· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Məktəb tikintisi davam edir

BİLƏSUVAR. Rayonun Ağayri kəndində 220 şagird yerlik məktəb binası tikilir. Cari ilin sentyabrında istifadəyə veriləcək bu təhsil ocağında 11 sinif otağı, kompüter kabineti, kitabxana, idman zalı və nasosxana olacaqdır.

Qeyd edək ki, rayonda son 4 ildə təkcə Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində 4 orta məktəb binası inşa edilərək şagirdlərin ixtiyarına verilmişdir. ötən il rayonun 200 şagird yerlik Əmənkənd kənd məktəbinin də açılışı olmuş, Təzəkənd, Cürəli, Nərimankənd kənd orta və 6 saylı internat məktəbləri isə əsaslı təmir edilmişdir.

Cari ildə rayonun kənd məktəbləri üçün əlavə 10 sinif otağının tikilməsi nəzərdə tutulmuşdur.

 

ŞƏMKİR. 2009-cu ildə rayonda 5 yeni məktəb binası istifadəyə veriləcəkdir. Məktəblərdən ikisi Heydər Əliyev Fondunun təşəbbüsü, üçü isə Dövlət Proqramına əsasən inşa edilir. Dəllər, çinarlı qəsəbələrində, Təzəkənd, İrmaşlı və Aşağı Seyfəlli kəndlərində inşa edilən tədris ocaqlarında son tamamlama işləri görülür.

Müasir standartlara cavab verən məktəblərdə mərkəzləşmiş istilik sistemləri olacaqdır.

AzərTAc

 

MİNGƏçEVİR.  ölkəmizin bütün regionlarında olduğu kimi, Mingəçevirdə də məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi diqqət mərkəzindədir. Belə ki, 2008-ci ilin yayından R.Muradov adına texniki-humanitar liseyin binası günün tələblərinə cavab vermədiyi üçün sökülüb, yerində müasir üslubda üçmərtəbəli 1200 yerlik binanın tikintisinə başlanıb. Məktəb dövlət vəsaiti hesabına və Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində inşa edilir. Təhsil ocağında 50 sinif otağı, fizika, kimya laboratoriyaları, kitabxana, kompüter mərkəzi, idman kompleksi, əl oyunları  meydançası, emalatxana, yaşıllıq sahəsi və s. nəzərdə tutulmuşdur.

Şamil MƏHƏRRƏMOV