· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

İsmayıllıda üç yeni məktəbin açılışı olub

Aprelin 18-də İsmayıllı rayonunun  Xəlilli, Cülyan  və Ağbulaq kəndlərində tikilmiş  220 şagird  yerlik  üç yeni  məktəbin açılış mərasimi oldu.

Təhsil naziri  Misir Mərdanov   yeni məktəblərin açılışı münasibəti ilə rayon rəhbərliyini, təhsil müəssisələrinin  pedaqoji və şagird kollektivlərini, kənd sakinlərini  təbrik   etdi.  İsmayıllı rayonunda görülən bütün bu işlərin ölkə başçısı İlham Əliyevin Azərbaycanda təhsilə  göstərdiyi diqqət  və qayğının nəticəsində  mümkün olduğunu bildirdi.

Sonra nazir Misir Mərdanov  millət vəkilləri Ərəstun Cavadov və Novruzəli Aslanovla birlikdə məktəblərin  sinif otaqlarına, kompüter kabinetlərinə, laboratoriyalara, kitabxanalara, idman və iclas zallarına baxdılar. 

Həmin gün  rayon mədəniyyət evində  təhsil işçilərinin iştirakı   ilə  müşavirə də keçirildi. Müşavirəni giriş sözü ilə açan  Rayon icra hakimiyyətinin başçısı Nizami Ələkbərov son beş ildə İsmayıllıda təhsil sahəsində  aparılan işlərdən və qazanılmış uğurlardan  bəhs etdi.

Müşavirədə çıxış edən təhsil naziri Misir Mərdanov 2008-2009 -cu dərs ilində İsmayıllı rayonunda təhsil islahatının həyata keçirilməsində mühüm işlər görüldüyünü, tədris prosesində müasir təlim metodlarının tətbiqini və təhsil müəssisələrinin maddi-texniki bazasının xeyli yaxşılaşdırılmasını və ölkə Prezidentinin apardığı uğurlu daxili və  xarici siyasət sayəsində ölkəmizdə əldə edilən sürətli iqtisadi inkişafın məktəb tikintisi və məktəblərin əsaslı təmirində həlledici rol oynadığını qeyd etdi. Son on ildə Azərbaycanda yeni tikilən və əsaslı təmir olunan məktəblərin sayının 2500 -dən çox olduğunu bildirdi.

Təhsil naziri Misir Mərdanov İsmayıllıda  dərs ili ərzində iki müəllimə  ölkə başçısı  tərəfindən "Əməkdar müəllim" fəxri adının  verilməsini, müəllimlərin sosial şəraitinin yaxşılaşdırılması baxımından hər il onların əməkhaqlarının artırılmasını xüsusi vurğuladı.  

Dünya Bankının dəstəyi ilə həyata keçirilən təhsil islahatı sahəsində çox ciddi işlər görüldüyünü, o cümlədən 2009-2010-cu dərs ili üzrə  orta  məktəblərin II sinifləri üçün dərsliklərin hazırlanması istiqamətində müvafiq iş aparıldığını, mayın  sonunadək  nəzərdə tutulan  komplektlərin  hazır olacağını bildirdi. Nazir hazırda məktəblərin lazımi avadanlıqlarla, dərslik və dərs vəsaiti ilə  təmin  olunması  sahəsində heç bir  problemin olmadığını nəzərə çatdırdı.

Hazırda Azərbaycanda  zəruri şərtləri ödəyən təlim və təhsil mühitinin formalaşmaqda olduğunu deyən Misir Mərdanov bildirdi ki, ölkə başçısı, ictimaiyyət təhsil işçilərindən bu gün daha  keyfiyyətli nəticə gözləyirlər. Bu istiqamətdə çox ciddi işlər  görməliyik, bizim vəzifəmiz müəllimlərlə gərgin işləməkdən ibarət olmalıdır.

Təhsil naziri Misir Mərdanov  ölkənin bütün məktəblərində olduğu kimi, İsmayıllı rayonunun tədris ocaqlarında da XI siniflər üzrə   buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada   keçiriləcəyini bildirdi və test üsulu ilə keçiriləcək buraxılış imtahanlarından və onun əhəmiyyətindən  danışdı.

Sonra nazir  müşavirədə İsmayıllı  məktəbləri üzrə sınaq imtahanlarının nəticələrinə öz münasibətini bildirdi və bəzi məktəblərin göstəricilərindən narazı qaldığını dedi.     Məktəblərdə yeni qiymətləndirmə sistemi və bu ildən IX siniflərdə  keçiriləcək buraxılış imtahanları haqqında  məlumat verdi.

Rayonda təhsil sahəsində mövcud  olan nöqsanların tezliklə aradan qaldırılacağına ümidvar olduğunu deyən nazir Misir Mərdanov İsmayıllı rayon təhsil işçilərinin qarşısında duran vəzifələrdən ətraflı danışdı və    onlara gələcək işlərində uğurlar  arzuladı.

 

Şakir CƏFƏROV