|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Xaricdə təhsil Texniki
peşə təhsili islahatlarında prioritet
istiqamətlər: Rumıniya və Bolqarıstan təcrübəsi (Əvvəli
qəzetin
24-cü sayında)
Orta təhsilin yuxarı pilləsi
səviyyəsində texniki peşə təhsili və
təlimi almaq üçün qəbula xüsusi tələblər
ancaq ardıcıl təhsil dövrü seçildiyi halda tətbiq
olunur. 2 və ya 3-cü dərəcə texniki peşə
təhsili və təlimi proqramlarına daxil olmaq ancaq
əvvəlki təhsil səviyyəsinin bitirilməsi haqqında
şəhadətnamə olduğu halda mümkündür. Ali
təhsil almaq üçün daxil olmaq bakalavr diplomunun olmasından
və konkret universitet rəhbərliyinin qərarından
asılıdır. Şagirdlər təhsil dövrlərini
və ya təlim proqramını mobilliyi təmin edən
xüsusi metodologiyaya uyğun olaraq dəyişə
bilərlər. Bu proses əvvəllər təhsil almağı
təsdiq edən sənədlər və müvəffəqiyyəti
əks etdirən qiymətlərin köçürülməsi sistemi
əsasında aparılır. Tədris müəssisələri
səviyyəsində təşkil olunmuş peşəyönümü
və məsləhət sistemi şagirdlərə
hələ texniki peşə təhsili tədris müəssisələrinə
daxil olanadək təlim dövrünün və proqramlarının
seçimində kömək edir. Texniki peşə təhsili
və təlimi sistemindəki bütün təlim proqramlarına
peşəyönümü və məsləhət əsas
tələblərdən biri kimi daxildir. Lakin xidmətin
həcmi konsultantların çatışmaması ilə
əlaqədar hələ məhduddur. Rumıniyada 1990-2000-ci illərdə
texniki peşə təhsili və təlimi müəssisələrində
şagird kontingenti azalmış, 2000-2005-ci illərdə
isə artım müşahidə olunmuşdur. 2005-2006-cı
tədris ilində yenidən orta təhsilin yuxarı
pilləsində şagird kontingentinin ümumi sayının
azalması müşahidə edilmişdir ki, bu da miqrasiyanın
səviyyəsi ilə izah olunur. Son illər ümumi və
texniki peşə təhsili sistemində təhsil alan
şagirdlərin faiz nisbəti kifayət qədər
stabil olub. 2000-2001-ci tədris ilində şagirdlərin
demək olar ki, 64 faizi peşə təhsilini 3-cü
dərəcə proqramı üzrə öyrənmişlər. Ərazisinə, əhalisinin sayına
və inkişaf xüsusiyyətlərinə görə
Azərbaycana daha yaxın olan Bolqarıstanda da texniki peşə
təhsilinin inkişafına böyük önəm verilir. Peşə təhsili və hazırlığının
bolqar sistemi mürəkkəb quruluşa malik olub
özündə bir neçə müxtəlif tipli tədris müəssisələrini
birləşdirir. Peşə təhsili 3 kateqoriya, 7 tip peşə
məktəbləri və kolleclərində verilir. Birinci kateqoriyaya peşə
məktəbləri daxildir. Bu müəssisələr peşə
təhsilinə tez başlayan şagirdlər üçündür.
Belə ki, şagird peşə məktəbinə
hələ icbari təhsili başa çatdırmamış
(Bolqarıstanda icbari təhsil 8 illikdir), yəni 7-ci
sinifdən sonra daxil ola bilər. Bu müəssisələrdə
peşə təhsili və hazırlığı proqramının
müvəffəqiyyətlə mənimsənilməsi tam
olmayan peşə ixtisası (I dərəcə ixtisası)
almağa və standart əməliyyatlar və təkrar
olunan tapşırıqlar yerinə yetirməyi
nəzərdə tutan müəyyən ixtisaslar üzrə
vərdişlər əldə etməyə imkan verir. İkinci kateqoriyaya orta peşə
təhsili müəssisələri daxildir. Bu müəssisələr
ayrıca ixtisaslar üzrə xüsusi peşə təhsili
proqramları əsasında hazırlığı
həyata keçirir. Onların bəzilərində əl
əməyi (ikinci ixtisas dərəcəsi) peşə
və ixtisaslarının təlimi həyata keçirilir. Bu müəssisələrdə
şagirdlərə daha mürəkkəb əməliyyatların
yerinə yetirilməsini nəzərdə tutan vərdişlər
aşılanır. Bu kateqoriyanın başqa tip
məktəblərində ixtisaslı peşələrin
(üçüncü ixtisas dərəcəsi) təlimi həyata keçirilir.
Bu peşələr üzrə verilən vərdişlər
mürəkkəb əməliyyatları yerinə
yetirməyə imkan yaratdığı kimi, digər
adamların işi üçün məsuliyyəti də
nəzərdə tutur. üçüncü kateqoriyaya peşə kollecləri
daxildir. Bu kolleclərdə təlim Peşə Təhsili
və Hazırlığı Müəssisələrinin
Qiymətləndirilməsi və Akkreditasiyası Milli
Agentliyi tərəfindən təsdiq olunmuş,
ixtisaslaşdırılmış proqramlar üzrə yüksək
ixtisas verilməklə həyata keçirilir. Bu, peşə
təhsilində dördüncü dərəcə adlanır. Onlar
orta pillə rəhbərlərinin funksiyalarını
yerinə yetirməyə qabil ixtisaslı kadrlar hazırlayırlar.
Belə kadrlarda müəyyən ixtisas üzrə mürəkkəb
əməliyyatları yerinə yetirmək, başqa adamların
işi üçün məsuliyyət daşımaq, lazım
gəldikdə resursları bölüşdürmək üçün
nəzərdə tutulan vərdişlər aşılanır. Təhsil və Elm Nazirliyi
tərəfindən Peşə Təhsili və Hazırlığı
Müəssisələrinin Qiymətləndirilməsi və
Akkreditasiyası Milli Agentliyin dəstəyi ilə peşə
təhsili və hazırlığı sistemi çərçivəsində öyrədilən
264 ixtisasın siyahısı müəyyənləşdirilmişdir. Peşə məktəbləri
bir-birlərindən təklif edilən təhsilin
keyfiyyəti və onun əmək bazarının
tələblərinə müvafiqliyi nöqteyi-nəzərindən
fərqlənirlər. Onların bəziləri ölkənin
elit məktəbləri sırasına daxildirlər,
digərləri isə hətta orta təhsil haqqında
attestat belə vermirlər. Bolqarıstanın peşə təhsili
və hazırlığı sistemində şagirdlər
hələ məcburi (icbari) təhsilin sonunadək, başqa
sözlə VII pillədə peşə məktəbləri
və müəyyən peşə sahələri üzrə bölüşdürülürlər.
