|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Təhsil Nazirliyi mətbuat xidmətinin məlumatı Azərbaycanda dövlət müstəqilliyinin
bərpasından sonra ulu öndər Heydər Əliyevin
respublikamızda siyasi hakimiyyətə qayıdışının
məntiqi nəticəsi olaraq iqtisadi və sosial
sahələrin sürətli inkişaf yoluna qədəm
qoyması hər bir ölkə vətəndaşına yaxşı
məlumdur. Bu dövrdə ən vacib strateji fəaliyyət
sahələrindən biri hesab edilən təhsilin qabaqcıl
dünya dövlətlərindəki səviyyəyə çatdırılması
ilə bağlı genişmiqyaslı islahatlara başlanılmış,
Azərbaycan təhsilinin beynəlxalq aləmdə sınaqdan
çıxmış ideya və yanaşmalar əsasında
qurulmasına möhkəm zəmin yaradılmışdır. Son 5 il ərzində ölkə Prezidenti İlham
Əliyevin müntəzəm diqqət və qayğısı
sayəsində 1600-dən artıq yeni məktəb binasının
tikilməsi, təhsil müəssisələrinin
maddi-tədris bazasının möhkəmləndirilməsi,
informasiya və kommunikasiya texnologiyaları ilə ardıcıl
təmin edilməsi, ümumi təhsil sistemində müxtəlif
istiqamətlər üzrə ciddi islahatların aparılması
cəmiyyətdə təhsilimizin uğurlu
gələcəyinə inamı daha da gücləndirmişdir. ölkə təhsilində islahatların dönməz
xarakter alması Azərbaycan hökuməti ilə Dünya Bankı
arasında son 10 ildə bağlanmış sazişlər
çərçivəsində həyata keçirilən fundamental
tədbirlərin real nəticələrində daha aydın
özünü göstərir. Həmin müddətdə digər
sahələrlə yanaşı, ümumi təhsilin
məzmununun yeniləşdirilməsi istiqamətində
aparılan islahatyönümlü işlər daha geniş vüsət
almış, yüzlərlə təhsil mütəxəssisinin-tanınmış
alimlərin, metodist-pedaqoqların, məktəb
rəhbərləri və müəllimlərin birgə
əməyinin məhsulu kimi meydana çıxan
"Azərbaycan Respublikasında ümumi təhsilin
konsepsiyası (Milli Kurrikulumu)" sənədinin respublika
Nazirlər Kabineti tərəfindən təsdiq edilməsi
və bu dövlət əhəmiyyətli sənədin
tələbləri əsasında ümumtəhsil
məktəbləri üçün mahiyyətcə tamamilə
orijinal olan fənn kurrikulumlarının hazırlanıb
2008-2009-cu dərs ilindən etibarən I siniflərdə
tətbiqi ilə ümumi təhsil sahəsində yeni bir dövr
başlanmışdır. Mühüm nailiyyətlərdən biri də
Təhsil Nazirliyinin hazırladığı "ümumi
təhsil sistemində dərslik siyasəti"
sənədinin Nazirlər Kabineti tərəfindən
qəbul edilməsi və bu sənədə əsasən
uzun illərdən bəri kök salmış
ənənədən imtina edilərək müasir dünya
təcrübəsinə uyğun surətdə orta
məktəb dərsliklərinin komplekt şəklində
(dərslik, müəllim üçün vəsait, şagirdlər
üçün iş dəftəri) nəşriyyatlarla müəlliflər
qrupu arasında bağlanmış müqavilə əsasında
yazılıb hazırlanması və istifadəyə
veriləcək komplektlərin müsabiqə yolu ilə müəyyənləşdirilməsi
olmuşdur. Bu işi tənzimləmək üçün
Dərslikləri Qiymətləndirmə Şurası (DQŞ)
yaradılmış, onun tərkibinə görkəmli
alimlər və tanınmış təhsil mütəxəssisləri
daxil edilmişdir. Artıq yeni mexanizm əsasında hazırlanıb
DQŞ tərəfindən müsbət
qiymətləndirilən dərslik komplektləri yeni
dərs ilindən I sinifdə işləyən müəllimlərin
və şagirdlərin istifadəsinə verilmişdir.
Aparılan təhlillər və yerlərdən daxil olan
rəylər göstərir ki, ilk təcrübə kimi meydana çıxan
yeni dərslik komplektləri rəğbətlə qarşılanmışdır. Bununla belə, vaxtilə ibtidai siniflər
üçün "Riyaziyyat" və "Həyat bilgisi"
dərsliklərinin müəlliflərindən biri olmuş
"Pedaqogika" nəşriyyatının direktoru Əlövsət
Osmanlı 2008-ci ildə DQŞ-yə təqdim etdiyi
"Riyaziyyat-1" dərslik komplektinin guya
ədalətsizlik nəticəsində müsabiqədən
keçmədiyini əsas tutaraq mətbuatda, xüsusilə də
"Azadlıq" qəzetində böhtan xarakterli
silsilə yazılar dərc etdirir. Təvazökarlıq
hissindən tamamilə uzaq olan Ə.Osmanlı bu yazılarında
dəridən-qabıqdan çıxaraq özünü
ictimaiyyətə "əvəzolunmaz dərslik yaradıcısı"
kimi təqdim etməyə çalışır, qatı inkarçılıq
yolu tutaraq DQŞ-nin
və işçi qrupunun bütün üzvlərini qeyri-peşəkarlıqda,
savadsızlıqda, dərslik problemlərinə
bələd olmamaqda ittiham etməkdən belə çəkinmir.
İbtidai siniflərdə bir gün də işləməyən,
şagirdlərlə ünsiyyətdə olmayan, lakin iddiaları
və ədaları yerə-göyə sığmayan Əlövsət
Osmanlı "mən olmayan yerdə nə varsa pisdir"
prinsipini yeridərək müsabiqədən qalib çıxmış
"Riyaziyyat-1" və "Həyat bilgisi"
dərslik komplektlərində müsbət heç nə görmür,
nəyin bahasına olursa-olsun onları gözdən salmaq
məqsədi güdür. Başdan-başa əsassız ittihamlarla,
qərəzli və təhqiramiz ifadələrlə dolu
olan bu yazılar, əslində, Əlövsət Osmanlının
mənəvi aləmini açıq-aydın göstərir. özündən
başqa heç kimi bəyənməmək, şəxsi
mənafeyi naminə iftira və böhtanların quluna çevrilmək
onun hansı keyfiyyətlərə malik olduğundan
xəbər verir. Hesab edirik ki, Əlövsət Osmanlının
illüziyalar toplusu olan bu yazılarını silsilə şəklində
dərc etməklə "Azadlıq" qəzeti heç
də vətəndaşlıq mövqeyi göstərməmişdir.
Həmin yazılara alternativ məqalələri dərc
etməməsi isə qəzetin adı ilə daban-dabana
ziddir. Təhsil Nazirliyi bildirir ki, bu cür böhtan
xarakterli yazılar sağlam pedaqoji qüvvələr
tərəfindən qəbul edilmir və ictimaiyyətin
diqqətini əsl həqiqətlərdən yayındırmaq
məqsədi daşıyan qərəzli mövqe kimi
qiymətləndirilir.
|