|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Təhsil müəssisələrində çalışan
işçilərin sosial müdafiəsini daha da gücləndirmək
və onlara dövlət qayğısını artırmaq
məqsədi ilə qərara alıram: 1. Dövlət büdcəsindən
maliyyələşdirilən təhsil müəssisələrində
(ali təhsil müəssisələri istisna olmaqla) çalışan
işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən
edilmiş aylıq vəzifə (tarif) maaşları
2008-ci il sentyabrın 1-dən orta hesabla 25 faiz artırılsın.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn
məsələləri həll etsin.
İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 sentyabr 2008-ci
il |
"TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ QOYULAN VƏSAİTDİR" İndi
biz faktiki olaraq, Azərbaycanda bütün məktəb
infrastrukturunu yeniləşdiririk. İndiyədək
800-ə yaxın məktəbin tikilməsi və
gələcək illərdə yüzlərlə
məktəbin tikintisi - bu, məktəb sahəsinin
maddi-texniki bazasının yeniləşdirilməsini,
təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı
da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt
gəlib ki, biz mövcud məktəblərin təmirinə
də daha çox vəsait ayıraq. çünki buna da böyük
ehtiyac var, xüsusilə, Bakı şəhərində.
Yəqin ki, bu il, gələn il Bakı şəhərində
yerləşən bütün məktəblərin istilik
təchizatı problemləri həll olunmalıdır. Bu,
həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər
və rayonlarda da biz bunu həll etməliyik və mövcud
məktəbləri də çox gözəl
səviyyəyə gətirib çıxarmalıyıq. Bu sahədə vəsaitə qənaət
etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin
gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf
etmiş ölkələrin uğurlarının
səbəbi də məhz ziyalı
təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji
yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik
ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı
olsun və ölkəmizin inkişafında çox böyük rol
oynasınlar. Prezident İlham Əliyevin
sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin
birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı
nitqindən. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Müstəqillik
illərində olimpiya oyunlarında medal qazanmış
Azərbaycan idmançıları Heydər Əliyev Fondunun
aylıq təqaüdlərinə və diplomlarına layiq görülmüşlər.
Fəaliyyətində ictimai həyatın
digər sahələri kimi, idmana da daim diqqət və qayğı
göstərən Heydər Əliyev Fondunun təşəbbüsü
ilə indiyədək tikilən 237 məktəbin
əksəriyyətində idman meydançaları, lazımi
avadanlıqla təchiz olunmuş idman salonları yaradılmışdır.
Uşaqlar və gənclər arasında idmanın
təbliğini diqqətdə saxlayan Fond Azərbaycanda keçirilmiş
bir çox yarışlara hamilik etmişdir. 2007-ci və
2008-ci illərdə ümummilli lider Heydər Əliyevin
xatirəsinə həsr olunmuş Prezident Kuboku
beynəlxalq şahmat festivalı da Fondun dəstəyi
ilə keçirilmişdir. |
Hörmətli "dəyirmi masa" iştirakçıları! Sizi "XXI əsrdə təhsil yaradıcı şəxsiyyətlərin gözündə"
mövzusunda keçirilən "dəyirmi masa"da salamlayır,
dəvətimizi qəbul edib bu tədbirdə iştirak
etdiyinizə görə Təşkilat Komitəsi adından
hər birinizə təşəkkür edirəm.
"Dəyirmi masa"nın əsas məqsədi yeni
dərs ili ərəfəsində son illərdə
təhsil sahəsində əldə edilmiş uğurları
qeyd etmək, mövcud problemləri və onların həlli
yollarını sizinlə birlikdə müzakirə edib müəyyənləşdirməkdən
ibarətdir. Məlumdur ki, yüksək intellektə malik insan kapitalının formalaşması və davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu əvəzsizdir. Eyni zamanda hər bir dövlətin inkişafı onun təbii sərvətlərinin bolluğu ilə deyil, bu sərvətlərin hansı dərəcədə insan kapitalına çevrilməsi ilə birbaşa bağlıdır. Təsadüfi deyil ki, ABŞ, Yaponiya, Cənubi Koreya, Finlandiya və digər inkişaf etmiş ölkələr malik olduqları maddi resurslardan deyil, təhsil sisteminin yetişdirdiyi insan kapitalından daha çox gəlir əldə edirlər. |
Təhsilimiz yaradıcı şəxsiyyətlərin gözü ilə ("Dəyirmi masa"dan qeydlər) Sentyabrın 2-də Bakıdakı "Hyatt Recency" otelində "XXI əsrdə təhsil yaradıcı şəxsiyyətlərin gözündə" mövzusunda "dəyirmi masa" keçirilmişdir. Təhsil Nazirliyinin təşəbbüsü ilə təşkil olunmuş və yeni dərs ili ərəfəsində təhsil sahəsində əldə edilmiş uğurlarla yaradıcı şəxsiyyətləri tanış etmək, mövcud problemləri və onların həlli yollarını birlikdə müzakirə etmək məqsədi daşıyan tədbirdə Prezidentin İcra Aparatından, Nazirlər Kabinetindən, digər dövlət qurumlarından rəsmi şəxslər, ölkənin yaradıcılıq təşkilatlarının rəhbərləri, millət vəkilləri, ali məktəblərin rektorları, tanınmış ziyalılar və KİV işçiləri iştirak edirdilər. |
Azərbaycan müəllimlərinin qurultayları tarixindən IX
qurultayın gündəliyindən Azərbaycan
müəllimlərinin ali məclisi ilə əlaqədar
Respublika Maarif Nazirliyi Xalq Maarifi Muzeyi ilə birlikdə 32
stenddən ibarət "Qurultaydan-qurultaya" adlı
sərgi təşkil etmişdi. Burada 1967-ci ildən
1978-ci ilə qədərki müddətdə maarif ocaqlarının
tikintisi, məktəb şəbəkəsinin genişləndirilməsi,
təlim-tərbiyə sahəsində qabaqcıl pedaqoji
təcrübə ilə bağlı dəyərli
materiallar əksini
tapmışdı. 1978-ci
il mayın 18-19-da keçirilmiş IX qurultaya Azərbaycan KP
MK-nın təbriki göndərilmişdi. Qurultaya geniş
tərkibdə Rəyasət heyəti, katiblik və
redaksiya komissiyası seçilmişdi. Qurultayda Sov.İKP MK-nın Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev geniş nitq söyləmiş, respublikanın xalq təsərrüfatı sahələrində qazanılmış uğurları təhlil etmiş, xalq maarifi sahəsində vəzifələrin şərhini vermişdir. |