· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

   

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Litvanın ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb

ölkəmizdə səfərdə olan Litvanın xarici işlər naziri Viqaudas Uşatskasın rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 8-də Heydər Əliyev Fondunda olmuşdur.

Qonaqlar əvvəlcə Fondun sərgi və ekspozisiyası ilə tanış oldular. Xalqımızın ümummilli lideri Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən sənədlərə, dahi şəxsiyyətin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillərə, ulu öndərimiz haqqında kitablara, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkillərinə böyük maraqla baxdılar.

Litvanın Baş nazirinin xanımı, Mstislav Rostropoviç Fondunun prezidenti Rasa Kubiliene Fondun Xatirə kitabına ürək sözlərini yazdı.

Qonaqlar Fondun fəaliyyətinə, həyata keçirdiyi layihələrə həsr olunmuş sənədli filmə də tamaşa etdilər. Sonra Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva litvalı qonaqlarla görüşdü. Mehriban xanım onları ölkəmizdə və ulu öndər Heydər Əliyevin adını daşıyan Fondda görməkdən məmnun olduğunu söylədi. Litva ilə Azərbaycan arasında bütün səviyyələrdə xoş münasibətlərin formalaşdığını deyən Mehriban xanım görüş iştirakçılarına Heydər Əliyev Fondunun müxtəlifyönümlü proqramları haqqında məlumat verdi. Bildirdi ki, əsas məqsədi Azərbaycan xalqının ümummilli lideri tərəfindən yaradılmış azərbaycançılıq ideologiyasının təbliği və gələcək nəsillərə çatdırılması olan Fond həm də qayğıya və köməyə ehtiyacı olanların problemlərinin həlli, uşaq evləri və internat məktəblərində tərbiyə alan uşaqlara, qaçqın və məcburi köçkünlərə yardım, elm, təhsil, səhiyyə və mədəniyyət sahəsində çoxsaylı tədbirlər həyata keçirir.

Səmimi görüşə görə təşəkkürünü bildirən Litvanın Baş nazirinin xanımı Rasa Kubiliene Heydər Əliyev Fondu ilə tanışlığın onlarda zəngin təəssürat doğurduğunu söylədi. Başçılıq etdiyi Fondun 2003-cü ildən fəaliyyət göstərdiyini deyən qonaq bildirdi ki, M.Rostropoviç Fondu da, demək olar, eyni funksiyaları həyata keçirir, xeyriyyəçilik tədbirləri ilə məşğul olur.

Görüşdə fondlar arasında əməkdaşlığın hər iki tərəf üçün səmərəli olacağı vurğulandı.

Qonaqlar Mehriban xanıma nəcib və xeyirxah fəaliyyətində uğurlar arzuladılar.

 

AzərTAc