|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Bakıdakı
204 nömrəli məktəb beynəlxalq İnternet-təhsil
layihəsinin qalibidir 2008-ci il fevral ayından etibarən
Azərbaycanda ilk dəfə olaraq "İntel" və
"Trans Telekom" (Rusiya) şirkətlərinin təşəbbüsü
ilə "Letopisi.ru" İnternet-təhsil layihəsi
keçirilib. Layihə ingilis, alman, fransız, Ukrayna, qazax, rus
və Azərbaycan dillərində aparılıb. Layihənin 1-ci mərhələsi qeydiyyata
alınma mərhələsi olub. Həmin
mərhələdə Rusiya Federasiyasının, Orta Asiya
ölkələrinin, Ukrayna, Estoniya və başqa ölkələrdən
ümumilikdə 1000-ə yaxın təhsil ocağı
qeydiyyata alınmış, Azərbaycandan 14 məktəb
qoşulmuşdu. Bunlar Bakı Kompüter Kolleci, Avropa liseyi,
23, 189, 7 nömrəli məktəblər, Sumqayıt şəhər
təbiət təmayüllü gimnaziya və digərləri
idi. Müsabiqədə şəhid Ə.Əliyev adına
204 nömrəli orta məktəb ("Bibioki" adlı
komandası ilə) də qeydiyyata alınmışdı.
Komandanın rəhbəri 204 nömrəli məktəbin
biologiya müəllimi, "İntel. Gələcək üçün
təhsil" proqramının təlimçisi Almaz
Həsrətdir. 2-ci mərhələdə bir neçə yüz
təhsil ocağı İnternetdə yaratdıqları
layihə işlərinə və onların
keyfiyyətinə görə seçilərək növbəti
mərhələyə - finala keçid aldılar. Finalda
Azərbaycandan yeganə olaraq 204 nömrəli məktəb iştirak
edirdi. 3-cü mərhələ seçilmiş 300
intellektual məktəb arasında keçirilirdi. Artıq yarışma
başa çatıb. "Məktəbin siması - 2008"
təhsil layihəsində fəal iştirakına görə
204 nömrəli məktəb və onun "Bibioki"
komandasının rəhbəri Almaz Həsrət fəxri
fərmanlarla təltif edilib. Həmçinin məktəbin
şagirdləri, komandanın kapitanı XI "J" sinif
şagirdi Anar Həmidov, üzvləri Aygün Bağırova
(IX "J"), Fərid Mikayılzadə (XI "B")
və Orxan Rüstəmov (IX "J") da fəxri
fərmanla təltif olunublar. 204 nömrəli məktəb
layihələrin bir çoxunda 1-ci yerə layiq görülüb və
diplomla, sertifikatlarla təltif olunub. Bu yaxınlarda Almaz Həsrətin
rəhbərliyi ilə "Bibioki" komandası 2 İnternet
layihəsində də qalib çıxaraq 1-ci yerə layiq görülüb. "Letopisi.ru" İnternet-təhsil
layihəsinin təşkilatçılarının təşəbbüsü
ilə bu ilin dekabrın 4-5-də Moskvada "XXI yüzildə
nəyi və necə öyrənməli və öyrətməli"
adlı elmi-praktik konfrans keçirilib. Bu beynəlxalq konfransda
Azərbaycanı 204 nömrəli məktəb və onun müəllimi
Almaz Həsrət təmsil edib. Məktəbin kollektivi qazandıqları uğuru
Azərbaycan təhsilinin, məktəbinin və şagirdlərinin
uğuru hesab edir. TAHİRƏ
|