· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 


B.e ç.a ç. C.a C. Ş. B.
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31

 

 

2009-cu ilin "Uşaq ili" elan edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə qərara alıram:

1. 2009-cu il Azərbaycan Respublikasında "Uşaq ili" elan edilsin.

2. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi və digər aidiyyəti qurumlarla birlikdə 2009-cu ilin "Uşaq ili" elan edilməsi ilə bağlı tədbirlər planını bir ay ərzində hazırlayıb təsdiq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 22 dekabr 2008-ci il

 

 2008-ci il nə ilə yadda qalacaq?

* Prezident İlham Əliyevə fevralın 18-də Macarıstanın nüfuzlu Korvinus Universitetinin fəxri doktoru adı verilmişdir.

* Prezident İlham Əliyevə fevralın 21-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəxri professoru adı verilmişdir.

* Prezident İlham Əliyev Qərb bölgəsinə səfəri zamanı iki təhsil müəssisəsində olmuşdur. Martın 3-də İlham Əliyev Samux rayon mərkəzində şahmat məktəbinin açılışında iştirak etmişdir.  Martın 4-də Prezident Xanlar şəhərində şəhid İbrahim Hüseynov adına 1 nömrəli orta məktəbdə olmuşdur.

* Aprelin 18-də Prezident İlham Əliyev Fizuli rayonuna səfəri zamanı Zobucuq qəsəbəsində orta məktəb binasının açılışında iştirak etmişdir. Dövlət başçısı həmin gün Biləsuvar rayonunda İskəndər Tahirov adına 7 nömrəli Mehdili kənd orta məktəbində də olmuşdur.

* Prezident İlham Əliyev aprelin 28-də Bakının Yasamal rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın adını daşıyan məktəbin açılışında iştirak etmişdir.

* Mayın 7-də Heydər Əliyev adına İdman Konsert Kompleksində ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş "Bir ömrün salnaməsi" bədii sərgisinin açılışı olmuşdur. Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir. 

* Prezident İlham Əliyev mayın 9-da Bakının Əzizbəyov rayonunun Binə qəsəbəsində yenidən qurulmuş uşaq bağçasının açılışında iştirak etmişdir.

* Prezident İlham Əliyev mayın 16-da YUNESKO-nun Baş direktoru Koişiro Matsuuranı qəbul etmişdir.

  

Təhsil Nazirliyinin kollegiyasında

Ali təhsil müəssisələrində istehsalat təcrübəsinin təşkili vəziyyəti müzakirə olundu

 

Dekabrın 19-da Azərbaycan Respublikası Təhsil Nazirliyinin növbəti kollegiya iclası keçirildi. "Ali təhsil müəssisələrində istehsalat (pedaqoji) təcrübəsinin təşkili: mövcud vəziyyət, problemlər və onların həlli yolları" barədə məsələnin müzakirə olunduğu iclasda kollegiya üzvləri ilə bərabər nazirliyin, ali məktəblərin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbər işçiləri, istehsalat təcrübəsinin təşkil olunduğu bir sıra müəssisələrin nümayəndələri iştirak edirdilər.

 

Yeni idman kompleksi istifadəyə verildi

Dekabrın 23-də   paytaxtın Binəqədi rayonunda "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər  Futbol Məktəbi üçün yeni tikilmiş idman kompleksinin açılışı  oldu.

Məktəbin həyətinə toplaşmış uşaqları, onların məşqçi-müəllimlərini, qonaqları səmimi salamlayan təhsil naziri Misir Mərdanov, AFFA-nın prezidenti Rövnəq Abdullayev, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev  idman kompleksində  yaradılmış şəraitlə tanış oldular.

Yaşlıların peşə təhsilinə həsr olunmuş konfrans

Dekabrın 19-da "Avropa" otelində "Yaşlıların Peşə Təhsili: problemlər və perspektivlər" mövzusunda milli konfrans olmuşdur. Tədbir DVV İnternational təşkilatının (Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq İnstitutu) maliyyə, Təhsil Nazirliyi və Yaşlıların Peşə Təhsili Assosiasiyasının təşkilati dəstəyi ilə həyata keçirildi.

 

"Azərbaycan müəllimi" qəzetinin redaksiyasına

Hörmətli redaksiya!

"Yeni Müsavat" qəzetinin 15 dekabr 2008-ci il tarixli nömrəsində riyaziyyatçı alim kimi reklam edilib özünü "yazıq" göstərən və bununla himayəçilər axtaran Əlövsət Osmanlının "Təhsil Nazirliyində Şahbazlı problemi" yazısını xüsusi canıyananlıqla və qeyd edildiyi kimi "nöqtə-vergülünə toxunmadan, olduğu kimi" dərc etmişdir. Bundan əvvəlki nömrədə isə Sevil Hilal qızının mənimlə telefon müsahibəsindən imitasiya ilə hazırladığı olduqca rabitəsiz və natamam fikirlərin məcmusunun verilməsini isə, əslində qəzetin Təhsil Nazirliyinə və şəxsən mənə "münasibəti" kimi qəbul etmək məcburiyyətindəyəm.