· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 


B.e ç.a ç C.a C. Ş. B.
      1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli 2957 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılsın.

2. "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə" təsdiq edilsin (əlavə olunur).

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Litvanın ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb

ölkəmizdə səfərdə olan Litvanın xarici işlər naziri Viqaudas Uşatskasın rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 8-də Heydər Əliyev Fondunda olmuşdur.

Qonaqlar əvvəlcə Fondun sərgi və ekspozisiyası ilə tanış oldular. Xalqımızın ümummilli lideri Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən sənədlərə, dahi şəxsiyyətin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillərə, ulu öndərimiz haqqında kitablara, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkillərinə böyük maraqla baxdılar.

 

 

 

Heydər Əliyev adına Sosial Elmlər İnstitutunun fəaliyyət göstərdiyi Ukrayna Regionlararası Heyəti İdarəetmə Akademiyasının iyirmi yaşı tamam olub

Ukraynanın ən böyük qeyri-hökumət ali məktəbi sayılan Regionlararası Heyəti İdarəetmə Akademiyası (RHİA) aprelin 3-də 20-ci ildönümünü qeyd etmişdir. Nəzdində Heydər Əliyev adına Sosial Elmlər İnstitutunun uğurla fəaliyyət göstərdiyi bu təhsil ocağında dünyanın 24 ölkəsindən, o cümlədən Azərbaycandan olan çoxlu sayda tələbə və aspirant təhsil alır.

 

  

 

 

Texniki peşə təhsilinin inkişafı ilə bağlı layihənin təqdimatı olub

Aprelin 7-də "Excelsior" otelində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş regionunda pilot icrası" layihəsinin təqdimat mərasimi keçirildi.

Tədbirdə bu layihə və onun Azərbaycanda texniki peşə təhsilinin inkişafında müstəsna əhəmiyyəti haqqında ətraflı məlumat verildi. Qeyd olundu ki, Azərbaycan hökumətinə mövcud texniki peşə təhsili sistemində islahatlar aparılması üçün strategiyanın hazırlanmasında dəstək göstərəcək layihənin əsas məqsədi ölkəmizin qeyri-neft sektorunun rəqabət qabiliyyətinin yüksəldilməsi və məzunlar üçün iş imkanlarının artırılmasından ibarətdir. 

Ali məktəb tələbələri arasında informatika üzrə respublika olimpiadasının I seçmə mərhələsi keçirilib

Heydər Əliyev Fondu, Rabitə və İnformasiya Texnologiyaları və Təhsil nazirlikləri, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə ali məktəb tələbələri arasında Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan informatika üzrə ümumrespublika olimpiadası keçirilir.

"Xüsusi istedada malik olan uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)"na müvafiq olaraq təşkil edilən bu tədbir gənclərin İKT biliklərinin daha da təkmilləşdirilməsi, informatika və proqramlaşdırma sahəsində istedadlı tələbə və məktəblilərin aşkara çıxarılması və onlara dəstək məqsədləri daşıyır.

Aprelin 5-də Qafqaz Universitetində olimpiadanın I seçmə mərhələsi olmuşdur.

Görüşlərlə zəngin səfər proqramı

Təhsil naziri Misir Mərdanovun başçılıq etdiyi nümayəndə heyəti Almaniyada səfərdə olub

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi bir qrup təhsil işçisindən ibarət nümayəndə heyəti Alman Akademik Mübadilə Xidmətinin (DAAD) dəvəti ilə bu il martın 30-dan aprelin 5-dək Almaniyada səfərdə olub. Nümayəndə heyətinin tərkibinə Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov, Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov və Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor Mirdamət Sadıxov, Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Qulu Novruzov və şöbənin əməkdaşı Azad Axundov daxil idi. 

Səhvlərlə dolu daha bir müəllim ərizəsi 

 

Ona ixtisası üzrə dərs verilməməsindən şikayət yazan müəllimin ərizəsində 90 səhv var

 

Lerik rayonunun Orand kənd sakini Qorxmaz Mustafayev Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralova ərizə ilə müraciət etmişdir. Surəti redaksiyaya daxil olan ərizədə Qorxmaz müəllim göstərir ki, Azərbaycan Beynəlxalq Universitetin tarix fakültəsini 2007-ci ildə bitirməsinə baxmayaraq, hələ də ixtisası üzrə işləmir. Halbuki kəndlərində fəaliyyət göstərən orta məktəbdə tarix müəllimi yoxdur və tarix dərsləri qeyri-ixtisas müəllimləri arasında bölüşdürülüb. Bundan başqa, ərizədə məktəb direktorunun özbaşınalığından, qohumbazlığından, burada baş verən digər nöqsan və çatışmazlıqlardan danışılır və bunların yoxlanılması tələb edilir.

Ərizədə qeyd olunan faktların nə dərəcədə düzgün olmasını demək çətindir. Bu, xüsusi tədqiqat və araşdırma tələb edir. 

Sumqayıtda istedadlı şagirdlər üçün yeni lisey

Respublikamızda müstəqillik əldə edildikdən sonra digər sahələrdə olduğu kimi, özəl ali və orta ixtisas məktəblərinin, kolleclərin və liseylərin yaradılaraq inkişaf etdirilməsinə dövlət tərəfindən xüsusi qayğı göstərilir ki, bu da elmin, təhsilin inkişafına və yeni iş yerlərinin açılmasına xidmət edir. Belə təhsil ocaqlarından birinin Sumqayıt şəhərində olduğunu və qısa müddətdə Avropa standartlarına tam cavab verən səviyyədə işlədiyini, bir sıra iş prinsipləri ilə başqa özəl liseylərdən fərqləndiyini eşitmişdik. Vəziyyətlə yerində tanış olmaq üçün həmin liseyə getməyi qərara aldıq. Məktəbin tədris işləri üzrə direktor müavini Sevda Butayeva ilə iş başında görüşüb gəlişimizin məqsədini ona bildirdik. 

Təcrübə "Riyaziyyat-1" dərslik komplektinin üstünlüyünü sübut edir

Keçən əsrin  90-cı illərindən ölkəmizdə başlayan köklü dəyişikliklər bütün sahələrdə olduğu kimi, təhsildə də əsaslı islahatlar aparılmasını və bunun tərkib hissəsi olaraq təhsilin məzmununun yeniləşdirilməsini  həyatın tələbi kimi meydana çıxardı.  Hazırda təhsil sahəsində keçirilən islahatlar məhz təhsilin məzmununun yeniləşməsinə yönəldilmişdir. Müasir dövrün tələblərinə  görə təlimin məzmunu sadəcə təriflərin, düsturların, tarixi hadisələrin, nəzəri materialların mənimsənilməsinə, mexaniki əzbərlənməsinə deyil, şagirdlərdə təşəbbüskarlıq, yaradıcı düşünmək, mühakimələr apararaq nəticə çıxarmaq, sərbəst qərar qəbul etmək, tətbiq və tədqiqatçılıq bacarıqlarının formalaşmasına yönəldilməlidir.

British Council-in Azərbaycanda yeni layihəsi - 19

Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə!

Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!