Ali təhsil müəssisələrinin mövcud maliyyələşmə
sistemində köklü islahat aparılmadan keyfiyyətli
mütəxəssis hazırlığına nail olmaq mümkün deyil.
Bu vaxta qədər maliyyələşmə və budcə
vəsaitlərinin ali məktəblər arasında
bölüşdürülməsi mexanizmi aşağıdakı səbəblərə
görə təhsil xidmətlərinin səmərəliliyini
yüksəltmək imkanlarını məhdudlaşdırırdı:
- mütəxəssis hazırlığına dövlət sifarişinin
olmaması;
- ali təhsil müəssisəsinin büdcəsinin bir
tələbəyə (adambaşına) düşən xərclər
müəyyənləşdirilmədən formalaşması;
- ali məktəbin illik büdcəsinin əvvəlki illərin
xərcləri nəzərə alınmaqla onların təqdim
etdikləri xərclər smetasının proqnozu əsasında
müəyyənləşdirilməsi;
- ali məktəbin büdcəsinin mənbəyindən asılı
olmayaraq vahid büdcə təsnifatına uyğun,
təxminən, 40 xərc maddəsi üzrə
müəyyənləşdirilməsi və xərclənməsi;
- ali məktəbin xərc maddələri arasında
yerdəyişməni müstəqil həyata keçirmək
səlahiyyətinə malik olmaması, ilin sonunda isə
xərc maddələri üzrə əldə olunmuş qənaət
məbləğlərinin növbəti ilə keçirilməməsi və
dövlət büdcəsinə silinməsi.
İndiyədək mövcud olan maliyyələşmə mexanizmindən
fərqli olaraq adambaşına maliyyələşmə dövlət
sifarişinə uyğun ali məktəblər üçün büdcə
vəsaitlərinin vahid metodika üzrə
müəyyənləşdirilməsini nəzərdə tutur.
Xarici ölkələrin təcrübəsində ali təhsilin
maliyyələşdirilməsi, əsasən, 3 yanaşma ilə
həyata keçirilir:
1. İnkişaf etməkdə olan ölkələrin əksəriyyətində
maliyyələşmə ali təhsil müəssisələrinin
təklifləri əsasında həyata keçirilir. Belə
maliyyələşmə mexanizmi ali məktəbin
fəaliyyətinin nəticələrindən asılı olmur və
əsasən də əvvəlki illərin xərcləri nəzərə
alınmaqla müəyyənləşdirilir.
2. Nəticələr üzrə maliyyələşmə. Bu halda büdcə
vəsaitlərinin ayrılması sistemi müəyyən
nəticələrin əldə olunmasına, yəni buraxılan
məzunların sayına əsasən müəyyənləşdirilir.
Gözlənilən nəticələr əldə edilmədiyi halda
istifadə olunmayan vəsaitlər ali məktəbin
büdcəsindən silinir.
3. Bəzi ölkələrdə (Kanada, Böyük Britaniya,
Fransa, Yaponiya, İsveç, Norveç və s.) ali
məktəblərin maliyyələşdirilməsi bir tələbəyə
düşən xərci müəyyənləşdirilməklə həyata
keçirilir. Həmin üsulla maliyyələşmə zamanı
ixtisasların xüsusiyyətləri nəzərə alınır. Bütün
bunlar hökumət tərəfindən ixtisaslar üzrə
adambaşına düşən müvafiq təhsil haqqının
müəyyənləşdirilməsini tələb edir.
Belə bir mexanizmin tətbiqi ali təhsildə
keyfiyyətin təmin olunmasına, ali təhsil
müəssisələri arasında rəqabətin yaradılmasına,
ayrılan vəsaitin tam səmərəli və məqsədli
istifadəsinə, vəsaitlərin ayrılması prosesində
subyektivliyə yol verilməməsinə, tələbələr üçün
stimul yaratmağa xidmət edir.
Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev cənablarının "Ali təhsil
müəssisələrində yeni maliyyələşmə mexanizminin
tətbiq edilməsi barədə" 10 fevral 2010-cu il
tarixli Fərmanında məhz belə maliyyələşmə
mexanizminin yaradılması və tətbiqi nəzərdə
tutulmuşdur.
