|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Kompüter
müasir dünyada əvəzolunmaz bir vasitədir. Hər bir uşaq,
hər bir gənc bunu bilməlidir, xarici dilləri
bilməlidir. Dünyada baş verən bütün
hadisələri, bütün yenilikləri bilməlidir ki,
həyatda öz yerini tutsun. Azərbaycanda, bütövlükdə bu
sahədə bu vaxta qədər görülən işlər
qənaətbəxşdir.
İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti |
BİLƏSUVAR. Rayonun
Ağayri kəndində 220 şagird yerlik məktəb binası
tikilir. Cari ilin sentyabrında istifadəyə veriləcək bu
təhsil ocağında 11 sinif otağı, kompüter kabineti,
kitabxana, idman zalı və nasosxana olacaqdır. Qeyd edək ki, rayonda son 4 ildə
təkcə Heydər Əliyev Fondunun "Yeniləşən
Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində
4 orta məktəb binası inşa edilərək şagirdlərin
ixtiyarına verilmişdir. ötən il rayonun 200 şagird yerlik
Əmənkənd kənd məktəbinin də açılışı
olmuş, Təzəkənd, Cürəli, Nərimankənd
kənd orta və 6 saylı internat məktəbləri isə
əsaslı təmir edilmişdir. Cari ildə rayonun kənd
məktəbləri üçün əlavə 10 sinif otağının
tikilməsi nəzərdə tutulmuşdur. ŞƏMKİR. 2009-cu
ildə rayonda 5 yeni məktəb binası istifadəyə
veriləcəkdir. Məktəblərdən ikisi Heydər
Əliyev Fondunun təşəbbüsü, üçü isə Dövlət
Proqramına əsasən inşa edilir. Dəllər, çinarlı
qəsəbələrində, Təzəkənd, İrmaşlı
və Aşağı Seyfəlli kəndlərində inşa
edilən tədris ocaqlarında son tamamlama işləri görülür.
Müasir standartlara cavab verən
məktəblərdə mərkəzləşmiş istilik
sistemləri olacaqdır. AzərTAc MİNGƏçEVİR.
ölkəmizin bütün regionlarında olduğu kimi,
Mingəçevirdə də məktəblərin maddi-texniki bazasının
möhkəmləndirilməsi diqqət mərkəzindədir.
Belə ki, 2008-ci ilin yayından R.Muradov adına texniki-humanitar
liseyin binası günün tələblərinə cavab vermədiyi
üçün sökülüb, yerində müasir üslubda üçmərtəbəli
1200 yerlik binanın tikintisinə başlanıb. Məktəb dövlət
vəsaiti hesabına və Heydər Əliyev Fondunun
"Yeniləşən Azərbaycana yeni məktəb"
Proqramı çərçivəsində inşa edilir. Təhsil ocağında
50 sinif otağı, fizika, kimya laboratoriyaları, kitabxana, kompüter
mərkəzi, idman kompleksi, əl oyunları
meydançası, emalatxana, yaşıllıq sahəsi və
s. nəzərdə tutulmuşdur. Şamil MƏHƏRRƏMOV
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Təhsil Nazirliyinin kollegiyasında ötən
il təhsil sahəsində görülmüş işlər,
əldə olunan uğurlar diqqətə çatdırıldı,
cari ildə qarşıda duran vəzifələr geniş
müzakirə olundu Yanvarın
10-da Təhsil Nazirliyində növbəti
kollegiya iclası keçirildi. İclasda kollegiya üzvləri
ilə yanaşı, Milli Məclis sədrinin birinci müavini
Ziyafət Əsgərov, Nazirlər Kabinetinin Elm,
mədəniyyət, təhsil və sosial problemlər
şöbəsinin müdir müavini Qurban Əmirov, millət
vəkilləri, ali məktəblərin rektorları,
Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri,
orta ixtisas təhsili müəssisələrinin,
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının,
Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin, bir sıra rayon və şəhər
təhsil şöbələrinin rəhbər işçiləri,
məktəb direktorları, KİV nümayəndələri
iştirak edirdilər. Təhsil naziri, kollegiyanın sədri Misir
Mərdanov iclası açaraq hamını salamladı,
qonaqlara dəvətlərini qəbul edib gəldikləri
üçün minnətdarlığını
bildirdi. Nazir yeni ilin ilk kollegiya iclasının
2008-ci ildə təhsil sahəsində görülmüş işlər
və 2009-cu ildə qarşıda duran
vəzifələrin müzakirəsinə həsr olunduğunu
deyərək son
illər hesabat
xarakterli belə kollegiya iclaslarının keçirilməsinin
artıq ənənəyə çevrildiyini qeyd etdi. Təhsil naziri Misir Mərdanov müzakirə
olunan məsələ barədə geniş
məruzə-təqdimatla çıxış etdi. Proyektor
vasitəsi ilə ekranda nümayiş olunan və nazirin
ətraflı şərhi ilə müşayiət edilən
məruzə-təqdimatda 2008-ci ildə təhsil
sahəsində görülmüş işlər, qazanılmış
uğurlar, bu sahədə mövcud olan problemlər və qarşıda
duran vəzifələr geniş faktik material, statistik
rəqəmlər və fotogörüntülərlə əyani
olaraq kollegiya iştirakçılarına çatdırıldı.
|
Kurrikulumlar
və onların xarakterik cəhətləri
Biz dünyanın bütün ölkələrində
- Qərbdə də, Şərqdə də əldə
olunmuş nailiyyətləri dərindən öyrənməli
və onlardan Azərbaycan üçün müsbət xarakter daşıyan
cəhətləri ölkəmizin təhsil sistemində
tətbiq etməliyik. Heydər ƏLİYEV ölkəmizdə həyata keçirilən kurrikulum islahatı mərhələli proses olmaqla, innovasiyalara əsaslanan və əvvəlcədən müəyyən edilmiş real nəticələrə istiqamətlənmiş geniş fəaliyyət sahəsinə çevrilmişdir. Burada atılan hər bir addım düşünülmüş qərara əsaslanır. Həmin qərarların istinad nöqtəsi isə müntəzəm aparılan müzakirə və diskussiyalar, onların obyektiv sonluğunu maddiləşdirən nəticələrdir. |
20
Yanvar ümumxalq hüzn günüdür Faciənin
dəhşətləri faktlar və
rəqəmlərdə
Qanlı
Yanvar gecəsi Bakı şəhərində 131
nəfər həlak olmuş, ümumi nəticəyə görə
isə bu hadisələrdə yaralananların sayı 800,
həbs olunanların və itkin düşənlərin sayı
isə 1000 nəfəri keçmişdir. Eyni zamanda 200 ev və mənzil talan edilərək yandırıldı, 80 avtomaşın, külli miqdarda şəxsi və dövlət əmlakı məhv edildi. Faciə SSRİ Daxili İşlər və Müdafiə nazirliklərinin və Dövlət Təhlükəsizlik Komitəsinin təşkilatçılığı ilə müdafiə naziri Yazovun komandanlığı altında törədildi. |
Rəngarəng
və düşündürən dərslik Son illər ölkəmizdə
aparılan təhsil islahatı təhsilin məzmununun
yeniləşdirilməsi, onun dünyanın ən qabaqcıl
ölkələrinin təhsil sistemlərinə inteqrasiyası,
milli təhsilimizin inkişafı baxımından çox
təqdirəlayiqdir. Yeni
fənn kurrikulumlarının meydana gəlməsi,
təlim strategiyalarının təkmilləşdirilməsi,
müasir qiymətləndirmə mexanizmlərinin yaradılması
təhsilin keyfiyyətinin artmasında böyük rol oynayır. Bir ibtidai sinif müəllimi kimi təhsil
sahəsində gedən bu dəyişiklikləri,
yenilikləri diqqətlə izləyir, işimdə
tətbiq edir və müsbət nəticələr alıram. Sevindirici
haldır ki, yeni kurrikulumların tələblərinə
uyğun olaraq resursların hazırlanması prosesinə
də başlanılmışdır. Təhsil islahatının mühüm istiqamətlərindən biri də yeni dərslik vəsaitlərinin hazırlanmasıdır. |
"İnnovativ müəllimlər" müsabiqəsi keçirilir Azərbaycan
Respublikası Təhsil Nazirliyinin dəstəyilə
"Microsoft Azərbaycan" şirkəti Azərbaycanda
"İnnovativ müəllimlər" müsabiqəsini elan
edib. Müsabiqə Təhsil Nazirliyinin həmin korporasiya
ilə təhsil sahəsində uzunmüddətli
əməkdaşlığının tərkib
hissəsidir və "2008-2012-ci illərdə
Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması
üzrə Dövlət Proqramı"na uyğun olaraq keçirilir. Müsabiqədə
məqsəd orta məktəblərdə ən yaxşı
innovasiya üsulları tətbiq edən müəllimləri seçməkdir.
Müsabiqə "Məzmunda innovasiyalar" və
"Tərəfdaşlıqda innovasiyalar" olmaqla iki
nominasiya üzrə təşkil olunub. "Məzmunda innovasiyalar" nominasiyası innovasiya yanaşmaları və informasiya texnologiyalarının yardımı ilə fənn proqramını daha səmərəli şəkildə tədris etməyə imkan verən ən yaxşı təhsil layihələrinin müəyyən edilməsinə istiqamətlənmişdir. |
Tələbələr imtahanların şəffaf keçməsindən razıdırlar Qış imtahan sessiyasının gedişini
müşahidə etmək məqsədilə yanvarın
12-də Bakı Dövlət Universitetinə yollandıq. öncə
zala toplaşan fakültələrin nümayəndələri -
koordinatorlar, müəllimlər, nəzarətçilər
və müşahidəçilər qarşısında keçirilən
imtahanların nəticələri barədə məlumat
verən BDU-nun rektoru, akademik Abel Məhərrəmov qeyd
etdi ki, semestr ərzində çoxlu sayda
tələbələr imtahan verib, təbii ki, qeyri-kafi
qiymət alanlar da olub. Yoxlamalar və təhlillər aparıldıqda məlum olub ki, 1-ci və 2-ci yoxlama arasında bəzi fakültələrdə müəyyən fərqlər yaranıb. Auditoriyalarda məsuliyyətin tam olaraq koordinator və bu işə təhkim olunmuş digər nəzarətçilərin çiyninə düşdüyünü bildirən Abel Məhərrəmov təsdiq olunmuş neqativ faktların əksəriyyətinin yerində həll olunduğunu vurğuladı. BDU-nun 1-ci kurs tələbələri Boloniya prosesinin tələblərinə uyğun olaraq imtahan verirlər. |
British
Council-in Azərbaycanda yeni layihəsi - 11 Müəllimlərin,
şagirdlərin və ingilis dilini öyrənənlərin
nəzərinə! Xarici
dilin öyrənilməsi sahəsində tam yeni və orijinal
metodologiya!
|