İyulun
20-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunda Azərbaycan milli
mətbuatının 135 illik yubileyinə həsr olunmuş
"Milli dərk aynasında özünüdərk" mövzusunda
elmi-praktik konfrans keçirildi.
Konfransı giriş sözü ilə açan BPKİYİ-nin
rektoru, professor Asəf Zamanov bildirdi ki,
135 illiyini qeyd etdiyimiz Azərbaycan milli
mətbuatı böyük və şərəfli inkişaf yolu keçib
və bütün dövrlərdə qabaqcıl ideyaların carçısı
olmuşdur. Hazırda mətbuatımız mütərəqqi
ənənələri formalaşdıraraq cəmiyyət qarşısında
üzərinə götürdüyü missiyanı layiqincə yerinə
yetirir.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən
hakimiyyətə qayıdan ümummilli lider Heydər
Əliyev müasir və müstəqil Azərbaycan
Respublikasının əsasını qoyub. Qeyd olundu ki,
bu dövrlərdə söz və mətbuat azadlığını
məhdudlaşdıran müxtəlif maneələr aradan
qaldırılıb, KİV-in fəaliyyətini tənzimləyən
qanunvericilik bazası təkmilləşdirilərək
senzura ləğv olunub.
Əsası
ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş
KİV-lərin maddi-texniki bazasının
möhkəmləndirilməsi, jurnalistlərin sosial
müdafiəsinin gücləndirilməsi xətti bu gün
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilir.
Sonra tədbirdə BDU-nun sosiologiya kafedrasının
müdiri, professor İzzət Rüstəmovun "Azərbaycanda
maarifçilik mədəniyyətinin nadir incisi -
"Əkinçi", Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun
Müşahidəçilər Şurasının üzvü, "İki sahil"
qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin
"Azərbaycan milli mətbuatı-135: tarixi
nailiyyətlər və perspektivlər", BPKİYİ-nin
psixologiya kafedrasının müdiri, psixologiya
elmlər namizədi Hökümə Əliyevanın "Əkinçi"-
mədəniyyət kodeksinin rəmzi kimi", BPKİYİ-nin
Redaksiya, nəşriyyat və poliqrafiya şöbəsinin
redaktoru Qərib Əsgərovun "Milli mətbuatın
inkişafının Heydər Əliyev mərhələsi"
mövzularında məruzələri və digər çıxışlar
dinlənildi.
Şakir CƏFƏROV |