Fərmanda 2010-2011-ci tədris ilindən başlayaraq
Azərbaycan Respublikası ərazisində fəaliyyət
göstərən ali təhsil müəssisələrində dövlət
büdcəsinin vəsaiti hesabına maliyyələşmənin
dövlət sifarişi əsasında həyata keçirilməsi,
mülkiyyət formasından asılı olmayaraq
qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün
ali təhsil müəssisələrinin dövlət sifarişinin
yerinə yetirilməsində iştirakının təmin
edilməsi, dövlət büdcəsinin vəsaiti hesabına
dövlət sifarişinin adambaşına maliyyələşmə
prinsipi əsasında həyata keçirilməsi, ali təhsil
müəssisələrinə qəbul imtahanlarının nəticəsinə
görə dövlət sifarişi ilə təhsil almaq hüququnu
qazanmış abituriyentlərə mülkiyyət formasından
asılı olmayaraq təhsil alacaqları ali təhsil
müəssisəsinin seçimində sərbəstliyin verilməsi
məsələləri öz əksini tapmışdır. Bununla bağlı
müvafiq təkliflərin və normativ sənədlərin
hazırlanması Nazirlər Kabinetinə və aidiyyəti
qurumlara tapşırılmışdır.
Həmin fərmanın icrası ilə bağlı aidiyyəti
nazirlik və komitələrin təklifləri nəzərə
alınmaqla Nazirlər Kabinetinin 6 may 2010-cu il
tarixli 132 S nömrəli sərəncamları ilə ölkədə
ilk dəfə olaraq bakalavr və magistr
səviyyələrinə dövlət sifarişi ilə tələbə qəbulu
proqnozu aşağıdakı yeni forma üzrə təsdiq
olunmuşdur. Nümunə üçün onun bir hissəsini
oxucuların diqqətinə çatdırırıq:
2010-2011-ci tədris ili üçün ali təhsil
müəssisələrinin bakalavr səviyyəsinə dövlət
sifarişi üzrə təsdiq olunmuş proqnoz
|
İxtisasın kodu və adı
|
Dövlət sifarişinin sayı
|
Ali təhsil müəssisələrinin
adları |
050101 |
Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi |
320 |
BDU, AzDPU, BSU, ADU, AMİ və fil.,
SDU, GDU, NDU, LDU, Təfəkkür
Univer., Azərbaycan Univer.,
Xəzər Univer. |
050102 |
Dil və ədəbiyyat müəllimliyi (dillər
üzrə) |
48 |
BDU, BSU, ADU, Az.İctimai-Siyasi
Univer. |
050103 |
Xarici dil müəllimliyi (dillər
üzrə) |
420 |
BDU, AzDPU, BSU, ADU, AMİ-nin
Gəncə fil., Şəki fil.,
Mingəçevir fil., GDU, NDU, LDU,
Xəzər Univer., Təfəkkür Univer.,
Azərbaycan Univer. |
050104 |
Fizika müəllimliyi |
142 |
BDU, AzDPU, SDU, GDU, NDU,
Qafqaz Univer. |
050105 |
Riyaziyyat və informatika
müəllimliyi |
205 |
AzDPU, AMİ, AMİ-nin Sumqayıt fil.,
Gəncə fil., Şamaxı fil.,
Zaqatala fil., Mingəçevir fil.,
Ağcabədi fil., Şəki fil., Qazax
fil., Salyan fil., NMİ, GDU, NDU,
LDU, Qafqaz Univer., Azərbaycan
Univer., Xəzər Univer.
|
050106 |
Riyaziyyat müəllimliyi
|
193 |
BDU, AzDPU, SDU, GDU, NDU,
Qafqaz Univer. |
050107 |
Fiziki tərbiyə və
çağırışaqədərki hazırlıq
müəllimliyi (qızlar üçün fiziki
tərbiyə) |
36 |
AzDPU, GDU, NDU |
050108 |
Texnologiya müəllimliyi |
58 |
AzDPU, GDU |
050109 |
Musiqi müəllimliyi |
33 |
ADPU, GDU, NDU |
0501010 |
Biologiya müəllimliyi
|
150 |
BDU, AzDPU, SDU, GDU, NDU, Odlar
Yurdu Univer. |
0501011 |
Kimya müəllimliyi |
106 |
BDU, AzDPU, SDU, GDU, NDU |
|
|
Bununla yanaşı, həmin sərəncamla ali məktəblər
üzrə yeni nümunədə cari tədris ilinə qəbul planı
da təsdiq olunmuşdur.
