"Azərbaycan milli mətbuatının 135 illik
yubileyinin keçirilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2010-cu il 10 iyun
tarixli 959 nömrəli Sərəncamının icrasının təmin
edilməsi və bununla əlaqədar tədbirlərin
maliyyələşdirilməsi, habelə Azərbaycan
Respublikasının bir sıra kütləvi informasiya
vasitələrinə maliyyə yardımının göstərilməsi
məqsədilə
QƏRARA ALIRAM:
1. Azərbaycan milli mətbuatının 135 illiyi ilə
əlaqədar tədbirlərin keçirilməsi və Azərbaycan
Respublikasının bir sıra kütləvi informasiya
vasitələrinə maliyyə yardımının göstərilməsi
məqsədilə Azərbaycan Respublikasının 2010-cu
ilin dövlət büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat
Fondundan 1,0 milyon manat məbləğində vəsait
ayrılsın.
2. Bu Sərəncamın 1-ci bəndi ilə müəyyən edilmiş
vəsaitin hesabına:
2.1. Azərbaycan milli mətbuatının 135 illiyi ilə
əlaqədar tədbirlərin keçirilməsi üçün Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fonduna 280,0 min manat məbləğində
birdəfəlik maliyyə yardımı edilsin.
2.2. Aşağıdakı 32 qəzet redaksiyasının hər
birinə 20,0 min manat birdəfəlik maliyyə yardımı
ayrılsın:
"Ayna" - "Zerkalo" qəzeti
"Azad Azərbaycan" qəzeti
"Azadlıq" qəzeti
"Azərbaycan" qəzeti
"Azerbaydjanskiye izvestiya"
qəzeti
"Bakinski raboçi" qəzeti
"Bakı-Xəbər" qəzeti
"525-ci qəzet"
"Bizim yol" qəzeti
"Exo" qəzeti
"Ekspress" qəzeti
"Ədalət" qəzeti
"Həftə içi" qəzeti
"Xalq cəbhəsi" qəzeti
"Xalq qəzeti"
"İki sahil" qəzeti
"Kaspi" qəzeti
"Kaspiy" qəzeti
"Mərkəz" qəzeti
"Mövqe" qəzeti
"Novoye vremya" qəzeti
"Olaylar" qəzeti
"Palitra" qəzeti
"Paritet" qəzeti
"Paralel" qəzeti
"Respublika" qəzeti
"Səs" qəzeti
"Şərq" qəzeti
"Şərq qapısı" qəzeti
"Üç nöqtə" qəzeti
"Yeni Azərbaycan" qəzeti
"Yeni Müsavat" qəzeti
2.3. Aşağıdakı 8 informasiya agentliyinin hər
birinə 10,0 min manat birdəfəlik maliyyə yardımı
ayrılsın:
ASSA-İRADƏ İnformasiya Agentliyi
"Azadinform" İnformasiya Agentliyi
Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc)
"Azəri-Press" İnformasiya Agentliyi (APA)
"Olaylar" İnformasiya Agentliyi
"Səs" İnformasiya Agentliyi
"Trend" İnformasiya Agentliyi
"Turan" İnformasiya Agentliyi
3. Azərbaycan Respublikasının Maliyyə
Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 2-ci
bəndi ilə müəyyən edilən maliyyə yardımlarının
Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fonduna, qəzet redaksiyalarına və
informasiya agentliklərinə köçürülməsini təmin
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 iyul 2010-cu il |