|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Mariya
Stadnik Azərbaycana beşinci olimpiya medalını qazandırdı
Pekin olimpiadasının 8-ci günü, avqustun
16-da Azərbaycanın idman azarkeşləri növbəti
medalı güləşçi Mariya Stadnikdən (48 kiloqram) gözləyirdilər
və onların bu ümidi doğruldu. Sonda olimpiya çempionu
olmuş kanadalı Kerol Xinxə məğlub olan idmançımız
sonrakı görüşlərdə dalbadal qələbə
qazanaraq bürünc medalın sahibi oldu. AzərTAc
Dərsliklər məktəblərə çatdırılır ümumtəhsil məktəblərinə dair
dərsliklərin nəşri ilə əlaqədar
Təhsil Nazirliyindən aldığımız
məlumatda bildirilir ki, 2008-2009-cu dərs ili üçün
dərsliklərin hazırlanması işi müvəffəqiyyətlə
davam edir. I siniflərə aid Milli Kurrikulum əsasında
hazırlanmış dərslik komplektlərinin bir
hissəsinin çapı bu günlərdə başa çatmaq üzrədir.
Digər qismi isə dərs ilinin
başlanmasına qədər hazır olacaqdır. III-XI sinif dərsliklərinin çapı da artıq
başa çatmış, çap olunmuş bu dərsliklərin böyük
hissəsi rayon və şəhər təhsil şöbələrinə
göndərilmişdir. Hazırda dərsliklər yerlərdə
cavabdeh şəxslərin rəhbərliyi altında
məktəblərə paylanır. Şakir CƏFƏROV
Bu il Bakıda 29 məktəb üçün yeni tədris korpusu tikiləcək Bakı Şəhəri üzrə Təhsil
İdarəsindən aldığımız məlumata görə,
2008-2009-cu dərs ilində bu quruma tabe olan 29
məktəbdə yeni tədris korpusu tikiləcək.
12200 şagird yerlik yeni tədris korpuslarında bütövlükdə
603 sinif otağı olacaq. Paytaxtın iri və şagird sıxlığı
çox olan bir sıra tədris müəssisələri (299, 60,
271, 272, 159, 292, 46, 106 nömrəli məktəblər və
b.) əlavə sinif otaqlarına daha çox ehtiyac hiss
etdiklərindən onlar üçün nisbətən böyük -
hər biri 600-800 şagird yerlik tədris korpuslarının
inşası nəzərdə tutulub. Paytaxtın 11
rayonunu əhatə edən 38 məktəbdə isə
əsaslı təmir işləri aparılacaqdır.
Bundan başqa, il ərzində 19
məktəbəqədər tərbiyə müəssisəsinin
də əsaslı təmir olunması planlaşdırılıb. Hazırda təhsil müəssisələrində
tikinti və təmir işləri sürətlə davam
etdirilir. Onların əksəriyyəti yeni dərs ili başlayanadək
şagird və müəllimlərin istifadəsinə
veriləcək. Sumqayıtın 10 təhsil müəssisəsində tikinti və təmir işləri aparılır Hazırda Sumqayıt şəhərinin 10
təhsil müəssisəsində tikinti və təmir işləri
aparılır. Şəhər 19 nömrəli orta
məktəb üçün 600, 5 nömrəli orta məktəb üçün
400, humanitar, təbiət və riyaziyyat təmayüllü
"İstedad" liseyi və 9 nömrəli orta
məktəbin hər biri üçün 300, əqli və fiziki
cəhətdən qüsurlu uşaqlar üçün internat
məktəbdə 260, 42 nömrəli orta məktəb üçünsə
220 şagird yerlik yeni tədris korpusları inşa olunur.
Şəhər 29, 31 nömrəli orta məktəblərin,
peşə məktəbinin və 44 nömrəli uşaq bağçasının
binaları isə əsaslı təmir olunur. Sözügedən
təhsil müəssisələrindəki bütün tikinti və
təmir işləri dövlət vəsaiti hesabına
həyata keçirilir. Tikinti və təmir işlərinin
sentyabrın 15-dək başa çatdırılması
nəzərdə tutulub. Y.ƏLİYEV
Uşaqların rahatlığı üçün normal şərait yaradılıb Havaların isti keçməsinə baxmayaraq,
Bakının 6 nömrəli körpələr evi-uşaq bağçasında
körpələrin rahatlığı, tərbiyəçilərin
isə yaxşı işləməsi üçün normal şərait
yaradılıb. 6 nömrəli körpələr evi-uşaq bağçasının
müdiri Səadət Məmmədova bildirdi ki,
bu gün bağçada yaşyarımdan 6 yaşadək 4
qrup üzrə 70 nəfər uşaq tərbiyə alır.
Onlarla 8 tərbiyəçi məşğul olur. Burada uşaqlar
arasında didaktik oyunlar, müxtəlif yarışlar və
test üsulu ilə təşkil
olunmuş məşğələlər keçirilir.
Şəhərin ayrı-ayrı yerlərinə
ekskursiyalar da maraqlı olur. Bağçada yeni dərs ilinə hazırlıqla
bağlı təmir işləri gedir. Məşğələ
otaqları, o cümlədən qapılar,
pəncərələr rənglənmiş,
səliqə-sahman işləri aparılmışdır.
Bu işdə tərbiyəçilərdən
Məhsəti Həsənova, Fərqanə Ələkbərova
və Raidə Bağırovanın zəhməti daha çox
olmuşdur. Şakir CƏFƏROV
Gəzintilər uşaqların dünyagörüşünü artırır Bakıdakı 32 nömrəli
məktəbəqədər təhsil
müəssisəsində hər şənbə günü
uşaqların gəzintiyə
çıxarılması ənənə halını
alıb. Ekskursiyalar zamanı tərbiyəçilər Şəfəq
Əhmədova, Fərqanə Səmədova, Gülşən
Abdullayeva, Məlahət Məlikova onlara tariximiz,
təbiətimizin flora və faunası haqqında
ətraflı məlumatlar verirlər. Bu günlərdə bağçanın balaca
sakinləri Milli Parkda,
Şirvanşahlar sarayında, Xalçaçılıq
muzeyində və Zooparkda olmuşlar. Onlar gəzintidən
aldıqları xoş təəssüratlarını
bizimlə bölüşdülər. Uşaqların sevincinin
həddi-hüdudu yox idi. Gəzdikləri yerlər
barədə verdiyimiz suallara balacalar dəqiq cavablar
verdilər. Loqopedlərin əməyi hədər getməyib Paytaxtımızdakı 17 nömrəli nitqi və əqli qüsurlu körpələr-evi uşaq
bağçasında 12 qrup fəaliyyət göstərir. Bağçada fiziki və əqli qüsurlu
diaqnozu ilə daxil olan 128 uşaq
tərbiyə alır. Loqopedlərin səyi
nəticəsində nitqindəki qüsurları aradan qaldırılan
37 uşaq bu il şəhərimizin müxtəlif
məktəblərinə yola salınıb. Onlardan 4
nəfəri yardımçı məktəblərdə, 5
nəfəri liseylərdə, qalanları isə ümumtəhsil
məktəblərində təhsil alacaqlar. S.SƏFƏROVA
|