|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Müsabiqə qalibləri mükafatlandırıldılar Aprelin
22-də Təhsil Nazirliyində ali məktəb
tələbələrinin
XXI Respublika elmi
konfransı çərçivəsində
keçirilmiş "Ən yaxşı
tələbə elmi-tədqiqat işi" müsabiqəsinin
qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. ölkədə elmin, təhsilin inkişafına
xüsusi diqqət və qayğı göstərildiyini qeyd
edən təhsil nazirinin
müavini İradə Hüseynova
Respublika Prezidenti cənab İlham Əliyev
tərəfindən bu istiqamətdə aparılan
məqsədyönlü işlərdən danışdı. Bildirdi ki, keçirilmiş "Ən yaxşı
tələbə elmi-tədqiqat işi" müsabiqəsi
yüksək biliyə malik, elmi-tədqiqat işləri
ilə məşğul olmağa maraq göstərən
gənclərimizin aşkarlanmasına, onların tanınmasına
imkan verdi. Qeyd olundu ki, müsabiqə 16-17 dekabr 2008-ci il
tarixində Azərbaycan
Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı
ilə "Odlar yurdu" Universitetinin bazasında keçirilmiş,
ali məktəb tələbələrinin XXI Respublika elmi
konfransı çərçivəsində təşkil edilmişdir.Konfransın
16 bölməsində 320 tələbə məruzə
ilə çıxış etmişdir. Müsabiqə cari
ilin fevral-mart aylarında keçirilmiş və bura
konfrans iştirakçılarının reytinq
cədvəlinin yuxarı üç
pilləsində olan tələbələr buraxılmışdır.
Təhsil Nazirliyi
tərəfindən yaradılmış
tanınmış alimlərdən ibarət
münsiflər heyəti müsabiqəyə
buraxılmış hər bir tələbə ilə müsahibə
aparıb və 16 qalib müəyyənləşdirib.
Təqdim olunan elmi-tədqiqat işlərində
gənclərin yüksək elmi hazırlıq, bilik nümayiş
etdirdiyini deyən İ.Hüseynova "Ən yaxşı
tələbə elmi- tədqiqat işi" müsabiqəsinin
qaliblərini mərasim
iştirakçılarına təqdim etdi. Qaliblərə
Təhsil Nazirliyinin diplomları təqdim olundu.Bütün
qalibləri təhsil naziri Misir Mərdanovun adından
və öz adından təbrik edən nazir müavini
onlara gələcək elmi yaradıcılıq işlərində
müvəffəqiyyətlər arzuladı. çıxış edənlər - Bakı Dövlət
Universitetinin prorektoru İsmayıl Əliyev, AMEA-nın müxbir
üzvü Vaqif Abbasov, Azərbaycan
Dövlət Pedaqoji Universitetinin fizika fakültəsinin
dekanı, professor Mirzəli Murquzov, Bakı Slavyan
Universitetinin prorektoru
Məmməd Əliyev müsabiqənin keçirilməsinin
əhəmiyyətinə toxunaraq,
qaliblərə ən xoş istəklərini çatdırdılar.
Müsabiqənin qaliblərindən Heydər
Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin
tələbəsi Teymur Mustafayev, Bakı Dövlət
Universitetinin magistrantı Şəbnəm Həsənli,
Gəncə Dövlət Universitetinin tələbəsi Elnur
Həsənov çıxış edərək ölkə başçısı
cənab İlham Əliyev tərəfindən
gənclərə göstərilən diqqət və qayğıdan
söz açdılar. çıxış edən tələbə
gənclər sonda bütün
qaliblər adından onların
əməyini belə yüksək qiymətləndirdiyinə
görə təhsil naziri Misir Mərdanova və müsabiqənin
keçirilməsində zəhməti
olan bütun şəxslərə
öz minnətdarlıqlarını bildirdilər.
Samirə KƏRİMOVA
|