· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 


B.e ç.a ç C.a C. Ş. B.
   1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30        
 

 

Bakının Nəsimi rayonundakı "Elitar" gimnaziya əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilib

 

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib

 

Sentyabrın 15-də - "Bilik günü"ndə Təhsil Nazirliyinin Bakının Nəsimi rayonundakı "Elitar" gimnaziya əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva elitar gimnaziyaya gəldilər. Məktəblilər Mehriban xanıma gül dəstəsi təqdim etdilər.

Dövlətimizin başçısı və xanımı müasir standartlara uyğun şəkildə bərpa edilmiş və yenidən qurulmuş gimnaziya ilə tanış oldular.

Təhsil naziri Misir Mərdanov məlumat verdi ki, Azərbaycanda son illər ərzində məktəb binalarının tikintisi və təmiri geniş vüsət almış və təhsil sisteminin maddi-texniki bazası möhkəmlənmişdir.

 

 

Bir milyondan çox şagirdin təlim şəraiti yaxşılaşıb

 

2008-2009-cu illərdə Dövlət Proqramı və digər mənbələr hesabına ölkədə 52462 şagird yerlik 179 yeni məktəb binası, 42 məktəb üçün 15 min yerlik əlavə korpuslar inşa edilmişdir.

Son 6 ildə 1800-ə qədər yeni məktəb binası tikilmişdir.

Yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, istilik sisteminin bərpası-infrastrukturun yeniləşdirilməsi nəticəsində ümumilikdə ölkə üzrə 1.050.000 şagirdin təlim şəraiti yaxşılaşdırılmışdır ki, bu da ümumi təhsil pilləsində oxuyanların 75 faizini əhatə edir.

Son 10 ildə məktəb tikintisi sahəsində həyata keçirilən proqramlar nəticəsində ikinövbəli məktəblərin faizi 73,3-dən 49-a, ikinci növbədə təhsil alan şagirdlərin faizi isə 34-dən 23-ə enmişdir.

 

 

 

ADU-da yeni fakültə fəaliyyətə başladı

 

Sentyabrın 14-də Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov tərcümə fakültəsinin müəllimləri ilə görüşüb. Görüşdə bildirilib ki, tərcümə fakültəsində dünya standartlarına uyğun yeni tədris sisteminin tətbiqi Azərbaycanda bu sahədə ilk təşəbbüsdür. Tərcümə fakültəsində tədris proqramı yeni tədris planlarına uyğun həyata keçiriləcək.

Bu addımı atmaq üçün 2 il vaxt sərf olunduğunu söyləyən professor S.Seyidov qeyd etdi ki, təhsildə dünya standartlarına çatmaq istiqamətində bir sıra işlər də görüləcək.

Sonra tədris işləri üzrə prorektor, professor Natiq Yusifov da tərcümə fakültəsində islahatlar həyata keçirilməsinin və bu fakültənin yeni əsaslarla fəaliyyətə başlamasının böyük tarixi hadisə olduğunu vurğuladı. Tərcümə fakültəsinin dekanı, professor Vilayət Hacıyev də bu günü çox gözlədiyini dedi və universitet rəhbərliyinə təşəkkürünü çatdırdı.

 

 

 

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Şüvəlan və Türkan qəsəbələrində orta məktəb binalarının əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib

 

Sentyabrın 15-də - "Bilik günü"ndə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı yenidənqurmadan sonra Bakının Əzizbəyov rayonunun Şüvəlan və Türkan qəsəbələrində iki məktəb binası qapılarını şagirdlərin üzünə açmışdır.   Şüvəlan qəsəbəsindəki 237 nömrəli orta məktəb 1964-cü ildə inşa olunmuşdur. Bu köhnə məktəb binası Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində əsaslı təmir olunmuşdur. İlk dəfədir ki, təhsil ocağında belə yüksək səviyyədə təmir işləri aparılmışdır.

 

Bakıda iki məktəbəqədər təhsil müəssisəsinin açılışı oldu

 

Sentyabrın 11-də Bakı şəhərinin Biləcəri kəndindəki yeni yaşayış massivində yeni inşa olunmuş 327 və Lökbatan qəsəbəsində tikilmiş 333 nömrəli körpələr evi-uşaq bağçalarının açılışı olmuşdur. Dövlət başçısının 27 fevral 2006-cı il 1338 nömrəli sərəncamı ilə təsdiq olunmuş "Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair" tədbirlər proqramına uyğun olaraq inşa edilmiş məktəbəqədər təhsil müəssisələri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərəcəkdir.

Peşə təhsili işçilərinin respublika konfransı

 

Sentyabrın 11-də 7 nömrəli Bakı peşə liseyində peşə təhsili işçilərinin respublika konfransı keçirildi. Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, bir sıra şirkət və təşkilatların nümayəndələri və KİV təmsilçiləri iştirak edirdilər.

