· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 


B.e ç.a ç C.a C. Ş. B.
      1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31

 

 

Gəncə Dövlət Universitetinin əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Gəncə Dövlət Universitetinin aşağıdakı əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilsinlər:

 

Cəfərov Nəsrəddin İsmayıl oğlu      

Əhmədov İsmayıl Qaraş oğlu

Ələsgərov Firdovsi Məmmədalı oğlu

Əliyev Nurəddin Məmmədrza oğlu

Əliyeva Nəzakət Usub qızı

Həsənov Zirəddin Səməndər oğlu

Quliyev Əliqulu Umud oğlu 

Quliyev Vəliyəddin Ağabala oğlu

Qurbanəliyeva Sevda Firuddin qızı

Məmmədov Əliheydər Məhəmməd oğlu

Məmmədov Oqtay Qulam oğlu

Mirzəyev Səyyad Müseyib oğlu

Paşayev Sədnik Xəlil oğlu

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 22 aprel 2009-cu il

 

Heydər Əliyev Fondu Marneulidəki Humanitar Universitetin kitabxanasına 100-dək kitab hədiyyə edib

Heydər Əliyev Fondunun göndərdiyi 42 adda 100-dək kitab Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayon mərkəzindəki Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Humanitar Universitetinin kitabxanasına hədiyyə edilmişdir.

 

Azərbaycan, gürcü, ingilis və rus dillərindəki kitablar Azərbaycan-Gürcüstan münasibətlərindən, Dağlıq Qarabağ müharibəsinin ağrı-acılarından bəhs edir.

Kitabların təqdimat mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın gürcüstanlı soydaşlarımıza göstərdiyi qayğıdan, ümummilli lider Heydər Əliyevin xaricdə yaşayan soydaşlarımıza doğma münasibətinin Azərbaycan rəhbərliyi tərəfindən davam etdirilməsindən danışmış, qiymətli töhfəyə görə Fonda təşəkkür etmişdir.

Universitetin rektoru Novruz Bayramov Heydər Əliyev Fondunun universitetə hədiyyəsinə, qayğı və diqqətə görə Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.

Səfir Namiq Əliyev Marneuli rayonunun Alget kəndində Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunan məscid binasında işlərin gedişi ilə tanış olmuş, yerli əhali ilə görüşmüşdür.

 

AzərTAc

 

  

 

Leyla Əliyeva Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri seçilib

Aprelin 18-də Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) təsis konfransı keçirilmişdir.  Konfransda Rusiyanın 60-dan çox regionunda fəaliyyət göstərən 83 Azərbaycan gənclər klubundan və təşəbbüs qruplarından 300-dək nümayəndə, habelə Bakıdan dəvət olunmuş qonaqlar və Rusiyanın rəsmi şəxsləri iştirak etmişlər. 

 

 

İsmayıllıda üç yeni məktəbin açılışı olub

Aprelin 18-də İsmayıllı rayonunun  Xəlilli, Cülyan  və Ağbulaq kəndlərində tikilmiş  220 şagird  yerlik  üç yeni  məktəbin açılış mərasimi oldu.

Təhsil naziri  Misir Mərdanov   yeni məktəblərin açılışı münasibəti ilə rayon rəhbərliyini, təhsil müəssisələrinin  pedaqoji və şagird kollektivlərini, kənd sakinlərini  təbrik   etdi.  İsmayıllı rayonunda görülən bütün bu işlərin ölkə başçısı İlham Əliyevin Azərbaycanda təhsilə  göstərdiyi diqqət  və qayğının nəticəsində  mümkün olduğunu bildirdi.

Sonra nazir Misir Mərdanov  millət vəkilləri Ərəstun Cavadov və Novruzəli Aslanovla birlikdə məktəblərin  sinif otaqlarına, kompüter kabinetlərinə, laboratoriyalara, kitabxanalara, idman və iclas zallarına baxdılar.  

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

(Əvvəli qəzetimizin ötən sayında)

 

Məlumdur ki, cəmiyyətin ahəngdar inkişafında, onun intellektual potensialının formalaşdırılmasında, maddi sərvətlərin insan kapitalına çevrilməsində təhsil, xüsusilə də ali təhsil müstəsna əhəmiyyət kəsb edir. Sürətli dəyişikliklərin baş verdiyi hazırkı vaxtda məhz ali təhsil sosial-iqtisadi və mədəni sahələrdə davamlı inkişafa təkan verən real qüvvə hesab edilir. Bu mənada təhsilə cəmiyyətdən təcrid olunmuş şəkildə qiymət vermək mümkün deyil və belə bir qiymət obyektivlikdən uzaq olardı. Təhsil cəmiyyətin vacib tərkib hissəsi olduğundan, cəmiyyətdə baş verən bütün proseslər son nəticədə təhsil sahəsindən də yan keçmir. 

Müsabiqə qalibləri mükafatlandırıldılar

Aprelin 22-də Təhsil Nazirliyində ali məktəb tələbələrinin   XXI  Respublika elmi konfransı çərçivəsində  keçirilmiş "Ən yaxşı tələbə elmi-tədqiqat işi" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.

ölkədə elmin, təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərildiyini qeyd edən təhsil  nazirinin müavini İradə  Hüseynova Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə aparılan məqsədyönlü işlərdən danışdı.  Bildirdi ki, keçirilmiş "Ən yaxşı tələbə elmi-tədqiqat işi" müsabiqəsi  yüksək biliyə malik, elmi-tədqiqat işləri ilə məşğul olmağa maraq göstərən gənclərimizin aşkarlanmasına, onların tanınmasına imkan verdi. Qeyd olundu ki, müsabiqə 16-17 dekabr 2008-ci il tarixində  Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə  "Odlar yurdu" Universitetinin bazasında keçirilmiş, ali məktəb tələbələrinin XXI Respublika elmi konfransı çərçivəsində təşkil edilmişdir.