Nümunə üçün BDU-nun 3 fakültəsi üzrə qəbul
planını təqdim edirik:
Bakı Dövlət Universiteti üzrə 2010-2011-ci
tədris ilinə bakalavr səviyyəsinə tələbə qəbulu
planı. (Numunə).
|
İxtisasın kodu |
Cəmi |
Dövlət sifarişi və ödənişli |
Ödənişli əsaslarla təhsil
alanların illik təhsil haqqı
məbləği*
(manatla) |
Azərbaycan
bölməsi |
Rus bölməsi |
Əyani |
Qiyabi |
Əyani |
Qiyabi |
Əyani |
Qiyabi |
Mexanika-riyaziyyat fakültəsi |
050106 |
Riyaziyyat müəllimliyi |
135 |
85 |
25 |
25 |
0 |
850 |
700 |
050501 |
Riyaziyyat |
75 |
50 |
0 |
25 |
0 |
850 |
|
050502 |
Mexanika |
50 |
25 |
0 |
25 |
0 |
850 |
|
|
|
* Həmin məbləğ ali təhsil müəssisələri
tərəfindən müəyyənləşdirilir.
|
Hüquq
fakültəsi |
050212 |
Hüquqşünaslıq |
375 |
200 |
80 |
70 |
25 |
2100 |
1900 |
Beynəlxalq münasibətlər
fakültəsi |
050213 |
Beynəlxalq münasibətlər |
164 |
82 |
21 |
40 |
21 |
1900 |
1700 |
050401 |
Dünya iqtisadiyyatı |
100 |
38 |
24 |
38 |
0 |
1700 |
1500 |
|
|
Burada ötən illərdəkindən əsas fərqli cəhət
budur ki, ali məktəblərin ayrı-ayrı ixtisaslar
üzrə dövlət sifarişi və ödənişli əsaslarla
tələbə qəbulu planı birgə verilmişdir. Bununla
da tələbələrin dövlət sifarişi ilə sərbəst
ixtisasseçmə imkanları genişləndirilmişdir.
Sərəncamlarda cari ildə dövlət sifarişinin
yerinə yetirilməsində iştirak etmək istəyən ali
təhsil müəssisələrinin adları qeyd olunmuşdur.
Bunlar aşağıdakılardır:
Dövlət ali təhsil müəssisələri:
1. Bakı Dövlət Universiteti
2. Azərbaycan Dövlət Neft Akademiyası
3. Azərbaycan Texniki Universiteti
4. Azərbaycan Memarlıq və İnşaat Universiteti
5. Azərbaycan Dövlət Pedaqoji Universiteti
6. Bakı Slavyan Universiteti
7. Azərbaycan Dövlət İqtisad Universiteti
8. Azərbaycan Dillər Universiteti
9. Bakı Musiqi Akademiyası
10. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universiteti
11. Sumqayıt Dövlət Universiteti
12. Lənkəran Dövlət Universiteti
13. Gəncə Dövlət Universiteti
14. Azərbaycan Texnologiya Universiteti
15. Mingəçevir Politexnik İnstitutu
16. Naxçıvan Dövlət Universiteti
17. Naxçıvan Müəllimlər İnstitutu
18. Azərbaycan Milli Konservatoriyası
19. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
20. Azərbaycan Müəllimlər İnstitutu
21. Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyası
22. Azərbaycan Turizm İnstitutu
23. Azərbaycan Tibb Universiteti
24. Azərbaycan Dövlət Aqrar Universiteti
25. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyası
26. Azərbaycan Dəniz Akademiyası
27. Milli Aviasiya Akademiyası
28. M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin Bakı filialı
29. Fövqəladə Hallar Nazirliyinin Akademiyası
Özəl ali təhsil müəssisələri:
1. Qərb Universiteti
2. Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti
3. Azərbaycan Universiteti
4. Qafqaz Universiteti
5. Xəzər Universiteti
6. Odlar Yurdu Universiteti
7. Azərbaycan İctimai-Siyasi Universiteti
8. Bakı Avrasiya Universiteti
Bununla yanaşı, ayrı-ayrı ixtisaslar üzrə dövlət
sifarişi ilə ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində hər
bir təhsilalana düşən təhsil xərclərinin
miqdarları müəyyənləşdirilmişdir.
