|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Təhsil ocağı ölkəmizdə ilk liseylərdən biri kimi tarixə düşüb Biz artıq "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin
qalibiyik. Bu qalibiyyətimiz üçün, ilk növbədə,
belə bir müsabiqənin keçirilməsinə
sərəncam verən möhtərəm Prezidentimiz İlham
Əliyevə və müsabiqənin şəffaf, obyektiv keçirilməsini
təmin edən komissiyaya, hörmətli nazirimiz Misir
Mərdanova özüm və bütün müəllim kollektivimizin adından
dərin minnətdarlığımı bildirirəm. Belə müsabiqələrin keçirilməsi
və ayrılan mükafat məktəblərin maddi-texniki
bazasının yüksəldilməsinə, təhsilin
keyfiyyətinin artırılmasına imkan verir, digər
tərəfdən də müəllimlərin gərgin
əməyinə verilən qiymət kimi bizi daha da yaxşı
işləməyə ruhlandırır. Xətai rayonunda yerləşən 287 nömrəli
"Zəkalar" liseyi 1992-ci ildə yaradılıb. Bu
təhsil ocağı Azərbaycanda ilk liseylərdən
biri kimi tarixə düşüb. Liseyimizi bu il 63 şagird bitirmişdir.
Onlardan qəbul imtahanlarında 8 nəfəri 600-dən,
5-i isə 650-dən yuxarı bal toplamışlar.
Sənəd verən şagirdlərdən 45-i ali
məktəbə daxil olmuşdur. Bunlardan bir nəfəri
Türkiyə Polis Akademiyasına, 1 nəfəri isə Moskva
Dövlət Universitetinin kibernetika fakültəsinə daxil olmuşdur.
685 bal toplamış məzunumuz Gültən Məmmədova
Prezident təqaüdçüsüdür. Məktəbimizə verilən pul mükafatının
təhsilin idarə edilməsinin informatlaşmasına,
elektron tədris vəsaitlərinin alınmasına,
istedadlı şagirdlərə və bu uğurların
qazanılmasında xüsusi rolu olan müəllimlərə mükafat
verilməsi istiqamətində xərclənməsini
nəzərdə tuturuq. Aygün ƏHMƏDLİ, Bakıdakı 287 nömrəli "Zəkalar" liseyinin direktoru Prezidentimizin qayğısına əməli işlə cavab verməliyik ümummilli liderimiz Heydər Əliyevin siyasi
kursunu layiqincə davam etdirən ölkə Prezidenti cənab
İlham Əliyev digər sahələr kimi təhsilin
də inkişafına xüsusi qayğı ilə yanaşır.
Son beş ildə tikilən yeni məktəb binaları,
inşa edilən əlavə tədris korpusları, köhnəlmiş
təhsil ocaqlarının əsaslı və cari
təmiri buna bariz nümunədir.
Heç bir ölkədə qısa müddət ərzində bu
qədər məktəb tikilməmişdir. Dərsliklərin yüksək
səviyyədə nəşri və
məktəblərə paylanaraq şagirdlərə pulsuz
verilməsi, mütəmadi olaraq təhsil ocaqlarının
maddi-texniki bazasının möhkəmləndirilməsi,
məktəb kitabxanalarının yüksək
səviyyədə qurulması, bədii ədəbiyyatın
latın qrafikası ilə nəşri müəllimlərin
yaxşı işləməsi, dərsin müasir
tələblərə cavab verəcək
səviyyədə keçilməsi üçün şərait yaradır. ölkə başçısının
sərəncamı ilə müəllimlərə verilən
fəxri adlar, respublikada ilk dəfə olaraq "Ən yaxşı
ümumtəhsil məktəbi" və "Ən yaxşı
müəllim" müsabiqəsinin keçirilərək yaxşı
müəllimlərin üzə çıxarılıb mükafatlandırılması
pedaqoji kadrlar arasında sağlam rəqabətin yaranmasına
səbəb olmuş, təhsilin inkişafına yeni
təkan vermişdir. Yeri gəlmişkən qeyd edim ki, işlədiyim
290 nömrəli məktəbin iki müəllimi - Xalidə Rüstəmova
və Fəridə Hüseynova bu müsabiqədə iştirak
etmiş, "Ən yaxşı müəllim" adına
layiq görülmüşlər. Məhz yaradılmış münbit
şəraitə görə bu il yüksək balla ali
məktəblərə qəbul olmuş məzunlarımız
ötən illərə nisbətən sayca çoxluq təşkil
edir. Xarici ölkələrdə oxumaq üçün yaradılan
şərait şagirdlərimizi ruhlandırır. Pedaqoji
kollektivimiz Prezident İlham Əliyevin siyasi kursunu
dəstəkləyir və bu ilin oktyabrında keçiriləcək
prezident seçkilərində yalnız ona səs
verəcəklər. ölkə başçısının bu günlərdə
imzaladığı sərəncamla təhsil müəssisələrində
işçilərin əməkhaqlarının yenidən 25
faiz artırılması müəllimlərin maddi rifahının
yaxşılaşdırılmasına xidmət edir. Buna görə
də kollektivimiz adından ölkə başçısı
İlham Əliyevə minnətdarlıq edirəm. Biz
də, öz növbəmizdə, Prezidentimizin bu qayğısına
əməli işlə cavab verməliyik.
Adilə QARAYEVA, Bakıdakı 290 nömrəli orta məktəbin ingilis dili müəllimi |