|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Prezidentinin "Ən
yaxşı ümumtəhsil məktəbi və ən yaxşı
müəllim mükafatlarının təsis edilməsi haqqında"
2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli sərəncamının
1-ci bəndinə uyğun olaraq qərara alıram: 1. 2007-2008-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində müvəffəqiyyət qazandığına görə aşağıda qeyd edilən ümumtəhsil məktəbləri 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılsın:
Abşeron rayonu Xırdalan şəhər
1 N-li orta məktəb Ağstafa rayonu texniki-humanitar təmayüllü
lisey Bakı Avropa Liseyi Bakı şəhəri Ağabəy
Novruzbəyli adına 46 N-li orta məktəb Bakı şəhəri bağça-məktəb-lisey
kompleksi |
"TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ QOYULAN VƏSAİTDİR" İndi
biz faktiki olaraq, Azərbaycanda bütün məktəb
infrastrukturunu yeniləşdiririk. İndiyədək
800-ə yaxın məktəbin tikilməsi və
gələcək illərdə yüzlərlə
məktəbin tikintisi - bu, məktəb sahəsinin
maddi-texniki bazasının yeniləşdirilməsini,
təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı
da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt
gəlib ki, biz mövcud məktəblərin təmirinə
də daha çox vəsait ayıraq. çünki buna da böyük
ehtiyac var, xüsusilə, Bakı şəhərində.
Yəqin ki, bu il, gələn il Bakı şəhərində
yerləşən bütün məktəblərin istilik
təchizatı problemləri həll olunmalıdır. Bu,
həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər
və rayonlarda da biz bunu həll etməliyik və mövcud
məktəbləri də çox gözəl
səviyyəyə gətirib çıxarmalıyıq. Bu sahədə vəsaitə qənaət
etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin
gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf
etmiş ölkələrin uğurlarının
səbəbi də məhz ziyalı
təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji
yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik
ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı
olsun və ölkəmizin inkişafında çox böyük rol
oynasınlar. Prezident İlham Əliyevin
sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin
birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı
nitqindən. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Prezidentinin "Ən
yaxşı ümumtəhsil məktəbi və ən yaxşı
müəllim mükafatlarının təsis edilməsi haqqında"
2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli sərəncamının
1-ci bəndinə uyğun olaraq qərara alıram: 1. 2007-2008-ci tədris ilində keçirilmiş
"Ən yaxşı müəllim" müsabiqəsində
müvəffəqiyyət qazandıqlarına görə aşağıda
qeyd edilən müəllimlər 5000 (beş min) manat
məbləğində birdəfəlik pul mükafatı
ilə mükafatlandırılsınlar: Abbasov Vüqar Bəhlul oğlu Abdullayev Nizami Feyzi oğlu Abdullayeva İlhamə Telman qızı Abdullayeva Solmaz Yadulla qızı Ağayev Rəfail Əliməmməd oğlu
|
Azərbaycan müəllimlərinin qurultayları tarixindən Azərbaycan Mərkəzi İcraiyyə
Komitəsi Rəyasət Heyətinin, Azərbaycan SSR Xalq
Komissarları Sovetinin 3 yanvar 1931-ci il tarixli qərarı
ilə həmin il yanvarın 25-də Azərbaycan müəllimlərinin
V qurultayı keçirilmişdi. Bu münasibətlə 18
nəfərdən ibarət dövlət komissiyası yaradılmış,
bütün təşkilati məsələlərin həlli bu
komissiyaya tapşırılmışdı. Türk mədəniyyət sarayında keçirilmiş
qurultayı giriş nitqi ilə Azərbaycan Mərkəzi
İcraiyyə Komitəsinin sədri Q.Musabəyov açmış,
ötən qurultaydan keçən 6 il ərzində müəllimlər
ordusunun həm kəmiyyət, həm də
keyfiyyətcə artımından danışmış,
ictimai-siyasi məsələlərə toxunmuşdu. Azərbaycan Xalq Komissarları Sovetinin sədri D.Bünyadzadə məruzə etmiş, kəndin sosialistcəsinə yeniləşməsində, kolxoz quruculuğunda, kütləvi savadsızlığın ləğvində kənd müəllimlərinin əvəzolunmaz rolundan danışmış, mədəniyyət cəbhəsində, maarif sahəsində uğurlardan fakt və rəqəmlər əsasında söhbət açmışdır. |
Təhsil Nazirliyində interaktiv lövhənin təqdimatı oldu Avqustun 20-də Təhsil Nazirliyində