Sənədə əsasən, bakalavr səviyyəsində hər bir
təhsilalana düşən xərclərin miqdarı müxtəlif
müəllimlik ixtisasları üzrə 1500, digər
humanitar ixtisaslar və mühəndislik ixtisasları
üzrə 1800, muzeyşünaslıq, arxiv işi və
abidələrin qorunması, sənətşünaslıq,
xoreoqrafiya, estrada, aktyor, operator
sənətləri, xalq çalğı alətləri ifaçılığı,
teatrşünaslıq, bədii yaradıcılıq və ekran
dramaturgiyası, rejissorluq, kinoşünaslıq
ixtisasları üzrə 1500, dekorativ sənət,
rəngkarlıq, qrafika, heykəltəraşlıq, dizayn
ixtisasları üzrə 2000, instrumental ifaçılıq,
solo oxuma, dirijorluq, bəstəkarlıq,
musiqişünaslıq ixtisasları üzrə 7000,
iqtisadiyyat yönümlü ixtisaslar üzrə 1500,
riyaziyyat və təbiət elmləri ixtisasları üzrə
1600, tibb ixtisasları üzrə 2500, turizm və
otelçilik, nəqliyyat servisi, fövqəladə hallar
və həyat fəaliyyətinin təhlükəsizliyi
ixtisasları üzrə 1800, bədən tərbiyəsi və idman
ixtisası üzrə 1000 manat təşkil edir.
Magistratura səviyyəsində ayrı-ayrı ixtisaslar
üzrə dövlət sifarişi ilə hər bir təhsilalana
düşən təhsil xərcləri isə 1500-1800 manat
arasında dəyişir. Belə ki, təhsilin bu
səviyyəsində bir təhsilalana düşən xərclər
təbiət elmləri ixtisasları üzrə 1600, humanitar
və sosial elmlər üzrə 1800, maarif, iqtisadiyyat
və idarəetmə üzrə 1500, təbiət-texniki elmlər
üzrə 1600, texniki elmlər üzrə 1800, aqrar və
balıq təsərrüfatı, habelə ekologiya və təbiətdən
istifadə üzrə 1600 manatdır.
Nümunə olaraq onlardan bəzisini diqqətə
çatdırırıq:
Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə
ali təhsil müəssisələrinin bakalavriat
səviyyəsində hər bir təhsilalana düşən təhsil
xərclərinin miqdarı
|
İxtisaslar |
Hər bir təhsilalana düşən illik
təhsil
xərclərinin miqdarı (manatla) |
Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi |
1500 |
Dil və ədəbiyyat müəllimliyi (dillər
üzrə) |
Xarici dil müəllimliyi (dillər
üzrə) |
Fizika müəllimliyi |
Riyaziyyat və informatika
müəllimliyi |
Riyaziyyat müəllimliyi |
Fiziki tərbiyə və
çağırışaqədərki hazırlıq
müəllimliyi |
(qızlar üçün fiziki tərbiyə) |
Texnologiya müəllimliyi |
Musiqi müəllimliyi |
|
|
|
Materialşünaslıq mühəndisliyi |
1800 |
Geologiya mühəndisliyi |
Hidrogeologiya mühəndisliyi |
Geofizika mühəndisliyi |
Dağ-mədən mühəndisliyi |
Neft-qaz mühəndisliyi |
Neft-qaz qurğuları mühəndisliyi |
Elektroenergetika mühəndisliyi |
İstilik energetikası
mühəndisliyi |
Enerji maşınqayırması
mühəndisliyi |
Metallurgiya mühəndisliyi |
Maşın mühəndisliyi |
Avianəqliyyat istehsalatının
təşkili mühəndisliyi |
Aviasiya texnikası
avadanlıqlarının istismarı
mühəndisliyi |
|
|
Təbii ki, yeni maliyyələşmə mexanizminə keçid
dövlət sifarişi ilə ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində kadr
hazırlığında müvafiq qaydaların da
hazırlanmasını tələb edirdi. Bununla əlaqədar "Azərbaycan
Respublikasında ali təhsil müəssisələrində yeni
maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı
dövlət sifarişi ilə ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində kadr
hazırlığının maliyyələşdirilməsi qaydaları"
işlənib hazırlanmış və təsdiq üçün Nazirlər
Kabinetinə təqdim olunmuşdur. Sənəddə hər
növbəti il üçün ayrı-ayrı ixtisaslar üzrə ali
təhsil müəssisələrinin bakalavriat və
magistratura səviyyələrinin dövlət sifarişi
əsasında tələbə qəbulunun proqnozunun
hazırlanması mexanizminin, adambaşına
maliyyələşmənin həcminin müəyyənləşdirilməsi,
dövlət sifarişi çərçivəsində təhsilalanların
müəyyənləşdirilməsi, maliyyələşmənin şərtləri,
onun səmərəli istifadəsi öz əksini tapmışdır.