Konfrans iştirakçılarını salamlayan təhsil nazirinin müavini İsgəndər İsgəndərov giriş sözündə ölkəmizdə təhsil sahəsinə daim dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilməsini təqdirəlayiq hal kimi dəyərləndirdi. O xatırlatdı ki, ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, 1994-cü ilin avqustunda ilk olaraq təhsil ictimaiyyəti ilə görüşməyi zəruri saymış, bu sahənin problemlərini öyrənmiş və önəmli məsləhətlərini vermişdi.

İnternat məktəblərinin şagirdlərinə hədiyyələr təqdim olundu

 

Sentyabrın 17-də Maştağa qəsəbəsində yerləşən yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli xüsusi ümumtəhsil internat məktəbində keçirilən tədbirdə Təhsil Nazirliyi və Dövlət Neft Şirkəti tərəfindən şagirdlərə məktəbli forması və əlavə geyim əşyaları hədiyyə edildi.

Tədbirdə təhsil nazirinin müavini Elmar Qasımov, Dövlət Neft Şirkətinin vitse-prezidenti Qorxmaz Hüseynov və digər şəxslər iştirak edirdi.

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

 

(Əvvəli qəzetimizin ötən saylarında)

 

Əvvəlki məqalədə qeyd etdiyim kimi, müasir dövrdə İKT-nin tətbiq sahələrindən biri də məhz idarəetmədir. Hazırda dünyada ümumilikdə menecmenti, o cümlədən təhsilin idarəolunmasını İKT-siz təsəvvür etmək belə çətindir. İKT-nin tətbiqi idarəetmənin daha çevik və səmərəli təşkilinə zəmin yaradır.

Məhz bu səbəbdən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirdiyimiz Təhsil Sektorunun İnkişafı Layihəsinin (2003-2008-ci illər) əsas komponentlərdən biri də Təhsil Nazirliyində təhsilin idarəolunmasının məlumat sisteminin (TİMS) yaradılması oldu.

Yeni qiymətləndirmə müasir təhsil sistemində mühüm yer tutur

 

Azərbaycan təhsilinin son illər davamlı  inkişafı, dünyanın aparıcı ölkələrinin təhsil sahəsində əldə etdikləri təcrübəsinin  öyrənilərək təhsilimizə tətbiqi, bu sahədə qazanılan nailiyyətlərin hər bir ölkə vətəndaşının sevinclə qarşıladığı ən mühüm hadisələrdən biridir desək, bizcə yanılmarıq. ölkəmizdə təhsil sahəsində aparılan islahatların, əsaslı dəyişikliklərin, həyata keçirilən yeniliklərin bir məqsədi, amalı  var: təhsilin keyfiyyətinin yüksəldilməsi, dünyanın inkişaf etmiş ölkələrinin qəbul edəcəyi mütərəqqi və mükəmməl bir təhsil sisteminin yaradılması. Artıq bu sahədə bir neçə mühüm addım atılmaqdadır.  Təhsil tariximizdə ilk dəfə olaraq həyata keçirilən yeni qiymətləndirmə sistemi də təhsil sahəsində tətbiq edilən yeniliklərdən biridir. Bu haqda ətraflı məlumat almaq üçün Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri, filologiya elmləri namizədi Təranə Hacıyevaya bir neçə sualla müraciət etdik.

"Mən yerimi gənclərə verirəm!"

 

Konfransda çıxış edən qocaman müəllimin bu sözləri alqışlarla qarşılandı

 

Ağstafa rayon müəllimlərinin sentyabr konfransında diqqəti çəkən bir hadisə baş verdi. Konfransda ortaboylu, xoşsimalı bir nəfər tribunaya yaxınlaşaraq çıxışına bu sözlərlə başladı: "Mən yerimi gənclərə verirəm. Daha bəsdir biz işlədik. İndi gənclərə də geniş meydan vermək lazımdır. Mən təqaüdyaşlı bütün müəllimləri bu təşəbbüsə qoşulmağa çağırıram".

Müəllimin bu çıxışı konfrans iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Hamı onun bu təşəbbüsündən danışır, belə bir vaxtda onun hərəkətini yüksək qiymətləndirirdi.

Maraq hissi məni bürüdü. Onunla yaxından tanış oldum. 73 yaşlı bu qocaman müəllim çox qıvraq və çevik görünürdü.

Təhsil işçilərinin sentyabr konfranslarında qarşıda duran məsələlər müzakirə olundu

 

AĞSTAFA

 

Rayonun Heydər Əliyev Mərkəzində keçirilən müəllimlərin ənənəvi sentyabr konfransında təhsil şöbəsinin müdiri Labidə Batıyevanın hesabat məruzəsi dinlənilmişdir.

İdarə, müəssisə rəhbərləri, qabaqcıl müəllim və tərbiyəçilərin iştirak etdiyi konfransda qeyd olunmuşdur ki, 2008-2009-cu dərs ilində təhsilin infrastrukturunun daha da yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür. Tədris ili ərzində şəhər 1 nömrəli orta məktəbdə 480, Aşağı Göyçəli kənd orta məktəbi üçün 360 yerlik məktəb binaları tikilmiş, zəruri avadanlıqlarla təchiz edilərək istifadəyə verlmişdir. Məktəb tikintisi ilə yanaşı, şəhər 2 nömrəli, Dağkəsəmən 1 nömrəli, Dağkəsəmən 2 nömrəli orta məktəbləri əsaslı təmir olunmuşdur. İstilik sistemləri yenidən qurulmuş, məktəblərin sayı 7-yə çatmışdır.

"Təhsilimizin uğurlarında pedaqoji kollektivlərin rolu danılmazdır"

 

Şahbuz rayonu Kükü kənd orta məktəbinin yetirməsi Aygül Habil qızı Salahlı 690 bal toplayaraq I ixtisas qrupu üzrə Azərbaycan birincisi oldu

 

Hər bir millətin işıqlı sabahı və xoşbəxt gələcəyi təhsilə olan münasibəti ilə bağlıdır. Xalqımızın xoşbəxtliyi ondadır ki, istər ötən əsrin 70-ci illərinin əvvəllərində, istərsə də müstəqillik dönəmində respublikamızda başlanan təhsil islahatları millətimizin gələcəyini düşünən və onun yolunda hər cür fədakarlığa hazır olan bir tarixi şəxsiyyətin - ümummilli liderimiz Heydər Əliyevin birbaşa rəhbərliyi ilə həyata keçirilmişdir. Azərbaycanda elmə, təhsilə həmişə böyük maraq olub. lakin bütün ömrünü xoşbəxt gələcəyinə həsr etdiyi xalqının qarşısında xilaskarlıq missiyasını şərəflə yerinə yetirən ulu öndərin hakimiyyətə gəlişi təhsilə olan marağı daha da artırmışdı.

Yüzilliyə qapı açan məktəbin yeni binası

 

Lerik rayonunun ucqar kəndlərindən olan çayrud çoxdan belə bayram sevinci yaşamamışdı. "çayrud günləri" və çayrud kənd orta məktəbinin 90 illiyi artıq sentyabrın ikinci ongünlüyündən, müxtəlif səpgili el şənlikləri, idman yarışları, disputlar və ziyalılarla görüşlərdən start götürmüşdü. ümummilli lider Heydər Əliyevin "Təhsil millətin gələcəyidir" fikrini özünə leytmotiv seçən "çayrud günləri"nin təşkilat komitəsinin Bakı qrupunu əsasən bu kənd orta məktəbinin məzunları, hazırda respublikanın müxtəlif elm, təhsil, iqtisadiyyat, dövlət strukturlarında çalışan ziyalılar təşkil edirdi.

Təhsil müəssisələrində "Bilik günü" qeyd olundu

 

Azərbaycan Dillər Universitetinin akt zalında I kurs tələbələri ilə görüş keçirildi. Mərasim Dövlət himni ilə başladı. Tədbirdə ADU-nun rektoru, professor Səməd Seyidov I kurs tələbələrini və onların valideynlərini təbrik edərək son illər Azərbaycanda gedən inkişaf və quruculuq işlərinin, siyasi sabitliyin təhsil sahəsinə göstərdiyi təsirdən danışdı. Qeyd etdi ki, 1948-ci ildə əsası qoyulan ADU 1973-cü ildə ulu öndər Heydər Əliyevin uzaqgörənliyi, təhsilə göstərdiyi böyük diqqət və qayğısı sayəsində müstəqil ali məktəb kimi fəaliyyətə başlamışdır. Bildirdi ki, hazırda 700 nəfərlik professor və müəllim heyəti çalışan universitetdə ingilis, fransız və alman dilləri  ilə yanaşı, italyan, ispan, Koreya, Norveç və ivrit dilləri də tədris  edilir.

Ən yaxşı məktəb, ən yaxşı müəllim

 

Yüksək mükafatın sevinci və məsuliyyəti

 

İki il öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim" mükafatlarının təsis edilməsi haqqında" sərəncam imzalayanda buna ən çox sevinənlərdən biri də Bakının 267 nömrəli məktəb-liseyinin kollektivi olmuşdu. çünki həmin il özünün 25 illiyini qeyd edən bu təhsil ocağında mükafatların və onları almaq üçün keçiriləcək müsabiqələrin təhsil müəssisələri arasında sağlam rəqabət yaradacağına, yenilikçilik uğrunda mübarizəyə güclü təkan verəcəyinə, yaradıcı fəaliyyət üçün stimul rolunu oynayacağına möhkəm inanırdılar.

 

British Council-in Azərbaycanda yeni layihəsi - 24

 

Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə!

Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!