Türkiyənin "Bekdata texnoloji" və Azərbaycanın
"Loqos M" şirkətləri tərəfindən
təhsil müəssisələrində istifadə üçün
nəzərdə tutulmuş interaktiv lövhənin
təqdimatı keçirildi. Tədbirdə
təhsil naziri Misir Mərdanov, nazir müavini İsgəndər
İsgəndərov, nazirliyin şöbə müdirləri, Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin
rəhbər işçiləri və nazirliyin tabeliyindəki
lisey və gimnaziyaların direktorları iştirak
edirdilər. Təqdimat mərasimini giriş sözü
ilə açan təhsil naziri Misir Mərdanov öncə dövlət
başçısının 19 avqust 2008-ci il tarixli
sərəncamları ilə mükafatlandırılmış
"Ən yaxşı ümumtəhsil məktəbi"
və "Ən yaxşı müəllim" müsabiqələrinin
qaliblərini təbrik etdi, hər iki sərəncamı
ölkə Prezidentinin təhsilə və təhsil işçilərinə
göstərdiyi diqqət və qayğının parlaq nümunəsi
kimi dəyərləndirdi. |
"Arzumuz müəssisəmizi ölkənin 50 ən yaxşı məktəbi sırasında görmək idi" ölkəmizdə təhsilin daha da inkişaf
etdirilməsi üçün Prezident İlham Əliyevin 4 sentyabr
2007-ci il tarixli sərəncamına əsasən,
respublikada ilk dəfə olaraq "Ən yaxşı ümumtəhsil
məktəbi" və "Ən yaxşı müəllim"
müsabiqələri keçirilmişdir. Müsabiqə qabaqcıl
məktəblərin üzə çıxarılmasında, işinin
öhdəsindən layiqincə gələn savadlı müəllimlərin
tanınmasında mühüm rol oynamış, məktəb
rəhbərləri və pedaqoji kadrları daha yaxşı
işləməyə sövq etmişdir. Uğurlarımız kifayət qədərdir. Yeri gəlmişkən qeyd edim ki, məktəbimiz 1998-ci və 2003-cü illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi "İlin ən yaxşı məktəbi" müsabiqələrində iştirak etmiş və qalib gəlmişdir. 2003-cü ildə isə məktəb rəhbəri kimi "İlin ən yaxşı məktəb direktoru" müsabiqəsinin qalibi olmuşam. |
"Əldə
etdiyim uğura görə valideynlərimə və müəllimlərimə
minnətdaram" Aldığımız
məlumata görə, Bakıdakı 70 nömrəli pilot
məktəb-liseyin builki məzunlarından biri ali
məktəbə qəbul imtahanlarında ən yüksək
nəticə göstərərək 700 bal toplamışdır.
Bunu öyrənmək üçün telefon vasitəsilə
məktəbin direktoru Nazim Qasımovla əlaqə saxladıq.
Məlumatı təsdiqləyən Nazim müəllim
məktəb-liseyin nailiyyətlərindən qısaca
bəhs edərək dedi: - 2007-2008-ci tədris ilində məktəbi 170 gənc bitirib. Onlardan 159-u ali məktəblərə qəbul olmaq üçün sənəd vermişdi. |
Uşaqların rahatlığı üçün normal şərait yaradılıb Havaların isti keçməsinə baxmayaraq,
Bakının 6 nömrəli körpələr evi-uşaq bağçasında
körpələrin rahatlığı, tərbiyəçilərin
isə yaxşı işləməsi üçün normal şərait
yaradılıb. 6 nömrəli körpələr evi-uşaq bağçasının
müdiri Səadət Məmmədova bildirdi ki,
bu gün bağçada yaşyarımdan 6 yaşadək 4
qrup üzrə 70 nəfər uşaq tərbiyə alır.
Onlarla 8 tərbiyəçi məşğul olur. Burada uşaqlar
arasında didaktik oyunlar, müxtəlif yarışlar və
test üsulu ilə təşkil
olunmuş məşğələlər keçirilir.
Şəhərin ayrı-ayrı yerlərinə
ekskursiyalar da maraqlı olur. Bağçada yeni dərs ilinə hazırlıqla bağlı təmir işləri gedir. Məşğələ otaqları, o cümlədən qapılar, pəncərələr rənglənmiş, səliqə-sahman işləri aparılmışdır. Bu işdə tərbiyəçilərdən Məhsəti Həsənova, Fərqanə Ələkbərova və Raidə Bağırovanın zəhməti daha çox olmuşdur. |
Naxçıvan Dövlət Universitetində 2008-ci ilin birinci yarısının yekunlarına dair yığıncaq keçirilib Naxçıvan Dövlət Universitetinin
Konservatoriyasının akt zalında 2008-ci ilin altı ayı
ərzində Naxçıvan Muxtar Respublikasının
sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş yığıncaq keçirilmişdir. Yığıncağı Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli açaraq qeyd etmişdir ki, ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin "İnkişaf və tərəqqi ili" elan etdiyi 2008-ci ilin altı ayında muxtar respublikada quruculuq sahəsində xeyli işlər görülmüş, işsizlik azaldılmış, yeni-yeni iş yerləri açılmış, sənaye inkişaf etmiş, yeni səhiyyə ocaqları tikilmiş, müasir avadanlıqlarla təchiz olunaraq əhalinin istifadəsinə verilmişdir. |