Burada habelə Təhsil Nazirliyi ilə təhsil
müəssisələri arasında və təhsilalanla təhsil
müəssisəsi arasında müqavilələrin bağlanma
mexanizmi və onun nümunəsi də verilmişdir. Həmin
sənəddə dövlət sifarişi əsasında maliyyələşmənin
hansı hallarda dayandırılması, ondan məhrum
edilmə, ödənişli əsaslarla təhsil alanların və
yüksək göstəricilərə nail olanların dövlət
hesabına təhsil almaları üçün imkan yaradılması
məsələləri də yer almışdır.
Onu da qeyd edək ki, tabeliyindən və mülkiyyət
formasından asılı olmayaraq dövlət sifarişi ilə
kadr hazırlayan bütün ali təhsil müəssisələri
ilə Təhsil Nazirliyi arasında müqavilələr
bağlanacaqdır.
Ali təhsil müəssisələrində adambaşına
maliyyələşmənin üstünlüklərindən biri də odur ki,
dövlət sifarişi əsasında təhsil alacaq tələbələr
üçün ali məktəblərə dövlət büdcəsindən ayrılacaq
maliyyə vəsaitləri əvvəlki illərdə olduğu kimi
ayrı-ayrı xərc maddələri üzrə deyil, ümumi
məbləğ səviyyəsində, yəni bir xərc maddəsi üzrə
həyata keçiriləcəkdir. Burada isə ayrılacaq
büdcə vəsaitlərinin səmərəli istifadə olunması
və ayrılan vəsaitin birbaşa ali məktəbin lazımi
ehtiyaclarının ödənilməsi üçün sərf olunmasına
çox böyük zəmin yaranacaqdır.
Ali təhsil müəssisələrinə dövlət sifarişi
əsasında ayrılacaq büdcə vəsaitlərinin
istifadəsi mexanizminə əsasən Təhsil Nazirliyi
tərəfindən dövlət ali təhsil müəssisələri ilə
yanaşı, özəl ali təhsil müəssisələrinə də
vəsaitlər köçürüləcək, ayrılan büdcə vəsaitinin
ehtiyaclara uyğun təyinatı üzrə bölüşdürülməsi
və il ərzində qənaət olunmuş vəsaitlər arasında
yerdəyişmələrin aparılması ali təhsil
müəssisələri rəhbərlərinin səlahiyyətinə
veriləcəkdir.
Ən əsas yenilik odur ki, ali təhsil müəssisələri
maliyyələşmədə sərbəst olacaqlar, bunu isə ali
təhsil müəssisələri rəhbərləri çoxdan arzu
edirdilər.
Adambaşına maliyyələşmə mexanizminin tətbiqi o
vaxt səmərə verə bilər ki, ali məktəblər
arasında dövlət sifarişli tələbə qəbulu uğrunda
sağlam rəqabət mühiti yaransın. Elə bir mexanizm
yaradılmalıdır ki, dövlət sifarişli daha çox
tələbə cəlb etmiş ali məktəblər digərlərinə
nisbətən maliyyələşmə baxımından daha əlverişli
mühitə malik olsunlar və onların daha intensiv
inkişafı təmin olunsun. Rəqabətə davam
gətirməyən ali təhsil müəssisələri və ya onların
ayrı-ayrı ixtisasları isə gələcəkdə ya
bağlanmalı, yaxud da onlar daha güclü ali
məktəblərlə birləşdirilməlidir.
Düşünürük ki, belə bir mexanizm yaratmaqla biz
ali məktəblərdə təhsilin keyfiyyətinin
yüksəldilməsinə nail ola bilərik. Heç də sirr
deyil ki, bu məqsədə çatmaq üçün illərlə həyata
keçirdiyimiz inzibati tədbirlər gözlənilən
səmərəni verməmişdir.
