Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

23 İyul 2010 - ¹28

 

Ucarda I sinif müəllimləri üçün treninq

Bookmark and Share

2010-2011-ci dərs ilində I siniflərdə dərs deyəcək ibtidai sinif müəllimləri üçün təlim kurslarının təşkili məqsədi ilə keçirilmiş tenderin qaliblərindən biri olan Şəxsiyyətin İnkişafı və Yeni Pedaqoji Texnologiyalar üzrə İctimai Birlik respublikamızın bir sıra bölgələrində müvafiq treninqlərə start verib. Təhsil Nazirliyi ilə sözügedən ictimai birlik arasında bağlanmış müqaviləyə uyğun olaraq bu qeyri-hökumət təşkilatı  yay tətili dövründə üç lot üzrə 28 təlim mərkəzində birinci sinif müəllimləri üçün treninqlər keçirəcək. 27 nəfər təlimçinin aparacağı kurslarda 2049 müəllimin əhatə olunması nəzərdə tutulub.

Bu silsilədən ilk kurslardan biri Ucar rayonunda baş tutub. İyunun 29-dan iyulun 3-dək keçirilmiş həmin təlim kurslarında rayonun 70 ibtidai sinif müəllimi iştirak edib. 4 qrupda təşkil olunan təlim kurslarını İctimai birliyin əlaqələndiricisi X.Osmanovanın ümumi rəhbərliyi altında təlimçilər G.Mustafayeva, S.Əmirəliyeva, A.Kərimova və Z.Əliyeva aparıblar. Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planı və proqramı əsasında keçirilmiş treninqlərdə ibtidai sinif müəllimləri yeni kurikulumun tətbiqi ilə bağlı müvafiq bilik və bacarıqlara yiyələnib, öz hazırlıqlarını artırıblar. Canlı şəkildə, diskussiya şəraitində keçirilmiş kurslar müəllimlər üçün həm də fəal təlim metodları ilə daha yaxından tanış olmaq və onların tətbiqini təcrübədə görmək baxımından faydalı olub.

Kursu başa vuran müəllimlərə dərəcəli sertifikatlar təqdim olunub. Ucar RTŞ-ın müdiri Fuad İsrafilov, RTŞ metodkabinetinin müdiri Əliyar Qəhrəmanov mütəmadi olaraq kursların gedişi, müəllimlərin davamiyyəti ilə maraqlanıb, bir sıra təşkilati məsələlərin həllində İctimai Birliyin təmsilçilərinə yaxından kömək göstəriblər.

Şəfiqə ƏHMƏDOVA,
Ucar RTŞ-ın ibtidai
siniflər üzrə metodisti

 
  "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

 

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

23 İyul 2010 - ¹28

Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsi və Azərbaycan Respublikasının  kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikasının mətbuat işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikasının mətbuat işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Öyrədənləri öyrədən" statusu almış təlimçilərin fəaliyyətinin gücləndirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Azərbaycan milli mətbuatının dünəni və bu günü"
 
Jurnalistin intellekti və vətəndaş məsuliyyəti
 
Konfransda Azərbaycan milli mətbuatının keçdiyi tarixi yol təhlil edildi
 
Müəllim jurnalist mükafatı aldı
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
"Ömür yolu - nur yolu"
 
"Şair və yazıçılarımızın həyatından maraqlı anlar"
 
Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşları seminar keçiriblər
 
Ucarda I sinif müəllimləri üçün treninq
 
Azərbaycanın Milli Qəhrəmanları
 
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov