyətinə

Hörmətli Milli Təhlükəsizlik Akademiyasının əməkdaşları, kursantları və dinləyiciləri, Sizi Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının yaradılmasının 10-cu ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycanda dövlət quruculuğunun əsaslarını qoyan ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında mühüm dövlətçilik təsisatlarından biri olan təhlükəsizlik orqanları yenidən qurulmuşdur. Eyni zamanda ümummilli lider milli təhlükəsizlik orqanlarının kadr potensialının möhkəmləndirilməsinə xüsusi diqqət göstərmiş, müasir dövrün çağırışlarına effektiv cavab vermək iqtidarında olan yüksək ixtisaslı peşəkarların hazırlanmasını həyata keçirən Milli Təhlükəsizlik Akademiyasını təsis etmişdir.

Hər zaman xalqımızın milli maraqlarına sədaqətlə xidmət etmiş və ömür yolunun 25 ilini xüsusi xidmət orqanlarına həsr etmiş ümummilli lider Heydər Əliyev təhlükəsizlik orqanlarının milliləşdirilməsinə və vətənpərvər kadrlarla formalaşdırılmasına nail olmuşdur.

Müstəqillik bərpa edildikdən sonra ümummilli lider təhlükəsizlik orqanlarının fəaliyyətinin yeni təməl prinsiplərini və istiqamətlərini müəyyən etmişdir. Milli təhlükəsizlik orqanlarının xalqa, vətənə sadiq bir quruma çevrilməsi ümummilli liderin gündəlik qayğısı nəticəsində mümkün olmuşdur. Təhlükəsizlik orqanlarının milli əsaslar üzərində qurulmasında və inkişaf etdirilməsində ulu öndərin əvəzolunmaz rolunu, zəngin irsinin qorunub saxlanması və yeni nəsil zabitlərinə çatdırılması zəruriliyini nəzərə alaraq, 2005-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına Heydər Əliyevin adı verilmişdir.

  

 

ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma mərasimi

Bakı Dövlət Universitetində (BDU) xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma mərasimi keçirilmişdir.

Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək, ulu öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri düzmüşlər.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı da ziyarət olunmuşdur.

 

Təhsil Nazirliyi mətbuat xidmətinin məlumatı

Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra ulu öndər Heydər Əliyevin respublikamızda siyasi hakimiyyətə qayıdışının məntiqi nəticəsi olaraq iqtisadi və sosial sahələrin sürətli inkişaf yoluna qədəm qoyması hər bir ölkə vətəndaşına yaxşı məlumdur. Bu dövrdə ən vacib strateji fəaliyyət sahələrindən biri hesab edilən təhsilin qabaqcıl dünya dövlətlərindəki səviyyəyə çatdırılması ilə bağlı genişmiqyaslı islahatlara başlanılmış, Azərbaycan təhsilinin beynəlxalq aləmdə sınaqdan çıxmış ideya və yanaşmalar əsasında qurulmasına möhkəm zəmin yaradılmışdır.

Son 5 il ərzində ölkə Prezidenti İlham Əliyevin müntəzəm diqqət və qayğısı sayəsində 1600-dən artıq yeni məktəb binasının tikilməsi, təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə ardıcıl təmin edilməsi, ümumi təhsil sistemində müxtəlif istiqamətlər üzrə ciddi islahatların aparılması cəmiyyətdə təhsilimizin uğurlu gələcəyinə inamı daha da gücləndirmişdir.

Azərbaycan Dillər Universitetində İnformasiya resurs kompleksi açıldı

Azərbaycan Dillər Universitetində ölkəmizdə analoqu olmayan İnformasiya resurs kompleksi yaradılmışdır. Dekabrın 5-də kompleksin rəsmi açılışı olmuşdur. Bu münasibətlə düzənlənən mərasimdə bir sıra nazirliklərin, ali məktəblərin, ölkəmizdə fəaliyyət göstərən xarici dövlətlərin səfirliklərinin və beynəlxalq qurumların nümayəndələri, millət vəkilləri, ziyalılar, KİV əməkdaşları iştirak edirdilər.

Universitetin əsas binasında yerləşən İnformasiya resurs kompleksinin rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən sonra kompleksin məlumat-sorğu mərkəzində açılış mərasimi keçirildi.

ümumtəhsil müəssisələrində mədəniyyətlərarası və dinlərarası dialoqun tədrisi

Azərbaycan çoxmillətli ölkədir, bura 15-dən artıq müxtəlif millətlər və xalqların qarşılıqlı anlaşma şəraitində yaşadığı və fəaliyyət göstərdiyi bir məkandır. Azərbaycan şərqdən-qərbə, şimaldan-cənuba gedən yolların qovşağında, Böyük İpək yolunun üstündə yerləşir. Azərbaycan xalqı həmişə dünyanın digər xalqları ilə mədəni və iqtisadi əlaqələr saxlamağa, əməkdaşlıq etməyə, mehriban qonşuluq, sülh və əmin-amanlıq şəraitində yaşamağa çalışmışdır. Müstəqil Azərbaycan dövləti və onun yaradıcısı ümummilli liderimiz Heydər Əliyev daim ölkəmizdə yaşayan milli azlıqların, azsaylı xalqların və etnik qrupların dilinə, mədəniyyətinə, adət-ənənələrinə, dini etiqadlarına diqqətlə yanaşmış, qayğı göstərmişdir.