Bu məsələyə ona görə xüsusi diqqət
yetirilməlidir ki, adambaşına maliyyələşmə
mexanizmini tətbiq edən bəzi ölkələrin
acınacaqlı vəziyyətinə düşməyək. Həmin ölkələrin
təcrübəsi göstərir ki, tələbələrin ali
məktəblərdə yerləşdirilməsi düzgün aparılmadığı
halda zəif kadrlar hazırlayan ali məktəblər
keyfiyyətli mütəxəssis hazırlayan təhsil
müəssisələrindən daha əlverişli şəraitə düşürlər.
Belə ki, dövlət sifarişi ilə təhsil almaq
hüququnu qazanmış abituriyentlərin əksəriyyəti
nüfuzlu ali məktəblərdə cəmləşir, digərləri isə
az nüfuzlu, keyfiyyətcə aşağı səviyyədə
mütəxəssis hazırlığı aparan ali məktəblərə
ödənişli əsaslarla qəbul olunurlar. Bu ali
məktəblər ödəniş haqqını dövlət tərəfindən həmin
ixtisas üçün müəyyən olunmuş və bəzən də daha
yüksək səviyyəyə artırmaqla, özləri üçün
əlverişli şərait yaradır, nəticədə həmin təhsil
müəssisələri mütəxəssis hazırlığının
keyfiyyətinin yüksəldilməsinə çalışmırlar və
onların dövlət sifarişi ilə təhsil alan
tələbələr uğrunda mübarizə aparmaq üçün heç
motivasiyası da olmur. Bununla bağlı qarşıya
çıxa biləcək bir neçə situasiyanı nəzərə
çatdırmaq istərdik. Məsələn, cari tədris ilində
Beynəlxalq münasibətlər ixtisasına tələbə qəbulu
ali məktəblər üzrə aşağıdakı kimi
müəyyənləşdirilibdir:
|
İxtisasın adı |
Dövlət
sifarişi ilə
tələbə
qəbulunun
sayı |
Ali məktəblərin adları |
Dövlət sifarişi
və ödənişli
əsaslarla
tələbə qəbulu |
Ödəniş
əsaslarla
adambaşına
düşən xərc
(AZN) |
Dövlət sifarişi ilə
adambaşına
düşən xərc
(AZN) |
Beynəlxalq
münasibətlər |
100 |
Bakı Dövlət Universiteti |
164 |
1900 |
1800 |
Azərbaycan Dövlət İqtisad
Universiteti |
24 |
1500 |
|
Bakı Slavyan Universiteti |
64 |
1500 |
|
Azərbaycan Dillər
Universiteti |
42 |
2500 |
|
Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət
Universiteti |
35 |
1500 |
|
Naxçıvan Dövlət
Universiteti |
17 |
1000 |
|
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyası |
42 |
1200 |
|
Azərbaycan Turizm
İnstitutu |
21 |
2000 |
|
|
100 |
|
409 |
|
|
|
|
Qeyd olunan ixtisas üzrə yuxarıda göstərilən ali
məktəblərə tələbə qəbulu planında 409 yerdən 100
yer dövlət sifarişi əsasında nəzərdə tutulmuşdur.
Fərz edək ki, qəbul imtahanlarının nəticələrinə
görə dövlət sifarişi əsasında təhsil almaq
hüququ qazanan tələbələrin 100 nəfəri ərizələri
əsasında Bakı Dövlət Universitetinə
yerləşdirilmişdir. Qalan 309 ödənişli yerə isə
ödənişli əsaslarla qəbul olunmuş şəxslər, BDU da
daxil olmaqla yuxarıdakı cədvəldə göstərilən
universitetlərə arzuları əsasında
yerləşdirilmişdir. Belə vəziyyətdə qəbul planını
dövlət sifarişi ilə tam yerinə yetirən BDU
digər ali məktəblərlə müqayisədə heç bir
üstünlüyə malik olmur və əksinə, itirir.
Belə ki, BDU-nun 100 dövlət sifarişi ilə və 64
ödənişli əsaslarla tələbədən əldə etdiyi vəsait
301600 AZN təşkil edir.
BDU: 100x1800+64x1900 = 301600 AZN
Azərbaycan Dillər Universitetinə isə dövlət
sifarişi ilə tələbə qəbul olunmadığı və planda
nəzərdə tutulmuş 42 yerin hamısına ödənişli
əsaslarla tələbələr yerləşdirildiyi halda onun
əldə etdiyi vəsait 105000 AZN təşkil edir.
