· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Təhsil Nazirliyində Beynəlxalq Layihə Olimpiadası qalibləri ilə görüş keçirilib

Aprelin 1-də Təhsil Nazirliyində "İNEPO-AVRASİYA" Ətraf Mühitin Mühafizəsi III Beynəlxalq Layihə Olimpiadası qalibləri ilə görüş keçirilib.

Təhsil nazirinin müavini Elmar Qasımov görüşü giriş sözü ilə açaraq olimpiada iştirakçılarını salamlayıb və onları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edib. Bildirib ki, olimpiada ildən-ilə geniş miqyas alıb, olimpiadanın birinci ilində 17, daha sonra 30, bu il isə Türkiyə, ABŞ, Braziliya, Tayvan, Slovakiya, Vyetnam, Polşa, Albaniya və ümumilikdə 33 ölkədən olan nümayəndə iştirak üçün ölkəmizə gəlib. E.Qasımov bu tədbirin Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Neft Şirkəti, "çağ" öyrətim İşlətmələri Şirkəti və İctimai Televiziyanın təşkilatçılığı ilə keçirildiyini, təqdim edilən layihələrin dünyanın bir sıra ölkələrindən gələn təcrübəli elm adamlarından ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcəyini diqqətə çatdırıb. Eyni zamanda E.Qasımov qaliblərə mükafatların təqdimetmə mərasiminin aprelin 4-də Bakı Əl Oyunları İdman Sarayında keçiriləcəyini qeyd edib.

Bəşəriyyəti narahat edən məsələlərdən biri kimi ekoloji problem, onları doğuran və ətraf mühitin çirklənməsinə təsir göstərən əsas amillər barədə məlumat verən nazir müavini bununla bağlı müasir dünyanın imkanlarından, elmi-texniki tərəqqinin inkişafından, eləcə də orta məktəblərdə ekoloji maarifləndirmə tədbirlərinin aparması məsələsindən də söz açıb. E.Qasımov olimpiada iştirakçılarına Azərbaycanın tarixi, coğrafiyası və mədəniyyəti ilə bağlı məlumat verib, son illər ölkəmizin sürətli inkişafı, təhsilə göstərilən dövlət qayğısı haqda danışıb.

çıxışının sonunda nazir müavini əhəmiyyətli xarakter daşıyan bu olimpiadanın keçirilməsində əməyi olan şəxslərə təşəkkür edib, iştirakçılara isə nailiyyətlər qazanmağı arzulayıb.

"çağ" öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər özərən "İNEPO-AVRASİYA" Ətraf Mühitin Mühafizəsi III Beynəlxalq Layihə Olimpiadası üzrə görülən işlərlə bağlı məlumat verib, olimpiadanın qlobal dünyanın problemlərini aşkar etməyə köməklik göstərəcəyini vurğulayıb.

Görüşdə olimpiada iştirakçıları ilə yaxından tanışlıq aparılıb.

Sonda qonaqlar xatirə şəkli çəkdiriblər.