Dekabrın 22-də Bakı Dövlət Universitetində BDU
və Rusiya Elmlər Akademiyasının Rentgenstruktur
Analiz Mərkəzi arasında təsdiqlənmiş layihə
çərçivəsində təşkil olunmuş təlim kursunun
müdavimlərinə sertifikatların təqdim olunma
mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə BDU-nun rektoru Abel
Məhərrəmov açaraq bildirdi ki, bu layihə
Azərbaycanda kristal qrafiya elminin inkişafı
üçün tarixi bir layihədir. Layihə çərçivəsində
BDU-da milli gənc kadrların hazırlanması əsas
məqsəd kimi qarşıya qoyulmuşdu.Kimya
fakültəsində rentgenstruktur analiz
laboratoriyası yaradılmış və Rusiyadan da bura
tanınmış mütəxəssislər cəlb olunmuşdur.Nəticədə
elmin bu sahəsində böyük uğur əldə edən 12
nəfər gənc BDU-da RSA tədqiqatları apara bilir.
Tədbirdə iştirak edən təhsil naziri Misir
Mərdanov BDU ilə Rusiya Elmlər Akademiyasının
Rengenstruktur Analiz Mərkəzi arasında
təsdiqlənmiş layihəni xüsusi qiymətləndirdi və
bu gün BDU -da yaradılmış "Rentgenstruktur
analiz" laboratoriyasında olduğunu tədbir
iştirakçılarının nəzərinə çatdırdı. Elm
sahəsində bu cür uğurlar qazanılmasının ölkə
başçısının diqqət və qayğısı nəticəsində mümkün
olduğunu deyən təhsil naziri Misir Mərdanov
elmi əməkdaşlığa görə Rusiya Elmlər
Akademiyasının mütəxəssislərinə öz təşəkkürünü
bildirdi.
Sonda təhsil naziri Misir Mərdanov və AMEA-nın
vitse-prezidenti, akademik Akif Əlizadə
tərəfindən təlim kursunun 12 müdaviminə
sertifikatlar təqdim olundu. |