Belə erkən ixtisaslaşma ilə əlaqədar olaraq,
peşə təhsili və hazırlığı
sisteminin məzunları üçün, əgər onlar iş tapmırlarsa,
peşə yönümlərini dəyişmək, zəif ümumi
hazırlıq səbəbindən ümumi təhsil almış
həmyaşıdlarından çətin olur. Bundan başqa,
ali təhsilə yol tapmaqda onlar tez-tez çətinliklərlə
qarşılaşır və fasiləsiz təhsil üçün
daha az imkanlara malikdirlər. Avropa Şurası və ATƏT
ölkələrində peşə təhsili və hazırlığı
sistemində ixtisaslaşma, bir qayda olaraq, ancaq icbari ümumi
təhsil başa çatandan sonra, təxminən 16 yaşdan
baş verir. ATƏT-in bir çox ölkələrində,
habelə orta təhsilin yuxarı pillələri üzərində
(bazasında) təlimin çevik mexanizmlərinin tətbiqi
üçün imkanlar öyrənilir, çünki bu, bütün orta
məktəblərdə müvafiq peşə vərdişlərinin
əldə olunmasının şagirdlərin müxtəlif
kontingentinin tələbatlarını və işin
xarakterinin dəyişməsini nəzərə almaqla
tətbiqinə imkan verir. Bu, həm də Boloniya prosesinin
əsas vəzifələrindən biridir. Buna nail olmaq
üçün, adətən, peşə təhsili proqramlarının
sayının ixtisaslaşmanın təyinini genişləndirmək
hesabına ixtisar edilməsi, ümumtəhsil
məktəbləri ilə orta texniki peşə
təhsili müəssisələrinin arasında
əlaqələrin yaradılması, məktəb
təhsilini praktik peşə təlimi ilə uyğunlaşdıran
sistemin işlənib hazırlanması, orta peşə
təhsili ilə ali təhsil arasında
əlaqələrin inkişafı tələb olunur. Faktlar göstərir ki, Bolqarıstanda peşə
təhsili və hazırlığı sistemində şagirdlərin
60 faizi 1, 2, 3-cü dərəcə ixtisaslaşma almağa
imkan verən texniki peşə təhsili proqramları üzrə
təhsil alırlar. Şagirdlərin peşə
təhsili və hazırlığı proqramlarının
tipləri və səviyyələri üzrə yerləşdirilməsinin
mövcud vəziyyətinə əsasən demək olar ki, ölkədəki
peşə təhsili və hazırlığı sistemi
tikinti sahəsi və ağır sənaye üçün
fəhlə kadrları hazırlığına yönəlmiş
əvvəlki köhnə sistemin stilini saxlayır. Orta peşə təhsili müəssisələrinin
şagird yığımı son illər azalıb. Faktlar
göstərir ki, 2001-ci ildən şagird yığımı
artmağa başlamış və 2003-cü ildə maksimum
həddə çatmışdır. Sonra yenidən azalma getmişdir.
2005-ci ildə əvvəlki maksimuma nisbətən şagirdlərin
sayı 5 faiz azalmışdır. ümumiyyətlə, 5 il
ərzində (2001-2005-ci illər) şagird yığımı
stabil olaraq 16 faiz ixtisar olunmuşdur. Bundan başqa, qız
şagirdlərin sayının oğlanların sayını
üstələdiyi ümumi orta təhsil sistemindən fərqli
olaraq peşə təhsili sistemində əks situasiya müşahidə
olunur: qız şagirdlərin sayı şagirdlərin ümumi
sayının 40 faizindən azını təşkil edir. Bolqarıstanda peşə təhsili və
hazırlığı sisteminin idarə olunması və
təhsilin keyfiyyətinin təmin edilməsini bir neçə
dövlət və xüsusi təşkilatlar həyata keçirir: - Təhsil və Elm Nazirliyi peşə
təhsili və hazırlığı sahəsində dövlət
siyasətinin idarə olunması və reallaşdırılmasına
nəzarəti həyata keçirir. Nazirlik peşə
təhsili və hazırlığı proqramlarının
dövlət və xüsusi orta texniki peşə
məktəbləri, incəsənət
məktəbləri və peşə kollecləri sistemi
çərçivəsində həyata keçirilməsini
tənzimləyir və ona nəzarət edir, dövlət peşə
