· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Respublika peşə təhsili işçilərinin sentyabr konfransının keçirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin 3 iyul 2007-ci il 2282 nömrəli sərəncamına əsasən "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nın icrası, peşə təhsili sistemi qarşısında duran mühüm vəzifələrin və peşə məktəbi və peşə liseylərində bazar iqtisadiyyatının tələblərinə uyğun kadr hazırlığının vəziyyəti, onun yaxşılaşdırılması istiqamətində görülən işlərin müzakirəsini təmin etmək məqsədilə

ƏMR EDİRƏM:

1. 2008-ci ilin sentyabr ayının 8-də Bakı şəhərində peşə təhsili müəssisələri rəhbərlərinin konfransı keçirilsin.

Konfransda aşağıdakı məsələlər müzakirə edilsin:

1.1.Azərbaycan Respublikası Prezidentinin 3 iyul 2007-ci il tarixli, 2282 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nın həyata keçirilməsi üzrə tədbirlər planının həyata keçirilməsi, peşə məktəbi və peşə liseylərində bazar iqtisadiyyatının tələblərinə uyğun  kadr hazırlığının vəziyyəti, onun yaxşılaşdırılması sahəsində qarşıda duran vəzifələr.

2. Sentyabr konfransının tövsiyələrini mühəndis-pedaqoji işçilərə çatdırmaq və onları yeni normativ sənədlərlə tanış etmək məqsədilə sentyabr ayının 9-10-da Bakı və Gəncə şəhərlərində, Xaçmaz, Salyan, Qax və Göyçay rayonlarında təlimati-metodik yığıncaqlar keçirilsin.

3. Naxçıvan MR-də fəaliyyət göstərən peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji işçiləri öz rayonlarında keçirilən təhsil işçilərinin konfranslarında iştirak etsinlər.

4. Texniki peşə təhsili şöbəsi (N.Məmmədov) və Təhsil Problemləri İnstitutu (A.Mehrabov) peşə təhsili müəssisələri rəhbərlərinin sentyabr konfransının və mühəndis-pedaqoji işçilərin bölgələr üzrə təlimati-metodik yığıncaqların mütəşəkkil və yüksək səviyyədə keçirilməsini təmin etsinlər.

5. İqtisadiyyat şöbəsi (H.Zeynalov) konfransın keçirilməsi üçün ehtiyac olan maliyyə vəsaitinin ayrılmasını təmin etsin.

6. Peşə məktəbi və peşə liseylərinin direktorlarına tapşırılsın ki, pedaqoji şurada sentyabr konfransının qarşıya qoyduğu vəzifələri müzakirə etsinlər.

7. İctimaiyyətlə əlaqə şöbəsinin müdiri (B.Hüseynzadə) "Azərbaycan müəllimi" qəzetində və "Sənətkar" jurnalının redaktoru (Ş.Balakişiyev) əmrin jurnalda dərc edilməsini təmin etsinlər.

8. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə edilsin.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

19 avqust 2008-ci il

 

 

 

 

Fəaliyyət planının təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın təsdiq olunması barədə 10 iyun 2008-ci il tarixli sərəncamının elan edilməsi ilə bağlı Təhsil Nazirliyinin 4 iyul 2008-ci il tarixli, 863 nömrəli əmrinin 2-ci bəndinə uyğun olaraq

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il  tarixli sərəncamı ilə  təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrası üzrə Təhsil Nazirliyinin Fəaliyyət Planı təsdiq edilsin.

2. Fəaliyyət Planında bilavasitə icraçı qurumlar kimi qeyd olunmuş nazirliyin aidiyyəti idarə və şöbələri nəzərdə tutulmuş tədbirlərin vaxtında yerinə yetirilməsi ilə əlaqədar tələb olunan təşkilati işlərin yüksək səviyyədə həyata keçirilməsini təmin etsinlər.

3. Fəaliyyət Planının icrası üzrə idarə və şöbələrin işinin əlaqələndirilməsi, görülən işlərin gedişi vəziyyəti haqqında hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi S.Məmmədova tapşırılsın.

4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində, nazirliyin "Təhsil xəbərləri" məcmuəsində və İnternet saytında dərc olunmasını təmin etsin.

5. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

19 avqust 2008-ci il