· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

   

Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram:

1. Dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2008-ci il sentyabrın 1-dən orta hesabla 25 faiz artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 sentyabr 2008-ci il

 

 

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan və dövlət büdcəsindən maliyyələşdirilən digər elm və elmi - tədqiqat müəssisə, idarə

və təşkilatlarında çalışan işçilərin əməkhaqlarının artırılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan və dövlət büdcəsindən maliyyələşdirilən digər elm və elmi-tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan və dövlət büdcəsindən maliyyələşdirilən digər elm və elmi-tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2008-ci il sentyabrın 1-dən orta hesabla 25 faiz artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 sentyabr 2008-ci il

 

 

 

 

 

 

 

Azərbaycan Milli Olimpiya komandasının üzvlərinin təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

XXIX Pekin Yay Olimpiya Oyunlarında göstərdikləri yüksək nailiyyətlərə, eyni zamanda Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə aşağıda adları çəkilən Azərbaycan idmançıları və onların məşqçiləri təltif edilsinlər:

1. "Şöhrət" ordeni ilə

Məmmədli Elnur çingiz oğlu

2. "Tərəqqi" medalı ilə

Allahverdiyev Yaşar Bəxtiyar oğlu

Aratsilov Maqomedxan Suleymanoviç

Bayramov Rövşən Cənnət oğlu

Cəfərov Elçin Lənkəran oğlu

Əbilov Eldar Zöhrab oğlu

Feyzullayev Vaqif Səxavət oğlu

İmranov Şahin Səlim oğlu

Qazyumov Xetaq Ruslanoviç

Mirəliyev Mövlud Mustafa oğlu

Rəhimov Vitali Məciboviç

Skobelski Orest Zenovyeviç

Stadnik Mariya Vasilyevna

Şərifov Hicran İbrahim oğlu

3. Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu ilə

Abdullayev Nəriman Sadıx oğlu

Axundzadə Ağayar Əbdüləzim oğlu

Əlicanov Nazim Nəzir oğlu

Hacıəhmədov Hacıağa Səməd oğlu

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 avqust 2008-ci il