ADU: 42x2500=105000 AZN
Bu zaman BDU-da 1 tələbəyə düşən xərc
301600:164=1839 AZN, ADU-da isə 105000:42=2500
AZN təşkil edir.
Qeyd edək ki, BDU əldə etdiyi vəsaitdən dövlət
sifarişi ilə qəbul olunmuş 100 tələbəyə həm də
təqaüd verməlidir. Belə olan halda BDU-da dövlət
sifarişi ilə təhsil alan tələbələrə ayrılan
vəsaitdən (100 x 1800 = 180000 AZN) təxminən 40
faizi (72000 AZN) təqaüd üçün nəzərdə tutulur.
Beləliklə, həmin ali məktəbdə bir tələbəyə düşən
xərc daha aşağı olur. Əlavə şərhə ehtiyac yoxdur.
Təklif edilir ki, ali məktəblərin müvafiq
ixtisaslarına ödənişli əsaslarla tələbələrin
yerləşdirilməsi dövlət sifarişi ilə qəbul
olunmuş tələbələrin sayına görə
müəyyənləşdirilsin. Yəni bu və ya digər ali
məktəbin müvafiq ixtisasına dövlət sifarişi ilə
nə qədər çox tələbə qəbul olunarsa, ödənişli
qəbulun sayı da ona müvafiq olaraq çox olmalıdır.
Bu zaman ayrı-ayrı ixtisaslara dövlət sifarişi
ilə tələbə qəbul olunmadığı halda həmin
ixtisaslara tələbə qəbulu ya məhdudlaşdırılmalı
və ya tamamilə verilməməlidir.
Bunun üçün müxtəlif mexanizmlər tətbiq oluna
bilər. Onlardan birini nəzərinizə çatdırmaq
istərdik. Məsələn, qəbul planında Beynəlxalq
münasibətlər ixtisasına nəzərdə tutulan 409
qəbul yerinin 100 yerini dövlət sifarişi təşkil
edir. Bu isə həmin ixtisasa ümumi qəbulun
təqribən 24,4%-dir. Belə olan halda, Beynəlxalq
münasibətlər ixtisası üzrə hər hansı bir ali
təhsil müəssisəsinin qəbul planı aşağıdakı kimi
hesablanır:
Məsələn, Bakı Dövlət Universitetinə dövlət
sifarişi üzrə 40 nəfər qəbul olunarsa, onda
həmin ali məktəbin qəbul planı:
40+40*75,6/24,4=40+124=164 olar.
|
|
Dövlət
sifarişi ilə
qəbul olan
tələbələrin
sayı |
Ödənişli
əsaslarla
qəbul olan
tələbələrin
sayı |
Faktiki
qəbul |
Qəbul planı
(dövlət
sifarişi və
ödənişli) |
Fərq (+, -) |
BDU |
40 |
124 |
164 yer |
164 |
0 |
ADİU |
10 |
31 |
41 yer |
24 |
+17 |
BSU |
5 |
15 |
20 yer |
64 |
-4 |
ADU |
10 |
31 |
41 yer |
42 |
-1 |
ADMİU |
5 |
15 |
20 yer |
35 |
-15 |
NDU |
10 |
31 |
41 yer |
17 |
+24 |
ADİA |
10 |
31 |
41 yer |
42 |
-1 |
ATİ |
10 |
31 |
41 yer |
21 |
+20 |
Cəmi: |
100 |
309 |
409 yer |
409 yer |
|
|
|
Cədvəldən göründüyü kimi, qəbulun nəticəsinə
görə, bu və ya digər ali məktəblərin qəbul planı
dövlət sifarişi ilə qəbul olunmuş tələbələrin
sayından asılı olaraq bir ali məktəbdə kəsirdə
qala, digərində isə onun hesabına arta bilər. Bu
da, yuxarıda qeyd etdiyimiz kimi, dövlət
sifarişi ilə tələbə cəlb etmək uğrunda ali
məktəblər arasında gözlənilən rəqabətin
yaranmasını təmin edir.
Qeyd olunan məsələlərin tələbələrin
yerləşdirilməsi zamanı nəzərə alınması, hesab
edirik ki, faydalı olardı.
İlham PİRMƏMMƏDOV,
Təhsil Nazirliyi Aparatının rəhbəri,
İlham MUSTAFAYEV,
Ali və orta ixtisas təhsili şöbəsinin müdiri |