|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Gənc kompüter istedadları müsabiqəsi keçirildi Akademik
Z.Əliyeva adına orta məktəbdə şagirdlər
arasında kompüter layihələri üzrə "Gənc
kompüter istedadları" Respublika müsabiqəsi keçirildi.
Təhsil nazirinin müvafiq əmrinə uyğun olaraq təşkilat
komitəsi, münsiflər heyətinin təşkili və müsabiqənin
əsasnaməsi hazırlanıb təsdiq edilmişdir. Təşkilat komitəsinin, eləcə
də münsiflər heyətinin tərkibinə AMEA-nın,
qeyri-dövlət qurumlarının, İKT şirkətlərinin
nümayəndələri, orta ümumtəhsil
məktəblərinin rəhbər və müəllimləri
daxil edilmişdir. Təhsil Nazirliyinin şöbə müdiri
İsmayıl Sadıqovun məlumatına görə, IV-XI
sinif şagirdlərinin iştirak etdiyi müsabiqə üçün
ayrıca elektron ünvan açılmış və bu ünvana 114
ərizə daxil olmuşdur. Onlardan 69-u təqdimat, 28-i veb-sayt, 17-i
isə kompüter proqramları nominasiyası üzrədir.
Təqdim edilən ərizələrin 83-ü Bakıdan,
22-si Sumqayıtdan, 9-u isə respublikanın digər şəhər
və rayonlarından verilib. 70 layihədən 47-si Bakıdan,
15-i Sumqayıtdan, 3-ü Mingəçevirdən, 2-si Şəkidən,
hərəsindən 1 layihə olmaqla Zaqatala, Dəvəçi
və Cəlilabad rayonlarından təqdim edilmişdir.
İ.Sadıqov qeyd etdi ki, münsiflər heyətinə
təqdim olunan layihələrə ilkin baxışdan
sonra diskə yazılaraq bir daha baxılmaq üçün münsiflər
heyətinin üzvlərinə paylanmışdır. İştirakçılara müsabiqənin şərtləri
barədə geniş məlumat verildikdən sonra onlar
nəzarətçilərin müşayiəti ilə lazımi
avadanlıqlarla təchiz edilmiş otaqlara yerləşdirildilər. Sonra böyük ekran vasitəsilə
layihələrin təqdimatı başlandı. Münsiflər
heyətinin üzvləri işlərə öz fikirlərini
bildirməklə lazımi təkliflərini verdilər. "Gənc kompüter istedadları" müsabiqəsinin
qalibləri yaxın günlərdə məlum olacaqdır. Fazil İDRİSOĞLU, foto müəllifindir
|