Ənənələri yaşadan direktor

Bəzən həyatda elə insanlara rast gəlirsən ki, onların təşkilatçılıq bacarığı, xeyirxahlığı, səmimiliyi, dünyagörüşü, mənəvi zənginliyi, könül toxluğu, Vətəninə, torpağına, millətinə, dininə, dilinə ürəkdən bağlılığı, haqqa inamı, dövlətə, dövlətçiliyə sədaqətlə xidmət etməsi adamı valeh edir. Onlar özlərindən çox başqaları haqqında düşünməyi, vətəndaşlıq, vəzifə və insanlıq borcunu layiqincə yerinə yetirməyi bir an da olsun belə unutmurlar. Belə insanlardan biri də Şahbuz rayonundakı Kükü kənd forta məktəbinin direktoru Hacı Mirnaqim Mirheydər oğlu Seyidovdur.

1934-cü ildə Şahbuz rayonunun axarlı-baxarlı Kükü kəndində doğulan Mirnaqim Seyidov 1952-ci ildə Kükü kənd orta məktəbinin ilk məzunlarından biri olmuşdur. (Kənddə orta məktəb həmin il yaradılmışdır). Həmin il Naxçıvan Müəllimlər İnstitutunun tarix fakültəsinə daxil olmuş, 1954-cü ildə institutu bitirib doğma məktəbinə tarix müəllimi təyin edilmişdir.

Pedaqoji kadrların ixtisasının artırılması günün vacib problemlərindəndir

Aprelin 22-də Bakıdakı 70 nömrəli məktəb-liseyin akt zalında "Pedaqoji kadrların ixtisasının artırılmasının müasir məzmunu və formaları" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanov rəhbərlik etdiyi institutun fəaliyyəti haqqında məlumat verdi. Təhsil nazirinin müvafiq sərəncamına əsasən institutun 70-illik yubileyi ilə əlaqədar tədbirlər planının təsdiq edildiyini diqqətə çatdıran natiq keçiriləcək yubileylə bağlı şəhərin bir sıra rayonlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərində belə tədbirlərin təşkil ediləcəyini bildirdi.

Məktəb şəbəkəsinin optimallaşdırılmasında Litva təcrübəsi

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyəti martın 30-dan aprelin 6-dək təhsil sisteminin öyrənilməsi ilə əlaqədar Litva Respublikasında işgüzar səfərdə olmuşdur. Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (2009-2014-cü illər) "Məktəb şəbəkəsinin rasionallaşdırılması və şagirdbaşına maliyyələşdirmə islahatlarının qiymətləndirilməsi" alt-komponenti çərçivəsində Litva Respublikasının təcrübəsinin öyrənilməsi məqsədilə təşkil edilən səfər zamanı nümayəndə heyəti təhsil sistemində bu istiqamətdə həyata keçirilən tədbirlər və Şilut rayonunun nümunəsində ölkənin məktəb şəbəkəsinin optimallaşdırılması təcrübəsi ilə yaxından tanış olmuşdur. 

Gədəbəydə "Əlifba" bayramı

Aprelin 21-də Gədəbəy rayonunun Ağamalı kənd orta məktəbində şagirdlər, müəllim və valideynlər açıq havada keçirilən "Əlifba" bayramına toplaşmışdılar.

Tədbir birincilərin Dövlət himnini oxumaları ilə başladı. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Məmməd Mustafayev mərasim iştirakçılarını, qonaqları salamlayıb "Əlifba" bayramı münasibəti ilə birinciləri təbrik etdi. Sonra söz aparıcılara - V sinif şagirdləri Nigar Kazımova və Aişə Məmmədliyə verildi. Onlar da birinciləri əlifbanı başa vurmaları münasibəti ilə təbrik etdilər. Növbə ilə çıxış edən birincilər Vətənə, anaya, müəllimə həsr olunmuş şeirlər, tapmacalar söylədilər. Hamı birlikdə şən musiqi sədaları altında rəqs etdi. Birincilərin hazırladıqları yumorlu səhnəciklər də mərasim iştirakçılarının xoşuna gəldi. 

Təlimdə inteqrasiya ətraf aləm haqqında biliklərin sistemli qavranılmasına kömək edir

Milli Kurikulum təhsildə fəndaxili və fənlərarası inteqrasiyaya xüsusi önəm verir. Müxtəlif sahələr üzrə biliklərin inteqrasiyası şagird təfəkküründə ətraf aləm haqqında vahid, sistemli dünyagörüşünün formalaşmasına kömək edir. Riyaziyyatda fəndaxili inteqrasiya bu fənn üzrə müxtəlif məzmun xətlərinin və tədrisin müxtəlif mərhələlərində (siniflərində) qazanılmış bilik və bacarıqların əlaqələndirilməsini nəzərdə tutur, üfüqi və şaquli olmaqla iki yerə ayrılır.

üfüqi inteqrasiya bir mövzu (material) daxilində müxtəlif məzmun standartlarının əlaqəsi deməkdir. Şaquli inteqrasiya isə standantların siniflər üzrə əlaqəsini əhatə  edir    bəzən  siniflərarası  inteqrasiya  da  adlandırılır.

British Council-in Azərbaycanda yeni layihəsi - 21

Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə!

Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!