Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

25 Dekabr 2009 - ¹50

 

Bir müəllimin ərizəsini 7 dəfə oxusaq da...

 

Kəlbəcər rayon 37 nömrəli əsas məktəbin ingilis dili müəllimi Vüqar Rzayev ona Azərbaycan dili və ədəbiyyat fənnindən dərslərin verilməməsi barədə müxtəlif idarə və təşkilatlara ərizələr ünvanlayıb. Surəti bizim redaksiyaya da daxil olan həmin ərizələrdən birində Vüqar müəllim ona qarşı olan haqsızlıqlardan bəhs edir və direktorun cəzalandırılmasını istəyir.

Doğrusu, Vüqar müəllimin labirintə bənzəyən bu əcaib-qəraib ərizəsini höccələyə-höccələyə düz 7 dəfə oxusaq da, bir çox suallara cavab tapa bilmədik.

Birincisi, öyrənmək istəyirdik ki, Vüqar müəllim hansı rayonun ərazisində yaşayır. O, ərizəsində yazır: "Biz çələbixan köçkünlər qəsəbəsində məskunlaşmışıq və Kəlbəcər məktəbində işləyirik". Daha sonra öyrənmək istədim ki, görəsən o, ali təhsillidirmi, hansı institutu, universiteti və ya texnikumu bitirib? Görəsən, neçə ildir ingilis dilindən dərs deyir? Neçə saat dərs yükü var ki, hələ üstəlik Azərbaycan dili və ədəbiyyat fənnindən də dərs demək istəyir?

Bütün bunlar bir yana, diqqətimizi daha çox cəlb edən ərizənin müəllim adına yaraşmayan dərəcədə savadsız yazılması oldu.

Vüqar müəllim cəmi-cümlətanı iki vərəqlik ərizəsində düz 28 orfoqrafik və üslub səhvinə yol verib. Səhvlərin çoxluğunu nəzərə alaraq onları sadalamağı lazım bilmirik. Ancaq fikirləşirik ki, görəsən bu savadla şagirdlərə o, Azərbaycan dili və ədəbiyyat fənnini necə tədris edə bilər? ümumiyyətlə, o, əgər ingilis dilini də şagirdlərinə belə öyrədirsə, vay o şagirdlərin halına. Görəsən, belə savadla Vüqar müəllimin nəinki əlavə dərs saatı tələb etməyə, ümumiyyətlə, onun dərs deməyə haqqı varmı?

Yəqin ki, bu suallara aidiyyəti təşkilatlar cavab tapacaq. 

ƏDALƏT

 
  Nömrənin müdəricatına dön

 

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
25 Dekabr 2009 - ¹50
Dünya azərbaycanlılarına
 
Azərbaycan Respublikasının idman mütəxəssislərinə fəxri adların verilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
İl ərzində çoxlu sayda təhsil işçisi dövlət təltiflərinə və fərdi təqaüdlərə layiq görülüb
 
ADU-da elmi-praktik konfrans
 
Azərbaycanlı müəllimlər Kent Universitetində təcrübə keçiblər
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
BDU-da təlim kursunun müdavimlərinə sertifikatlar təqdim olundu
 
Təhsil naziri "açıq dərs"də iştirak etdi
 
Bir müəllimin ərizəsini 7 dəfə oxusaq da...
 
Kredit sistemini ilk tətbiq edən ali məktəb
 
Məktəbdə İKT-nin tətbiqi  xeyli genişlənib
 
"Biliklər cəmiyyəti"ndə təhsil paradiqması
 
Dünya universiteti: Avstraliya Milli  Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov