· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Təşkilat Komitəsinin tərkibinin təsdiqi barədə

Azərbaycan Respublikası təhsil nazirinin əmri

ƏMR EDİRƏM:

1. Məktəblilər arasında kompüter layihələri üzrə "Gənc kompüter istedadları" respublika müsabiqəsinin  Əsasnaməsinə uyğun olaraq  olimpiadanın Təşkilat Komitəsi  aşağıdakı tərkibdə təsdiq edilsin:

 

Misir Mərdanov            -            Təhsil naziri, sədr

İradə Hüseynova          -            Təhsil nazirinin müavini, sədr müavini

Telman Əliyev              -            AMEA Kibernetika İnstitutunun direktoru, akademik

Rasim Əliquliyev           -            AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

Ramin Mahmudzadə    -            Bakı Dövlət Universitetinin professoru

Gültəkin Hüseynova      -            Təhsil Nazirliyi, Elm şöbəsinin müdir əvəzi

İsmayıl Sadıqov            -            Təhsil Nazirliyi, TİMS şöbəsinin müdiri

Samir Məmmədov        -            Təhsil Nazirliyi, Təhsil sisteminin  İnformasiyalaşdırılması idarəsinin  rəisi

Zülfiyyə Veysova          -            Bakı Avropa Liseyinin direktoru

Məhəbbət Vəliyeva      -            Akademik Z.Əliyeva adına məktəbin direktoru

Zaur İsayev                 -            "Bakı" nəşriyyatının direktoru

Ramazan Vəliyev         -            "Delta Telecom" şirkətinin direktoru

 

2. Təşkilat Komitəsi Əsasnamədə nəzərdə tutulmuş tədbirlərin vaxtında və lazımi   səviyyədə həyata keçirilməsini təmin etsin.

3.  İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin "Azərbaycan müəllimi" qəzetində, "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

4. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

Misir  MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

12 yanvar 2009-cu il

 

 

 

 

 

 

2009-cu ildə "Gənc kompüter istedadları" respublika müsabiqəsinin keçirilməsi haqqında

Azərbaycan Respublikası təhsil nazirinin əmri

Məktəblilər arasında kompüter layihələri üzrə "Gənc kompüter istedadları" respublika müsabiqəsinin  keçirilməsi məqsədilə

ƏMR EDİRƏM:

1.  Məktəblilər arasında kompüter layihələri üzrə "Gənc kompüter istedadları" respublika müsabiqəsinin Münsiflər Heyəti  aşağıdakı tərkibdə təsdiq edilsin:

 

Ramin Mahmudzadə           -            Bakı Dövlət Universitetinin professoru, sədr

İsmayıl Sadıqov                   -            Təhsil Nazirliyi, Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsinin müdiri

Samir Məmmədov               -            Təhsil Nazirliyi, Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi

Akif Əliyev                          -            Təhsil Nazirliyi, TİMS şöbəsinin baş məsləhətçisi, məsul katib

Yadigar İmamverdiyev         -            AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri

Tahir Əlizadə                      -            AMEA Kibernetika İnstitutunun laboratoriya rəhbəri

Tahir Mirkişili                      -            "Ultra" şirkətinin prezidenti

Rahid Ələkbərli                   -            "Delta Telecom" şirkətinin texniki direktoru

Osman Gündüz                   -            "Multimedia" mərkəzinin direktoru

Rasim Baxşı                        -            HP şirkətinin biznes inkişafı üzrə meneceri

Emin  Axundov                    -            "Microsoft Azerbaijan" şirkətinin "Təhsildə əməkdaşlıq" layihəsinin rəhbəri

Teymur Məmmədov            -            "İntel" şirkətinin "Gələcək üçün təhsil" layihəsinin rəhbəri

İradə Səfərova                    -            Bakı Kompüter Kollecinin direktoru

Aygün Əzizova                    -            Z.Əliyeva adına məktəbin İKT üzrə direktor müavini

Naidə İsayeva                     -            Bakı şəhəri 283 nömrəli məktəbin informatika müəllimi

 

2. 2.1. Müsabiqədə iştirak etmək istəyənlər itproject@ict.edu.gov.az ünvanında 1 mart 2009-cu il tarixinə kimi qeydiyyatdan keçsinlər.

2.2. Müsabiqəyə Layihələrin qəbulu 6 aprel 2009-cu il tarixinədək Z.Əliyeva adına məktəbdə aparılsın.

2.3. Müsabiqənin finalı 18-19 aprel 2009-cu il tarixlərdə Bakı şəhərində keçirilsin.

3.  Təhsil sisteminin informasiyalaşdırılması idarəsi (S.Məmmədov)

3.1. Ən yaxşı layihələrin Təhsil portalında yerləşdirilməsini təmin etsin.

3.2. Seçilmiş layihələrin disk şəklində çoxaldılaraq məktəblərə paylanmasını təmin etsin.

4.  İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə)

4.1. Müsabiqənin bütün mərhələlərinin gedişinin videolentə alınmasını təmin etsin.

4.2. Əmrin "Azərbaycan müəllimi" qəzetində, "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

5. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

Misir  MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

12 yanvar 2009-cu il