|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Heydər Əliyev Fondu, Rabitə və
İnformasiya Texnologiyaları və Təhsil
nazirlikləri, AMEA-nın İnformasiya Texnologiyaları
İnstitutunun birgə təşkilatçılığı
ilə ali məktəb tələbələri arasında
Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə
həsr olunan informatika üzrə ümumrespublika olimpiadası
keçirilir. "Xüsusi istedada malik olan uşaqların
yaradıcılıq potensialının inkişafı üzrə
Dövlət Proqramı (2006-2010-cu illər)"na müvafiq
olaraq təşkil edilən bu tədbir gənclərin
İKT biliklərinin daha da təkmilləşdirilməsi,
informatika və proqramlaşdırma sahəsində istedadlı
tələbə və məktəblilərin aşkara çıxarılması
və onlara dəstək məqsədləri daşıyır.
Aprelin 5-də Qafqaz Universitetində
olimpiadanın I seçmə mərhələsi olmuşdur. Olimpiadada 7 ali təhsil müəssisəsinin
tələbələrindən və müsabiqədənkənar
Azərbaycan Türk özəl və Bakı
özəl Türk
liseyləri məktəblilərindən ibarət 31 komanda
iştirak etmişdir. Tədbirdə çıxış edən
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin
müdiri R.Gülməmmədov, Qafqaz universitetinin mühəndislik
fakültəsinin dekanı H.Orucov
və b. İKT-nin bütün fəaliyyət
sahələri ilə yanaşı, təhsil sistemində
də tətbiqi istiqamətində aparılan işləri
yüksək qiymətləndirmiş, olimpiadanın
gənclərin informatika və proqramlaşdırma
sahəsində hazırlıq səviyyəsini aşkara
çıxarmaq, bu sahədə biliklərini daha da artırmaq
və s. baxımından mühüm əhəmiyyət kəsb
etdiyini söyləmişlər. İnformatika və proqramlaşdırma
sahəsində xüsusi istedadları olan gənclərin sayının
ölkəmizdə ildən-ilə artdığı, qlobal
informasiya cəmiyyətinin formalaşdığı şəraitdə
bunun müsbət hal olduğu, bu kimi tədbirlərin keçirilməsinə
böyük ehtiyac duyulduğu bildirilmişdir. çıxışçılar
olimpiadada iştirak etmək istəyənlərin sayının
əvvəlki illərlə müqayisədə bu il üstünlük
təşkil etdiyini qeyd edərək, yarış iştirakçılarına
uğurlar diləmişlər. Olimpiadanın əsasnaməsinə uyğun
olaraq I seçmə mərhələsində balların 30
faizini toplamış 17 komanda (Bakı Dövlət
Universitetinin 4 - "Overflo", BSU 1, "Oscar" və
ENG 1, Azərbaycan Dövlət Neft Akademiyasının 3 - ADNA
1, "Leker" və "Alfa", Azərbaycan Texniki
Universitetinin "Tornado", Qafqaz Universitetinin 5 -
"Qafqaz şahinləri", "Qafqaz U2",
"Qafqaz U7", "Qafqaz U4" və "Qafqaz
U3", Naxçıvan Dövlət Universitetinin NDU 2,
Azərbaycan-Türk özəl Liseyinin 2 - "Olischool"
və ATOL, Bakı özəl Türk Liseyinin "Chipmunks"
komandası) final mərhələsinə vəsiqə
qazanmışdır. Olimpiadanın final mərhələsi mayın
3-də AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda
keçiriləcəkdir. Y.ƏLİYEV
|