İyulun 27-də Almaniyanın Valkenburq
bələdiyyəsinin Heiliq Hart Sibbe orta məktəbinin
10 şagirdi gözdən əlil uşaqlar üçün respublika
orta internat-məktəbində olmuşlar.
Almaniyalı şagirdlərin ölkəmizə səfəri
Hollandiyada fəaliyyət göstərən "Vahid, Bölünməz
və Demokratik Azərbaycan Uğrunda Birlik"
cəmiyyətinin təşəbbüsü ilə baş tutmuşdur.
Cəmiyyətin sədri, Hollandiyada yaşayan
soydaşımız İradə Uluxanlı bildirmişdir ki,
səfərin təşkilində məqsəd ölkəmizin tarixi,
mədəniyyəti ilə yaxından tanış olmaqdır.
Görüşdə internat-məktəbin direktoru N.
Hüseynquliyev xüsusi qayğıya ehtiyacı olan
uşaqların təhsili ilə bağlı dövlətimizin gördüyü
işlərdən danışmışdır. Qeyd edilmişdir ki, Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevanın birbaşa təşəbbüsü ilə təhsil ocağı
yüksək səviyyədə təmir olunaraq, bütün zəruri
avadanlıqla təchiz edilmişdir.
Sonra qonaqlar məktəbin kompüter mərkəzi, sinif
otaqları və fənn kabinetləri ilə yaxından tanış
olmuşlar.
Sonda almaniyalı şagirdlər tərəfindən məktəbə
4200 avro dəyərində xaricdə istehsal olunmuş
"Brayl" çap aparatı hədiyyə edilmişdir.
Şakir CƏFƏROV |