Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

11 Dekabr 2009 - ¹48

 

Azərbaycan Müəllimlər İnstitutunun 80 illik yubileyi qeyd olunub

 

Dekabrın 9-da Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Əvvəlcə mərasim iştirakçıları AMİ-də yeni yaradılmış Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişlər. Rəmzi açılışı bildirən lent kəsildikdən sonra mərkəzlə tanış olan mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara maraqla baxmışlar.

Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə həyata keçirdiyi nəhəng layihələrə, elmin və təhsilin inkişafı məqsədi ilə atdığı addımlara həsr olunmuş film nümayiş etdirilmişdir.

Sonra mərkəzdə ümummilli liderin büstünün açılışı olmuşdur. Mərasim iştirakçıları adından büstün önünə əklil qoyulmuş, xatirə şəkli çəkdirilmişdir.

İnstitutun idman zalında tələbələrin hazırladıqları "İdman həyəcanı" proqramı nümayiş olunmuşdur.

AMİ-nin akt zalında davam edən mərasimdə təhsil naziri Misir Mərdanov yubiley münasibətilə iştirakçıları təbrik etmişdir. Bildirmişdir ki, Azərbaycanda son illər elmin, təhsilin inkişafı məqsədi ilə həyata keçirilən çoxsaylı dövlət proqramları, layihələr, inşa olunan yeni məktəb binaları, nəşr edilən dərslik və tədris vəsaitləri dövlətimizin başçısının bu sahəyə göstərdiyi böyük diqqət və qayğının bariz nümunəsidir. Nazir buna görə bütün təhsil işçiləri adından Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.

ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərinə toxunan nazir qeyd etmişdir ki, bu gün respublikamızda əldə edilən nailiyyətlərə görə ulu öndərin ruhu şaddır. çünki onun arzuları, istəkləri Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində böyük sürətlə reallığa çevrilir.

AMİ-nin yubileyinin Azərbaycanın bütün müəllimlər ordusu üçün bayram olduğunu vurğulayan nazir, son 4 ildə institutda böyük yenidənqurma və abadlıq işlərinin aparıldığını, burada təhsilin müasir tələblər səviyyəsinə qaldırılması, bu ali məktəbin qarşısında duran vəzifələrin həyata keçirilməsi üçün gərəkli işlər görüldüyünü qeyd etmişdir.

Mərasimdə Prezident İlham Əliyevin Azərbaycan Müəllimlər İnstitutunun bir qrup əməkdaşının yüksək dövlət mükafatları ilə təltif edilməsi haqqında sərəncamları oxunmuş, bu mükafatların AMİ-nin Elmi Şurasında təqdim olunacağı bildirilmişdir.

İnstitutun bir qrup əməkdaşının Təhsil Nazirliyinin mükafatlarına layiq görüldüyünü qeyd edən nazir Misir Mərdanov bu mükafatları sahiblərinə təqdim etmişdir.

AMİ-nin rektoru, professor Aqiyə Naxçıvanlı institutun əməkdaşlarının əməyinin yüksək dövlət mükafatlarına layiq görülməsinə görə dövlətimizin başçısına kollektivin dərin minnətdarlığını çatdırmışdır. Yarandığı vaxtdan bu günədək xalqımız üçün çox gərəkli olan bir missiyanın kollektiv tərəfindən şərəflə həyata keçirildiyini vurğulayan rektor bu təhsil ocağının tarixinə nəzər salmış, bütün Azərbaycan elmi və təhsili kimi, Müəllimlər İnstitutunun da ən böyük uğurlarının ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərə təsadüf etdiyini bildirmişdir.

Rektor bildirmişdir ki, ötən əsrin 20-ci illərinin sonlarından fəaliyyətə başlayan və bu gün də öz işini uğurla davam etdirən, ölkəmizin pedaqoji kadr potensialının gücləndirilməsində, onun elmi-metodiki səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan Azərbaycan Müəllimlər İnstitutu şərəfli yol keçərək, təhsilimizin inkişafında özünəməxsus yer tutmuşdur.

Qeyd olunmuşdur ki, dövrün tələblərinə uyğun olaraq Azərbaycan Xalq Maarifi Komissarlığının 13 iyul 1929-cu il tarixli qərarı ilə həmin il oktyabrın 1-də Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması İnstitutu yaradılmışdır. Müxtəlif adlar altında fəaliyyət göstərən Müəllimlər İnstitutu həmişə öz vəzifələrinin öhdəsindən şərəflə gəlmiş və respublikamızda gedən maarifçilik hərəkatının öncüllərindən biri olmuşdur.

Azərbaycan Müəllimlər İnstitutunun kollektivi ötən əsrdə burada işləmiş görkəmli elm və maarif xadimlərindən Yusif Məmmədəliyevin, Mikayıl Rəfilinin, Fatma İsmayılovanın, Mirəli Axundovun, Yusif Zeynalın, İsa Seyidovun, Şamil Məmmədbəylinin, Midhət Bineyevin, Əlisəftər Şirinovun, Sədi Əfəndiyevin, Həsən Sadıqlının, Saleh Hüseynovun, Süleyman Məmmədovun, Əsəd Dilbazinin, Emin Abdullayevin, İbrahim Əfəndiyevin, Yəhya Qarabağlının, Bağır Axundovun və başqalarının əziz xatirəsini hörmətlə yad edir, onların işini layiqincə davam etdirirlər.

Bu ali məktəbin əsl çiçəklənmə dövrünün, müasir tələblərə cavab verən təhsil müəssisəsinə çevrilməsinin 1969-cu ildən - ulu öndər Heydər Əliyevin Azərbaycanın rəhbəri seçildiyi dövrdən başladığını vurğulayan rektor bildirmişdir ki, ümummilli liderimiz istər ötən əsrin 70-80-ci illərində, istərsə də müstəqillik illərində bu institutun fəaliyyətinə xüsusi qayğı göstərmiş, onun problemlərinin dövlət səviyyəsində həllini diqqət mərkəzində saxlamışdır.

Məhz görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 2000-ci ildə respublikamızın 11 bölgəsində Müəllimlər İnstitutunun filiallarının açılması barədə fərman imzalanmışdır.

Hazırda bu təhsil ocağının çox genişprofilli ali məktəbə çevrildiyini diqqətə çatdıran rektor qeyd etmişdir ki, institut bir tərəfdən respublikanın böyük müəllimlər ordusunun təkmilləşdirilməsi və yenidənhazırlanması işini həyata keçirir, digər tərəfdən müxtəlif ixtisaslar üzrə ilkin pedaqoji kadrlar hazırlayır.

A.Naxçıvanlı qürur hissi ilə qeyd etmişdir ki, bu gün respublika məktəblərinin ibtidai sinif müəllimlərinə, uşaq bağçalarının tərbiyəçilərə ehtiyacının 60-70 faizini məhz Azərbaycan Müəllimlər İnstitutu və onun filialları ödəyir.

Hazırda filiallarla birlikdə institutda bakalavr pilləsində 8 minə yaxın tələbənin və 100 nəfərdən artıq magistrin təhsil aldığı və onlara 21 fakültə, 56 kafedra, 42 kabinet, 21 kompüter zalı, 12 kompüter mərkəzi, çoxsaylı fənn kabinetlərinin xidmət göstərdiyi bildirilmişdir. Bütün kafedra və kabinetlər öz işlərini Avropa təhsil sistemi ənənələrini mənimsəmək, yeni təlim texnologiyaları və İKT vasitələrindən geniş istifadə etməklə müasir təlim metodlarına yiyələnmək, onun yerlərdə tətbiqinə nail olmaq istiqamətində qurur. Bu istiqamətdə fəaliyyət göstərən 700 nəfərdən artıq professor-müəllim heyətinin 47 nəfəri elmlər doktoru, professor, 223 nəfəri elmlər namizədi, dosentdir.

Bu gün Azərbaycan Müəllimlər İnstitutu və onun filialları əlavə təhsil sistemində də respublikada aparıcı təhsil müəssisəsi sayılır.

İnstitutda milli fənn kurikulumlarının orta məktəblərdə tətbiqini, təhsilin idarə edilməsini, məktəb rəhbərlərinin idarəçilik fəaliyyətinin elmi əsaslara söykənməsini təmin etmək məqsədilə ixtisasartırma kurslarının tədris proqramlarının yeniləşdirilməsi, onların məzmununa elmi yeniliklərin daxil edilməsi sahələrində məqsədyönlü işlər aparılır.

Qeyd olunmuşdur ki, bu problemlərin həlli yolunda görüləcək işlərin mərkəzində ulu öndər Heydər Əliyevin təhsil strategiyası dayanır. Bu strategiya müstəqil dövlətimizdə təhsilin müasirləşməsinə güclü təkan vermiş, onun inkişaf xəttini və istiqamətlərini müəyyənləşdirmişdir.

Rektor vurğulamışdır ki, AMİ ən böyük uğurlarını son beş ildə Azərbaycan elm və təhsilinin dünya səviyyəsində ucalması üçün yorulmaz əməli və yaradıcı fəaliyyəti ilə hamını heyrətləndirən Prezident İlham Əliyevin xüsusi qayğısı sayəsində əldə edə bilmişdir. Məhz dövlətimizin başçısının şəxsi göstərişi ilə bu təhsil ocağına ayrılmış maliyyə vəsaiti hesabına burada əsaslı təmir-tikinti və abadlıq işləri aparılmışdır.

A.Naxçıvanlı institutun professor-müəllim heyəti və bütün əməkdaşları adından Prezident İlham Əliyevə dərin minnətdarlığını və təşəkkürünü çatdırmış, dövlətimizin başçısının uğurla həyata keçirdiyi daxili və xarici siyasətin institut kollektivi tərəfindən daim dəstəkləndiyini vurğulamışdır.

Rektor bildirmişdir ki, AMİ-nin kollektivi Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunmuş "Yeniləşən Azərbaycana yeni məktəb" proqramına qoşularaq, məktəblərdə təhsilin müasir standartlar səviyyəsinə qaldırılması istiqamətində də var gücü ilə çalışır, bu proqramın uğurla davam etdirilməsi üçün əməyini əsirgəmir.

Mərasimdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin deputatı Fəttah Heydərov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev ölkəmizdə elmin və təhsilin inkişafında son illər əldə olunan uğurlardan danışmış, bu nailiyyətlərin qazanılmasında xüsusi əməyi olan AMİ-nin kollektivini yubiley münasibətilə təbrik etmiş, ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulamışlar.

Mərasim iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.  

AzərTAc

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
11 Dekabr 2009 - ¹48
Qəza vəziyyətində olan ümumtəhsil məktəblərinin yenidənqurulması ilə bağlı əlavə tədbirlər haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşlarına fəxri adların verilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycan Müəllimlər İnstitutunun 80 illik yubileyi qeyd olunub
 
Təhsil Nazirliyi ilə "Microsoft" şirkəti arasında Anlaşma Memorandumu imzalandı
 
Bakı Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib
 
"Dünya  sənin, dünya mənim, bizlər isə bu Vətənin"
 
Azərbaycanlı alim Madriddə keçirilən beynəlxalq konfransda iştirak edib
 
Tanınmış alim və elm təşkilatçısı
 
Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadası başa çatıb
 
Gimnaziyanın 50 illiyi qeyd olundu
 
Dünya universiteti: Kornell Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov