Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

30 İyul 2010 - ¹29

 

Azərbaycanın Milli Qəhrəmanları

Bookmark and Share

Əliyev İlham Müzəffər oğlu 

1961-ci il mayın 5-də Gədəbəy rayonunda anadan olmuşdu. 1978-ci ildə orta məktəbi bitirmiş, 1980-ci ildə hərbi xidmətə çağırılmışdı. O, 1982-ci ildə ordu sıralarından tərxis olunduqdan sonra Gədəbəy rayonunda müxtəlif sahələrdə çalışmışdı. 1983-cü ildə DİN-nin təyinatı ilə İsmayıllı Rayon Polis Şöbəsinə işə qəbul edilmişdi. Bir az sonra isə Gədəbəy Rayon Polis Şöbəsinin mühafizə bölməsinə dəyişilmişdi. 1985-cı ildə İlham Bryansk Xüsusi Orta Milis Məktəbinə daxil olmuşdu. 1987-ci ildə Gədəbəy rayonunda sahə müvəkkili, Gəncə Şəhər Polis  Şöbəsində sahə müfəttişi, sonra isə cinayət-axtarış bölməsində əməliyyatçı vəzifəsində çalışmışdı. Nümunəvi xidmətə görə " Milis əlaçısı" döş nişanına layiq görülmüşdü. 1990-cı il avqustun 19-da o, torpaqlarımızın erməni işğalçılarından müdafiəsinə göndərilmişdi.

İ.Əliyev Qazax rayonunun Əskipara kəndində gedən döyüşdə qəhrəmancasına həlak olub. "Qırmızı ulduz" ordeninə layiq görülüb.

Ailəli idi. Bir övladı var.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 nömrəli Fərmanı ilə Əliyev İlham Müzəffər oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Gədəbəy rayonunda dəfn olunub. Gədəbəy rayonundakı orta məktəblərdən biri onun adını daşıyır. Məktəbin önündə büstü qoyulub. 

Əliyev İmamverdı Barat oğlu 

1950-ci il oktyabrın 1-də İmişli rayonunun Qulubəyli kəndində anadan olmuşdu. 1969-cu ildə Kürdmahmudlu kənd orta məktəbini bitirdikdən sonra 1970-ci ildə hərbi xidmətə çağırılmışdı. O, 1972-ci ildə ordu sıralarından tərxis olunduqdan  sonra Bakı Şəhər Yasamal Rayon Polis Şöbəsində sürücü-milis nəfəri kimi əmək fəaliyyətinə başlamışdı. 1973-77-ci illərdə Bakı Maliyyə- Kredit Texnikumunda təhsil almış, 1978-ci ildə isə Bakı Xüsusi Milis Məktəbinin kursantı olmuşdu. İmamverdi təhsilini başa çatdırdıqdan sonra DİN-nin göndərişi ilə İmişli Rayon Polis Şöbəsinin mühafizə bölməsində baş inspektor vəzifəsində çalışmışdı. 1991-ci il noyabrın 15-də Hadrut rayonunun Şaqax kəndi uğrunda gedən döyüşdə ermənilərin 4 tankını sıradan çıxaran İ.Əliyev qəhrəmancasına həlak olub.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə Əliyev İmamverdı Barat oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

İmişli rayonunda dəfn olunub. Adına İmişli rayonunda küçə var. Qulubəyli kənd orta məktəbi onun adını daşıyır. İmişli Rayon Polis Şöbəsi yerləşən binanın önündə büstü qoyulub. 

Əliyev Yavər Yaqub oğlu 

1956-cı il iyunun 27-də Bakı şəhərində anadan olmuşdu. 235 nömrəli orta məktəbi bitirdikdən sonra Kremençuq Aviasiya Məktəbinə daxil olmuşdu. Müxtəlif tipli vertolyotların idarə olunmasını dərindən öyrənmiş Yavər əvvəlcə Mİ-2, Mİ-4 vertolyotlarına  pilot,  sonra isə Mİ-8 vertolyotuna ikinci pilot, daha sonra isə komandir təyin edilmişdi.

Y.Əliyev 1992-ci ildə Suşa şəhərinin erməni təcavüzkarlarından müdafiəsi zamanı həlak olmuş döyüşçülərimizin meyitlərinin oradan çıxarılmasında xüsusi səy göstərmişdi. Həmin ilin 14 fevralında MDB hərbi hissələrindən Azərbaycana bir neçə vertolyotun göndərilməsində onun xüsusi xidmətləri olmuşdu. O, dəfələrlə Qarabağa Mİ-24 vertolyotunda uçuşlar edərək ermənilərin mövqelərinə ağır zərbələr endirmişdi.

Y.Əliyev 1992-ci il fevralın 29-da təlim-məşq zamanı vertolyotu qəzaya uğrayaraq həlak olub.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 nömrəli Fərmanı ilə Əliyev Yavər Yaqub oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

 Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Vaxtı ilə təhsil aldığı 235 nömrəli orta məktəb onun adını daşıyır. 

Əliyev Yunis Əsgər oğlu 

1958-ci il oktyabrın 9-da Goranboy rayonunun Qızılhacılı kəndində anadan olmuşdu. 1973-cü ildə həmin kənddə səkkizinci sinfi bitirmiş, sonra təhsilini Dəliməmmədli şəhərindəki 102 nömrəli texniki-peşə məktəbində davam etdirmişdi. Yunis 1976-cı ildə ordu siralarına çağırılmış və hərbi xidmətini Tacikistanda başa çatdırmışdı. 1992-ci ildə Goranboy rayonunda yaradılmış ikinci batalyona üzv yazılmışdı. Erməni quldurlarına qarşı ilk döyüşü Ağdərə bölgəsində olmuşdu. O, 1992-ci il mayın 4-də Goranboy rayonunun Tap-Qaraqoyunlu kəndini mühafizə edən Talış kəndində yerləşən ermənilərin mövqelərini susdurmaq üçün  "Yaltaxıl" adlı əməliyyat planı hazırlamışdı. Həmin əməliyyat uğurla başa çatmışdı. Bir gün sonra ermənilərin qəfil hücumu nəticəsində döyüşçülərimiz əvvəlki mövqelərindən çəkilməli olmuşdular. Elə həmin döyüşdə Yunis erməni gülləsinə tuş gələrək qəhrəmancasına həlak olub. Onun meyiti 43 gündən sonra Talış kəndi azad edildiyi zaman tapılmışdı.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə Əliyev Yunis Əsgər oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Yunis Əliyev 1992-ci il iyunun 16-da doğma Qızılhacılı kəndində dəfn olunub. Qızılhacılı kənd 3 nömrəli uşaq bağçası onun adını daşıyır. Goranboy rayonunda büstü qoyulub. 

Əliyev Yusif Əliyusif oğlu 

1969-cu il dekabrın 2-də Bakının Qobustan qəsəbəsində anadan olmuşdu. Həmin qəsəbədəki 223 nömrəli orta məktəbi bitirmişdi. O, 1988-ci ildə ordu    sıralarına çağırılmış, hərbi xidmətini Sverdlovsk şəhər piyada qoşun hissəsində keçmişdi. 1990-cı ildə ordudan tərxis olunaraq Bakıya qayıtmışdı. Yusifin ilk döyüş yolu 1991-ci ilin fevralında Goranboydan başlamışdı. Həmin ərəfədə ermənilər Buzluq, Mənəşid, Erkəc kəndlərı istiqamətlərindən aramsız hücumlar etmişdilər. Fevralın 24-də Mənəşid kəndinə hücum edən ermənilər döyüşçülərimizin güclü müqavimətinə rast gələrək pərən-pərən düşüblər. Yusif 1991-ci il sentyabrın 14-də düşmən qüvvələri Buzlaq kəndinə hücum edən zaman əsgərlərimizə döyüş sursatı çatdırmaq üçün bütün var qüvvəsini sərf etmişdi. Bu döyüş, təki Vətən yaşasın, - deyən Yusif Əliyevin həyatı bahasına başa gəlmişdi. Doğma Azərbaycanın bu cəsur oğlu elə həmin döyüş zamanı yoldaşlarına silah apararkən qəhrəmancasına həlak olub.

Ailəli idi. Bir övladı var.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 nömrəli Fərmanı ilə Əliyev Yusif  Əliyusif oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Ağsu rayonunun Rəhimli kəndində dəfn olunub. Qobustan qəsəbəsindəki 195 nömrəli orta məktəb onun adını daşıyır. Məktəbdə büstü qoyulub. 

Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya Mərkəzinin
materialları əsasında hazırladı:
Ədalət DAŞDƏMİRLİ

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

30 İyul 2010 - ¹29

Bu il Goranboyda 4 yeni məktəb binası tikilir
 
Fransalı professor Azərbaycan dilinin tədrisindən danışıb
 
Ayrı-ayrı fənlərin məzmun standartlarının təkmilləşdirilməsi üzrə iş aparılır
 
ARDNŞ-ın təqaüd proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrlə görüş olmuşdur
 
Dünyanın ən tanınmış universitetlərində yüzlərlə azərbaycanlı gənc təhsil alır
 
İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində qazanılan nailiyyətlər müzakirə olundu
 
Ali təhsildə yeni maliyyələşmə mexanizmi tətbiq olunur
 
Səfir Çexiya universitetlərinin BDU ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib
 
Almaniyalı şagirdlər internat-məktəbə "Brayl" çap aparatı hədiyyə etmişlər
 
"Yol hərəkəti qaydalarını öyrənirik"
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Onun təhsil almasında Süleyman Rüstəmin böyük rolu olub
 
Əlli beş yetirməsi 23 nömrəli bağçaya "əlvida" dedi
 
"Şərq bülbülü"
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov