· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

 

 

İsveçrədəki Azərbaycan dili və mədəniyyəti məktəbinin ikinci tədris ili başlanıb

İsveçrənin Bern şəhərindəki Azərbaycan dili və Mədəniyyəti Məktəbinin (ADMM) ikinci tədris ili başlanmışdır.

 Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin bu mühüm layihəsini İsveçrə Maarif Nazirliyi hərtərəfli dəstəkləyir. Bu il Bern şəhər rəhbərliyi məktəbə üç böyük sinif otağı ayırmış və bunlar təhsil üçün lazım olan hər cür avadanlıqla təchiz edilmişdir.

Məktəbdə yaş qrupuna görə iki sinif fəaliyyət göstərir. Bu siniflərdə günün birinci yarısında - Azərbaycan dili, ölkəmizin tarixi, musiqisi, bu günü haqqında bilik veriləcək, ikinci yarısında isə Azərbaycan milli rəqsləri öyrədiləcəkdir. İsveçrənin digər bölgələrindən övladlarını həftəsonu məktəbə gətirən valideynlərin istirahəti üçün otaq da nəzərdə tutulmuşdur.

Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi məktəbi bu il də dərsliklər və digər zəruri vəsaitlə təmin etmişdir.

 

 

 

 

 

 

Təhsil Sektorunun İnkişafı Layihəsinin maliyyə hesabatlarına müsbət rəy verilib

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə beynəlxalq Pricewaterhouse Coorers (Praysvoterhouskurers) audit şirkəti Təhsil Sektorunun İnkişafı Layihəsinin 31 dekabr 2007-ci il tarixi vəziyyətinə dair auditini həyata keçirmişdir.

Auditorlar Layihənin maliyyə göstəricilərinin və xüsusən də Dünya Bankının Azərbaycan Beynəlxalq Bankındakı xüsusi valyuta hesabında olan vəsaitlərinin hərəkətinin, eləcə də layihə çərçivəsində imzalanmış müqavilələrin satınalma prosedurlarının auditini aparmışlar.

Pricewaterhouse Coorers şirkəti Təhsil Sektorunun İnkişafı Layihəsinin maliyyə hesabatlarına dair auditor rəyi vermişdir. Rəydə qeyd olunur ki, layihənin maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından Dünya Bankının Təlimatlarında göstərilən müddəalara uyğun olaraq düzgün tərtib edilmişdir.