standartlarını, peşə təhsili və hazırlığı
ixtisaslarının siyahısını və peşə
təhsili və hazırlığı müəssisələri
məzunlarının hazırlanması proqramlarını
təsdiq edir. - Əmək və Sosial Siyasət Nazirliyi
işçi qüvvəsinin peşə ixtisaslaşması
sahəsində dövlət siyasətinin işlənib hazırlanmasını,
koordinasiyasını və reallaşdırılmasını
həyata keçirir. Nazirlik habelə illik məşğulluğun
təminatı, milli planın işlənib hazırlanmasını,
əmək bazarının təhlili əsasında
peşə kadrları hazırlığına
tələbatları müəyyənləşdirməyə
cavabdehlik daşıyır. Bununla yanaşı, Təhsil
və Elm Nazirliyi ilə birlikdə ixtisasların milli
klassifikasiyasının tətbiqində iştirak edir. - Əmək və Sosial Siyasət
Nazirliyinə tabe olan Məşğulluq Milli Agentliyi
məşğulluğa yardım dövlət siyasətinin
həyata keçirilməsinə, əmək bazarının müdafiəsinə
cavabdehdir, informasiya və konsultasiya məşğulların
və işsizlərin peşə və motivasiya hazırlığı
sahəsində, eləcə də işədüzəltmə
ilə bağlı vasitəçilik xidmətləri
təklif edir. - Nazirlər Sovetinin nəzdində xüsusi
orqan olan Peşə Təhsili və Hazırlığı
Müəssisələrinin Qiymətləndirilməsi və
Akkreditasiyası Milli Agentliyinin üzərinə peşə
təhsili və hazırlığı müəssisələrinin
lisenziyalaşdırılması və fəaliyyətinin
koordinasiyası funksiyası qoyulmuşdur. Agentlik peşə
təhsili və hazırlığı sistemində
təhsilə verilən milli tələbləri,
peşə təhsili və hazırlığı
ixtisaslarının siyahısını işləyib hazırlayır
və peşə təhsili və hazırlığı
lisenziyalaşdırılmış mərkəzlərinin
təhsil xidmətləri göstərmələrinə
nəzarət edir, onları tənzimləyir. Bununla yanaşı, ayrı-ayrı
nazirliklər və idarələr də
(məsələn, Mədəniyyət Nazirliyi
incəsənət təmayüllü peşə təhsili
və hazırlığı müəssisələrinin
proqramlarının hazırlanmasında) həmin
proseslərdə bu və ya digər şəkildə iştirak
edirlər. Müxtəlif işəgötürənlər
birlikləri də Bolqarıstanda peşə təhsili
və hazırlığı sistemində peşə
ixtisası vermək üçün təhsilə verilən milli
tələblərin işlənib hazırlanması,
koordinasiyası və saxlanmasında iştirak edir. Onların
Qiymətləndirmə və Akkreditasiya Milli
Agentliyində, ekspert komissiyalarında nümayəndələri
olur, müvafiq peşə ixtisaslaşması verilməsi
üçün keçirilən imtahanlarda iştirak edirlər. Bolqarıstanda peşə təhsili və
hazırlığı sisteminə böyük vəsait sərf
olunur. ümumi və orta peşə təhsili müəssisələrində
hər şagirdə sərf olunan dövlət vəsaitinin
həcminin müqayisəsi göstərir ki, 2001-2005-ci
illərdə orta peşə təhsili sistemində bir
şagirdə çəkilmiş xərcin həcmi ümumi
təhsil sistemindəki müvafiq xərclərdən 20 faiz
çox olmuşdur. Bu peşə təhsili müəssisələrində
müəllim-şagird nisbətinin daha aşağı olması,
bu tip müəssisələrin texniki təchizatının
və avadanlıqlarının modernləşdirilməsinin
daha çox xərc aparması ilə izah edilir. Göründüyü kimi, təcrübəsinə müraciət
etdiyimiz hər iki ölkədə maraqlı
cəhətlər çoxdur və ölkəmizdə texniki peşə
təhsili sahəsində aparılan islahatlarda onlardan
faydalanmaq olar. Kamil AĞAMALIYEV, Təhsil Nazirliyi Texniki peşə təhsili şöbəsinin baş məsləhətçisi |